Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                 

İvanişvilinin “Gürcü Arzusu” seçim qarşısında: ya danışıqlar, ya zorakılıq - ŞƏRH
Tarix: 29-10-2024, 11:01 | Çap et
İvanişvilinin “Gürcü Arzusu” seçim qarşısında: ya danışıqlar, ya zorakılıq
Dünən Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət paytaxt Tiflisdə parlament binasının qarşısında etiraz mitinqi keçirib. Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə meydana toplaşan etirazçılar seçkilərin saxta keçirildiyini və nəticələrin ləğvini tələb ediblər.

Prezident Zurabişvili mitinqdə çıxış edib və Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib: "Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar. Amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz".

Bununla yanaşı müxalifət partiyalarının liderləri oxşar bəyanatlarla çıxış ediblər.

Mitinq Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb. Müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.

Qonşu ölkədə seçkilər və bundan sonrakı siyasi situasiya ilə bağlı AYNA-nın suallarını Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov cavablandırıb. Analitik deyib ki, seçkilərin rəsmi nəticəsi gözləniləndən fərqli olmadı:

- Gürcülər həmişə deyirdilər ki, “biz avropalıyıq”. Gürcüstanın hər yerində Avropa İttifaqının bayraqları Gürcüstan bayrağı ilə yanaşı dalğalanır. Amma Qafqaz ölkələrinin ümumi cəhəti var: biz hakimiyyət hərisiyik. Bu coğrafiyada hakimiyyətə gələn hakimiyyətdən getmək istəmir. Hətta xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili də hakimiyyətdən getmək istəmirdi, sadəcə 2012-ci ildə hakimiyyəti dinc yolla ötürmək məcburiyyətində qaldı. Həmin vaxt Qərbin təsiri güclü olmasaydı, Saakaşvili hakimiyyəti təhvil verməyəcəkdi. Amma danışıqlar aparıldı, Qərb təzyiqlər göstərdi və Saakaşvili hakimiyyəti dinc yolla vermək qərarına gəldi. Nəzərə almaq lazımdır ki, Saakaşvilinin o zaman Gürcüstan Konstitusiyasında dəyişiklik etməsi, ölkənin parlamentli respublikaya keçidi də onun hakimiyyətinin ömrünü uzatmağa hesablanmışdı. Demək istəyirəm ki, bu regionda hakimiyyətdə qalmaq üçün seçkilərdə saxtakarlıq etmək adət halını alıb. Saakaşvilidən hakimiyyəti təhvil alan və 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” indi saxtakarlığa gedir, hakimiyyəti əlindən vermək istəmir. Bu mənada, seçkilərin nəticələri sürpriz sayılmır. Amma onu da deyim ki, “Gürcü Arzusu” istəyinə nail ola bilmədi. Hakim partiya böyük çoxluq, parlamentin üçdə ikisini əldə etmək istəyirdi, amma bu çoxluğu qazana bilmədi. Saxtakarlıq olub, nə qədər olub, artıq bunun əhəmiyyəti yoxdur. İndi əsas məsələ bundan sonra baş verəcək proseslərdir.

- Bundan sonrakı vəziyyəti necə proqnozlaşdırırsınız?

- Bilirsiniz, “Gürcü Arzusu” milyarder Bidzina İvanişvilinin qurucusu olduğu və faktiki olaraq ona bağlı təşkilatdır. İvanişvilinin isə gedəcəyi yer yoxdur. Deyək ki, İvanişvili Rusiyada kapitalı olan iş adamıdır və Rusiyaya gedə bilər. Amma İvanişvili milyarderdir axı. O başa düşür ki, Rusiyaya getsə, milyardları özünün olmayacaq, Putinin olacaq. Ən yaxşı halda, Putinin əsirinə çevriləcək. Qərb də onu qəbul etmək istəməyəcək. Yəni situasiya bundan ibarətdir. Aydındır ki, 12 ildir hakimiyyətdə olmuş partiyadan gürcü xalqı yorulub. İndi İvanişvilinin qarşısında ssenarilər var ki, onlardan birini seçməlidir ki, vəziyyətdən çıxsın.

- Söhbət hansı ssenarilərdən gedir?

- Bu ssenariləri sadalamaqdan əvvəl maraqlı bir məqamı demək lazımdır. Bu məqam ondan ibarətdir ki, hakim partiya parlamentə düşmək ehtimalı olan partiyalara mandat verdi. Onsuz da Avropaya inteqrasiyanın tərəfdarı olan dörd müxalifət partiyası var idi ki, onların heç biri kənarda qalmadı. Seçkilərdən qabaq “Gürcü Arzusu” xalqın dəstəklədiyi tək partiya olduğunu iddia edirdi. Hətta konstitusion çoxluğu qazanacaqlarını və digər partiyalar, xüsusilə də Saakaşvilinin qurucusu olduğu “Vahid Milli Hərəkat” Partiyası haqqında ölçü götürüləcəyini bəyan edirdi. Amma “Gürcü Arzusu” buna nail olmadı. Məsələ burasındadır ki, ya bunu etməyi bacarmadılar, ya da edə bilərdilər, amma istəmədilər. Əgər bacarmadılarsa, o zaman “Gürcü Arzusu” üçün vəziyyət heç də yaxşı deyil. Hakim partiya bunu istəmədisə, demək ki, müxalifətlə kompromistə getmək üçün manevr imkanlarını saxlayıb.

İvanişvilinin ssenarilərinə gəlincə, ya parlamentə düşən partiyalardan hansısa biri ilə anlaşacaq, legitimliyini möhkəmləndirəcək. Ya da zorakılığa əl atılacaq, müxalifət əziləcək. Məsələ burasındadır ki, birləşmiş müxalifətin formal lideri bu gün Gürcüstan Prezidentidir. Düzdür, Zurabaşvilinin səlahiyyətləri çox məhduddur. Son vaxtlar demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb, amma Gürcüstan Prezidentidir. Bu postun ağırlığı var. Eyni zamanda, artıq mitinqlər başlayıb.

- Mitinqlərin nəticələri nə ola bilər?

- Hər şey İvanişvilinin seçimindən asılı olacaq. Müxalifət mitinqlərlə güc göstərə bilsə, həqiqətən də çoxminlərin yığıldığı davamlı etiraz mitinqləri olsa, İvanişvili seçim etməli olacaq. Müxalifət göstərsə ki, hakimiyyət məsələsi meydanda həll olunacaq və qarşıdurmadan çəkinməyərək axıra qədər gedəcək, o zaman İvanişvili qərar verməli olacaq: ya danışıqlara gedəcək, ya da zorakılığa əl atacaq. Əlbəttə, zorakılıq üçün hakimiyyətlərin hər zaman resursu var. Amma zorakılıq tətbiq edilərkən hakimiyyət anlamalıdır ki, bu, əks effekt verə bilər ki, sonradan hakimiyyətin özü üçün fəlakətli vəziyyət yaranar. İkinci yol isə dediyim kimi, danışıqlara getməkdir, səs çoxluğu qazanmaq üçün müxalif deputatlardan kimlərisə ələ almaq, hansısa partiya ilə müttəfiqlik yolunu seçməkdir. Ona görə də deyirəm ki, məsələ “Gürcü Arzusunun”, bir növ, İvanişvilinin atacağı addımdan asılıdır.

- Hakimiyyətin zorakılığa əl atması ehtimalı nə qədərdir?

- Əlbəttə, bu ehtimal var. Amma məsələ burasındadır ki, zorakılığa Qərbin reaksiyası məlumdur. Qərb bunu pisləyəcək və əməli addımlar atacaq. Məsələn, indi Gürcüstana Qərb fondları tərəfindən maliyyə vəsaitləri, yardımlar ayrılır. Layihələrin maliyyələşdirilməsi dayandırılacaq ki, bu da Gürcüstanda nə qədər insanın işsiz qalması deməkdir. Eyni zamanda, Avropa İttifaqı Gürcüstan vətəndaşlarına Avropaya vizasız gediş-gəliş imkanı verib ki, bunu dayandıracaq. Qərbdən verilən bəyanatlar da məhz bu yöndədir. Təsəvvür edin ki, nə qədər insan vizasız gediş-gəliş olduğu üçün Avropaya üz tutur, orada işləyir və ölkəyə pul gətirir. Bu zaman Gürcüstan vətəndaşları bundan da məhrum olacaqlar. Bununla da ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşacaq. Nəticədə insanlar küçələrə axışıb onsuz da bezdikləri hakimiyyəti qovmaq yolunu tutacaqlar. Bu məsələləri ümumiləşdirsək, Gürcüstanda böhranın ciddi olduğunu söyləmək lazımdır. İndi görək “Gürcü Arzusu” hansı yolu seçəcək – kompromis, yoxsa zorakılıq yolu. Birinci yol daha real görünür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru