Moldovada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Axar.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası artıq səslərin 76%-nin sayıldığını bildirib.
Hazırkı nəticəyə görə, Stoyanoğlu 52,02% səslə liderdir. Hazırkı Prezident Maya Sandu isə 47,98% səs toplayıb.
***
Bülletenlərin 80%-nin sayılmasından sonra nəticələr belədir:
Maya Sandu - 48,25%
Aleksandr Stoyanoğlu - 51,75%.
Qeyd edək ki, 20 oktyabrda keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda hazırkı dövlət başçısı Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoğlu yarışır.
Aleksandr Stoyanoğlu etnik qaqauzdur.