Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                 

Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Tarix: 7-11-2024, 12:49 | Çap et
Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir
Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib. Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir. Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər olmayıb. Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib. Ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib. Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi. Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib. Hər halda rəqəmlər getdikcə artır. Bir neçə Ukrayna şirkəti Türkmənistanda uğurla fəaliyyət göstərir, körpülər və hava limanlarının tikintisində iştirak edirlər. Müharibədən əvvəl Ukraynada 18 minə yaxın Türkmənistan tələbəsi təhsil alırdı. Müharibəyə baxmayaraq, bu tələbələrin bir qismi Ukraynada təhsillərini davam etdirirlər”.
Türkmənistanla ticarət yollarının uzandığını, köhnə yollar işləmədiyini, yeni yolların isə əlavə xərclər tələb etdiyini söyləyən səfir Ukraynanın Gürcüstanın və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirdi: “Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıblar. Bu saziş Qara dəniz – Xəzər dənizi nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”.
Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğuladı: “Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub. Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibəyə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmiryolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi iş aparırıq. Bu Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycanın və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”.
Səfir Türkmənistanın Rusiya-Ukrayna mühasibəsinə münasibətini bu şəkildə qiymətləndirdi: “Neytral siyasət yürüdən Türkmənistan Rusiya-Ukrayna müharibəsindən məsafə saxlayır. Aşxabad müharibəyə siyasət qiymət verməyib. Buna baxmayaraq, Türkmənistan Azərbaycan kimi Ukraynaya hümanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə Bakıya və Aşxabada minnətdarıq. Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini Mərkəzi Asiyada öz üzərində hiss edir. Onu da qeyd etməyi lazım bilirəm ki, müharibə dövründə Türkmənistan Rusiyanın beynəlxalq təşkilatlarda irəli sürdüyü heç bir təxribatçı sənədinə səs verməyib. Türkmənistan anti-Ukrayna təşəbbüslərinə qoşulmayıb. Türkmənistan vətəndaşlarının mütləq əksəriyyəti Ukraynaya simpatiya ilə yanaşır. Müharibə bitəndən sonra siyasi və iqtisadi əlaqələri daha da gücləndirəcəyik”.
Səfir “Atlas” Araşdırmalar Mərkəzinin “Avropa İttifaqı və Türkiyə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlindən maraqlıdırlar. Azərbaycan öz ərazisindən Türkmənistan qazının Avropaya nəqlinə şərait yarada bilər. Sizcə, bunun reallaşmasına nə mane olur” sualına belə cavab verdi: “Azərbaycan və Türkmənistan bu layihənin reallaşmasında maraqlıdırlar. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü sırada qərar tutub. Türkmənistan qaz nəqlinin şaxələndirilməsini istəyir. 2006-cı ilə ilə qədər Türkmənistan qazının əsas alıcılarından biri Ukrayna idi. Bunun hesabına qaz alışını balanslaşdırmışdıq. Türkmənistan zəngin yataqlarından birindən Xəzər sahilinə qədər boru xətti tikib. Təəssüf ki, Avropa İttifaqına üzərinə düşəni etmədi, verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən Xəzər sahili ilə boru xəttinin tikintisi arxa plana keçib. Yaşıl enerjidən çox danışılmasına baxmayaraq, Avropa ölkələrinin mavi yanacağa ehtiyacı var. Rusiya və İranın Transxəzər layihəsi əleyhinə apardıqları siyasəti də vurğulamaq lazımdır. Rusiya bu layihəyə qarşı “ekologiya amilindən” istifadə edir. Guya Transxəzər Xəzərin ekologiyasına zərər vuracaq. Halbuki, Rusiya Qara və Baltik dənizinin dibi ilə müxtəlif boru xətləri çəkib və bu zaman “ekoloji çirklənmə” Moskvanın yadına düşməyib. Xəzərin ekologiyasına Rusiyanın gəmilərindən bu akvatoriyadan Ukrayna ərazisinə atdığı ballistik raketlər zərər vurur. Onların bir qismi elə Xəzər dənizinə düşüb. Bütün hallarda Transxəzər layihəsinin reallaşacağına inanıram. Ukraynanın gələcəkdə bu boru xətti ilə qaz alacağına əminəm”. Səfir vəziyyətdən asılı olaraq qaz nəqli ilə bağlı Kiyevin Aşxabad və Bakı ilə təmasları genişləndirəcəyini söylədi: “Biz Rusiyadan qaz almırıq. Buna görə Ukrayna digər dövlətlərdən həm qaz almaq, həm də bu qazı Avropaya nəql etmək istəyir. Bunun üçün Ukraynanın böyük infrastukturu var”.
“Atlas” Araşdırmalar Mərkəzi səfirin Bakıda keçiriləcək COP29-la bağlı rəyini də öyrəndi. Ukrayna səfiri COP29-un beynəlxalq aləmin bu ilin ən böyük tədbirlərindən biri olduğunu söyləyərək, Ukraynanın tədbirdə yüksık səviyyədə təmsil olunacağını vurğuladı: “Ukraynanın Bakıdakı tədbirdə öz pavilyonu olacaq. İqlim dəyişkliyi mövzusu müharibə ilə üzlləşən Ukrayna üçün vacib mövzudur. Müharibə nəticəsində Ukraynanın ekologiyasına dəhşətli zərbə dəyib. Ukraynanın təxminən 130 min kvadrat kilometr ərazisi minalarla, partlamamış mərmilərlə zəhərlənib. Bunları təmizləmək üçün uzun onilliklər lazımdır. Müharibəyə qədər Ukrayna Avropanın ən yaşıl ölkələrindən biri idi. Meşələrin üçdə bir hissəsi yandırılıb. Çaylarımız kimyəvi tullantılarla zəhərlənib. Ekoloji problemlərin həlli Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun 8-ci bəndində yer alıb. Yeri gəlmişkən, Türkmənistan neft və qaz yataqlarında metan tullatılarının azaldılması istiqamətində üzərinə götürdüyü öhədikləri yerinə yetirib. Aşxabadda BMT-nin dəstəyi ilə “İqlim texnolgiyaları” mərkəzi yaradılacaq. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə təşəbbüsləri təqdir olunmalıdır. Elə Bakının COP29 tədbirinə ev sahibliyi etməsi buna bariz misaldır. O ki qaldı, Rusiya və İrana, bu iki ölkə Xəzərin ekologiyasını düşünürlərsə, hərbi texnikanın dəniz boyunca daşınmasına, raket atışlarına son qoymalıdırlar”.

“Atlas” Araşdırmalar Mərkəzi
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru