"Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                     Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... .....                     Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya .....                     DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat .....                     Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? .....                     Çingiz Qənizadə Fransada QALİB GƏLDİ .....                     Yorğun ayaqlarla marketinq: .....                     Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi .....                     Nazir ona yüksək vəzifə verdi .....                     ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı .....                     Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? .....                     Paşinyan Qırğızıstana gedib .....                     30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... .....                     "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Ermənistan suriyalı ermənilərə pasport verir .....                     Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır .....                     Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir .....                     Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb .....                     “Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə .....                     Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət .....                     Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     "Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." .....                     Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda .....                     Putinin Ukraynadan sonrakı ŞOK planı .....                     Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb .....                     "Qeyri-peşəkar xidmət göstərilir.." .....                     SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... .....                     Tum aldı... içindən siqaret kötüyü çıxdı .....                     "Kapital Bank": bunlar sələmçidən də betərdilər... .....                     Həddindən artıq planlaşdırılmış uşaqlıq .....                     "Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." .....                 

Goodbye, radio?! - NƏ BAŞ VERİR?
Tarix: 21-03-2025, 05:02 | Çap et
Goodbye, radio?!
ABŞ prezidenti Donald Trampın Qlobal Media Agentliyində (USAGM) ixtisarlarla bağlı fərman imzalamasından sonra “Amerikanın Səsi”nin (Voice of America) 1300-dən çox əməkdaşı qeyri-müəyyən müddətə inzibati məzuniyyətə göndərilib. Bu agentlik Amerikanın beş böyük media korporasiyasını nəzarətdə saxlayırdı. “83 il ərzində ilk dəfə əfsanəvi “Amerikanın Səsi” susdu”, – deyə radiostansiyanın direktoru Maykl Abramoviç bildirib.

Onun sözlərinə görə, rəhbərlik radiostansiyada islahatlarla məşğul olurmuş və müəyyən irəliləyişlər əldə edibmiş. Lakin ABŞ-ın yeni administrasiyasının addımları səbəbindən radio artıq “öz həyati əhəmiyyətli missiyasını yerinə yetirə bilmir”. Abramoviç qeyd edib ki, “bu, Amerikanın düşmənləri – İran, Çin və Rusiyanın ABŞ-ı gözdən salmaq üçün milyardlarla dollar xərclədiyi bir vaxtda baş verib”. O əlavə edib ki, agentlik “hər hansı formada yaşamağa müvəffəq olsa belə”, bu hadisə “Amerikanın Səsi”nin “diktatura şəraitində yaşayan insanlara obyektiv və balanslaşdırılmış xəbərlər təqdim etməklə daha təhlükəsiz və azad dünya yaratmaq imkanlarına ciddi zərbə vuracaq”.

“Amerikanın Səsi”nin müdafiəsinə beynəlxalq jurnalist təşkilatları, o cümlədən “Sərhədsiz Reportyorlar” qalxıb. Onlar Trampın qərarını “dünyada mətbuat azadlığına təhdid” kimi qiymətləndirib və bunun “ABŞ-ın 80 illik azad informasiya axınına dəstək səylərini heçə endirdiyini” vurğulayıblar.

Bundan əvvəl ABŞ prezidenti federal büdcədən maliyyələşən yeddi agentliyin, o cümlədən illik 270 milyon dollar büdcəsi olan USAGM-in “nizamnaməyə uyğun olmayan komponentlərini və funksiyalarını maksimum dərəcədə ləğv etməyi” əmr edib. Bu agentlik təkcə “Amerikanın Səsi”ni deyil, “Azadlıq Radiosu/Azad Avropa Radiosu”nu da nəzarətdə saxlayırdı. Sonuncunun prezidenti və baş direktoru Stiven Kapus vəziyyəti şərh edərək bildirib ki, “İran ayətullaları, Çin kommunist rəhbərləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra “Azadlıq Radiosu”nun süqutunu bayram edəcəklər”. O, əlavə edib ki, “əgər biz düşmənlərimizə qalib gəlmək imkanı versək, bu, onları daha güclü, Amerikanı isə daha zəif edəcək”.

Ağ Ev “Amerikanın Səsi”nin fəaliyyətinə bir sıra iradlar bildirib. Administrasiya radiostansiyanı jurnalistika standartlarını pozmaqda və hesabatlılıqdan yayınmaqda ittiham edib. Onlar qeyd ediblər ki, media orqanı 2020-ci ilin oktyabrında Rusiya hökumətinin Hanter Baydenin (ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu) “noutbuk qalmaqalında” mümkün rolu barədə yazıb. Tramp administrasiyası bunu “həqiqəti gizlətmək cəhdi” kimi qiymətləndirib.

Ağ Ev həmçinin “Amerikanın Səsi” rəhbərliyinin öz əməkdaşlarına HƏMAS-ı rəsmi bəyanatlardan sitat gətirilməsi istisna olmaqla, digər hallarda “terror təşkilatı” adlandırmamağı tövsiyə etməsinə diqqət çəkib. Bundan başqa, yeni ABŞ rəhbərliyi radiostansiyanın jurnalistlərinin sosial mediada Trampa qarşı şərhlər yazmasından narahat olub. Ağ Ev bəyan edib ki, “Amerikanın vergi ödəyiciləri radikal təbliğatın girovu olmayacaqlar”.

Tramp ikinci prezidentlik dövrünün əvvəlində Dövlət Effektivliyi Departamenti (DOGE) yaradıb və onu iş adamı, SpaceX-in qurucusu və X-in sahibi İlon Maska həvalə edib. Bu qurum ABŞ hökumətində islahatlara başlayaraq minlərlə federal agentlik əməkdaşını işdən çıxarıb.

Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanmasını təklif edib, çünki “onları artıq heç kəs dinləmir”. O, bu media qurumlarını “öz-özünə danışan çılğın sol radikallar” və “Amerikanın vergi ödəyicilərinin cibindən ildə bir milyard dollar oğurlayan qurumlar” kimi təsvir edib.

Bu hadisələr Amerikanın və dünyanın gələcəyi üçün nə deməkdir? Tramp söz azadlığını boğan avtoritar liderlərə bənzəyirmi? Dünyanın aparıcı demokratiyalarından biri olan ABŞ-da medianın sıxışdırılması hansı nəticələrə səbəb ola bilər?

Pressklub.az-ın suallarına tanınmış beynəlxalq ekspertlər cavab veriblər.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, baş verənlərə birmənalı qiymət vermək çətindir. Lakin “Amerikanın Səsi” ilə böyüyən biri şəxs kimi onun üçün bu hadisə üzücüdür.

“Bəli, mənə də “Amerikanın Səsi”nin işində bir çox şey xoşuma gəlmirdi. Amma bu, ABŞ-ın simvolu idi və hesab edirəm ki, simvollara belə münasibət göstərmək olmaz. Axı, hər şeyi düzəltmək mümkün idi. Bununla belə, bu, hazırkı administrasiyanın işidir və onların məsuliyyətidir. Qərar, hər halda, tarixi əhəmiyyət daşıyır, tarixi hadisələrə isə yalnız zaman qiymət verə bilər”, – deyə Vasadze bildirib.

Ukraynalı jurnalist və bloqer Roman Tsımbalyuk isə ABŞ-ın dünya miqyasında Amerika mediasını maliyyələşdirməsinə nə qədər vəsait ayrıldığına dair göstərilən rəqəmlərə diqqət çəkib.

“Qəribə də olsa, burada əsas məsələ pul deyil. ABŞ informasiya məkanından geri çəkildiyi üçün sonda bundan qat-qat çox ödəyəcək – bu faktdır. Lakin bu problemi iki əsas hissəyə bölmək lazımdır. Birincisi, Amerika etibarsız tərəfdaşdır. Dünya bunu məhz belə qəbul edəcək.

Burada nə nəzərdə tutulur? “Azadlıq Radiosu” və “Amerikanın Səsi” bir çox ölkələrdə nüfuzlu iş yeri idi, orada vicdanla işləyərək layiqli pensiya almaq mümkün idi. Digər tərəfdən, bəzi ölkələrdə bu radiolar yeganə alternativ fikir mənbəyi və müstəqil media qurumu idi. Çünki onlar yerli bazardan, yerli maliyyədən və buna görə də yerli siyasətçilərdən asılı deyildilər. Belə bir kontekstdə bu qərar ümumilikdə mətbuat azadlığına ağır zərbə vurur”, – jurnalist bildirib.

Amma onu daha çox başqa bir məsələ narahat edir: “Belə çıxır ki, Qərb ümumiyyətlə informasiya fəaliyyətindən, informasiya müharibəsindən və Rusiya Federasiyasındakı maarifləndirmədən imtina edib. Bu, Qərbin ümumi zəifliyini göstərən əlamətdar hadisədir.

Bunu Ukrayna nümunəsi ilə izah edim. Burada bəzi media layihələrini USAID maliyyələşdirirdi. Bəs o çəkildikdə nə baş verdi? Onun yerini dərhal Rusiya pulları və onlara uyğun göstərişlər doldurdu. Ukrayna üçün bu belə oldu. Digər ölkələrdə isə həmin boşluğu Çin maliyyəsi dolduracaq. Məhz buna görə də əvvəlcədən dedim ki, bu qərarın ABŞ-a daha baha başa gələcəyi qaçılmazdır.

Daha bir məqam da var. “Azadlıq Radiosu”nun rus redaksiyası son 30 ildə o qədər zəifləyib və iş prinsipləri baxımından o qədər köhnəlib ki, artıq Rusiyada əvvəlki təsirini itirib. Bu, yalnız onların təzyiqlərə məruz qalması ilə bağlı deyil. Onlara qarşı sistematik təzyiq əslində yalnız 2014-cü ildən sonra başladı və 2022-ci ildən etibarən isə praktiki olaraq tam bağlandılar. Yox, problem odur ki, onlar hələ soyuq müharibənin qələbəsi kontekstində fəaliyyət göstərirdilər – yəni informasiya qalıqlığı kimi. Açıq danışaq, bu yanaşma ilə onların uğur qazanması mümkün deyildi.

Üstəlik, bəzən eşidirik ki, guya amerikalılar və avropalılar, yəni Qərb, Rusiyanı parçalamaq istəyir. Amma təəssüf ki, bunun üçün heç nə etmirlər. Qərbin həqiqətən Rusiya ilə mübarizəyə başladığını göstərən ilk və yeganə meyar çeçen, başqırd, Dağıstan, mordvin və digər regionların dillərində redaksiyalar yaratmaq olardı. Əgər onlar Rusiyanın daxilində bu istiqamətdə işləməyə başlasalar, o zaman hansısa dəyişikliklərdən danışmaq olar. Lakin hazırda ABŞ-ın özünü qlobal proseslərdən çəkib çıxarmaq meyli təəssüf doğurur və əslində siyasi intihara bənzəyir.

Onlar Rusiyada əvvəldən də qeyri-effektiv işləyirdilər. Bu da onu göstərir ki, ABŞ Rusiyada öz mövqeyini gücləndirməkdə maraqlı deyildi. Əgər radiostansiya sadəcə bir neçə proqram yayımlayırsa, bunun ciddi təsiri olmayacaq. Bizə hansı təsir lazımdır? Rusiyalıların, Putinin hərəkətlərinin onlara çox baha başa gələcəyini anlaması. Bu, sadə və aydın həqiqətdir. Hazırda onun siyasətinin qiyməti yüz minlərlə insanın ölümüdür. Rusların və ukraynalıların. Niyə? Çünki Rusiyada informasiya üzərində tam monopoliya var və heç kim buna qarşı mübarizə aparmır. Ona görə yox ki, bacarmır, sadəcə bu istiqamətdə məqsəd yoxdur. Bunu anlamaq lazımdır.

Ukraynada “Azadlıq Radiosu”nun təsiri və reytinqi qat-qat yüksək idi, amma bu redaksiya da bağlandı”, – bloqer bildirib.

O, əlavə edib ki, ABŞ-ın hazırkı davranışını görürük və bu, təəssüf doğurur. “Keçmiş televiziya aparıcısı, hazırda ABŞ-ın müdafiə naziri olan Pit Hegsetin deyir ki, “gəlin dəyərləri deyil, pulu prioritet edək”. Belə çıxır ki, bu tip media qurumları heç vaxt mənfəət gətirməyib və gətirə də bilməz. Onların məqsədi tamam başqa olmalıdır.

Əgər ABŞ bu sahəni yenidən işə salmaq, yeni insanlarla, yeni prinsiplərlə, müasir texnologiyalarla və qlobal miqyasda böyük hədəflərlə inkişaf etdirmək istəyirsə, bu, bir yana. Amma məncə, onlar sadəcə radiostansiyaları bağlayırlar. Çünki orada guya “solçuların” toplaşması İlon Maskın xoşuna gəlmir. Bu, absurddur və əlbəttə ki, təkcə “Twitter” ilə bu boşluğu doldurmaq mümkün deyil. İnsanların hələ də təsdiqlənmiş, etibarlı məlumata ehtiyacı var.

Biz informasiya agentliklərinin bir zamanlar əsas mənbə olduğu dövrləri xatırlayırıq. Bu gün isə ruslar məhz bu informasiya mənbəyi statusu uğrunda çox ciddi mübarizə aparırlar. Digər tərəfdən, bizim okeanın o tayındakı dostlarımız atıq çox uzun müddətdir bu bazarda mövcud deyillər", – Tsımbalyuk fikirlərini yekunlaşdırıb.

Pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? - BU NƏDİ BELƏ?
Bu gün, 10:43
Paşinyan Qırğızıstana gedib - Ermənistan mediası
Bu gün, 10:40
30-40 ilin hərbçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR... - MÜRACİƏT
Bu gün, 10:36
"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR... - Öz kadrlarımıza NƏ OLUB Kİ?
Bu gün, 10:29
Ermənistan suriyalı ermənilərə pasport verir – 81 min dollar ayırıb
Bu gün, 10:16
Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - ŞƏRH
Bu gün, 10:15
Kulevi sanksiyaları və Azərbaycan maraqlarına təsir - İNCƏLƏMƏ
Bu gün, 10:11
Sabiq nazirin müsadirə olunan mənzillərindən biri hərracda 463 minə satılıb - DETALLAR
Bu gün, 10:10
“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA
Bu gün, 10:09
Azərbaycan İnvestisiya Holdinqini audit edəcək şirkət – MƏLUM OLDU
Bu gün, 10:07
Borc üstündə yaranan mübahisə qanlı insidentlə nəticələndi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Bu gün, 09:49
"Hamını aldatdılar ki, idarə ixtisara düşüb..." - "Azəriqaz"ın keçmiş işçisindən İFŞA!
Bu gün, 09:45
Bakıda həbsdə olan müxalifət Ermənistanda xilaskar rolunda - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Putinin Ukraynadan sonrakı ŞOK planı – Postsovet ölkələrinə TƏHLÜKƏ!
Bu gün, 08:19
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Bu gün, 08:17
"Qeyri-peşəkar xidmət göstərilir.." - burda pullar yoxa çıxır...
Bu gün, 08:11
SOCAR-ın daha bir YEYƏNİ: Rüfət Rzayev... - İLGİNC İDDİALAR
Bu gün, 08:03
Tum aldı... içindən siqaret kötüyü çıxdı - FOTO
Bu gün, 07:53
"Kapital Bank": bunlar sələmçidən də betərdilər... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:46
Həddindən artıq planlaşdırılmış uşaqlıq - AKTUAL
Bu gün, 07:35
"Əgər "Kristal" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:23
Ramik Əşrəfovun ört-basdır etməyə çalışdığı YAŞIL TERROR - BU DA FAKT...
Bu gün, 07:12
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru