Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                 

“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma... - GƏLİŞMƏ
Tarix: 17-10-2024, 15:43 | Çap et
“Anayasa” gərginliyi: Ərdoğan çoxdankı hədəfinə çatmaq istəyir, amma...
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəyan edib ki, Türkiyə Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Spikerin sözlərinə görə, Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni konstitusiyanın hazırlanmasıdır: “Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni Türkiyə Konstitusiyasında bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.

Onun bu açıqlaması ölkədə rezonans doğurub. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan “Anayasa”da ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. Əslində, Kurtulmuşun təklifi ilk dəfə gündəmə gəlmir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir. Elə bu ilin aprel ayında Kurtulmuş söyləmişdi ki, Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır. Spiker vətəndaş cəmiyyətini və universitetləri də bu prosesə töhfə verməyə çağırmışdı.

Qeyd edək ki, Türkiyə Konstitusiyasının dəyişdirilməsi təklif olunan üçüncü maddəsində deyilir: Türkiyə dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür, dili türk dilidir, bayrağı qanunla müəyyən edilmiş ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı İstiqlal marşıdır, paytaxtı Ankaradır.

Hazırda qardaş ölkə gündəmində əsas müzakirə olunan məsələ ilə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik deyib ki, AKP konstitusiya dəyişikliyi ilə bağlı bir neçə dəfə məsələ qaldırıb:

- Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hakimiyyətə gəldiyi gündən bu yana yeni konstitusiyanın qəbulu barədə fikirlər səsləndirir. Amma bu illər ərzində dəyişikliklə bağlı çətinliklər olub, parlamentdə yetərli səs ala bilməyib. Eyni zamanda, müxtəlif vaxtlarda yeni konstitusiya ideyasına hərbçilər də müqavimət göstəriblər.

Hazırkı Türkiyə Konstitusiyası 1980-ci il hərbi çevriliş nəticəsində hakimiyyətə gələn generalların qəbul etdiyi “Anayasa”dır. Keçmiş Prezident Kənan Evrənin rəhbərliyi ilə qəbul edilmiş indiki Konstitusiyanın həqiqətən də dəyişdirilməsinə ehtiyac ola bilər. Çünki zaman dəyişib, Türkiyə həmin dövrün Türkiyəsi deyil. Amma buna iki baxış var: ya yeni konstitusiya qəbul edilməlidir, ya da Türkiyənin hazırkı Konstitusiyasında hansısa dəyişikliklər edilməlidir.

- 1980-ci ildən bu yana bir necə dəfə mövcud “Anayasa”da dəyişikliklər edilib, amma görünür AKP tam istəyinə çatmaq üçün yeni Türkiyə Konstitusiyasının qəbulunda maraqlıdır...

- Bəli, bu illərdə dəyişikliklər edilib. Məsələn, son dəyişikliklə Türkiyədə yarı prezident, yarı parlament idarəçilik modelinə keçildi. Halbuki bunadək Türkiyə Prezidentinin elə də böyük səlahiyyətləri yox idi, əsas səlahiyyət Baş nazirdə idi. Son dəyişiklikdən sonra Prezidentin, dolayısı ilə Ərdoğanın səlahiyyətləri çoxaldı. Amma dediyiniz kimi, görünən odur ki, AKP dəyişiklik yox, yeni “Anayasa”nın qəbulunda israrlıdır. Lakin bu hədəfə çatmaq çətindir, çünki lazımi səs lazımdır ki, bunu da AKP-nin təmin etməsi mümkün görünmür. Hakim AKP-nin isə müttəfiqi Millətçi Hərəkat Partiyası (MHP) ilə birgə kifayət qədər səsi yoxdur ki, yeni konstitusiya ilə bağlı məsələni TBMM-də qəbul etdirsin.

- Niyə məhz Türkiyə TBMM-nin sədri toxunulmaz dörd maddənin dəyişikliyi zərurətini ortaya atır?

- Əslində Kurtulmuşun fikirləri bir qədər təhrif olundu, fərqli izah edildi. Dörd maddənin üçüncüsü ilə, “birinci dövlət, yoxsa millət gəlməlidir” fikirləri fərqli təhlil edildi. Hesab edirəm ki, əslində hazırda Türkiyə siyasi aləmində əsas mübarizə fərqli müstəvilərdə gedir. İndi iqtisadi-sosial problemlər hakimiyyətlə müxalifət arasında mübahisə predmetinə çevrilib. Amma bununla yanaşı, Türkiyənin hakim partiyasının nümayəndələri tərəfindən yeni konstitusiya barədə fikirlər gündəmə gətirilir. Əlbəttə, Kurtulmuş illərin təcrübəli siyasətçisidir, hakimiyyətin daxilindəki düşüncələrə bələddir. Bu, Ərdoğanın fikridir, sadəcə Kurtulmuş tərəfindən səsləndirilib. Amma yenə də deyirəm, bunu TBMM-də qəbul etdirmək çox çətindir.

- Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də 2025-ci ildə Ərdoğanın hakimiyyəti ötürmək planının olduğudur. Belə perspektiv varmı?

- Ümumiyyətlə, Türkiyənin siyasi dairələrində bu məsələ barədə iki yanaşma var. Birinci yanaşma belədir ki, növbəti seçkilərdə Ərdoğanın özü yenidən namizəd olacaq. İkinci yanaşma isə belədir ki, Ərdoğan öz yerinə başqa bir siyasətçini hazırlayacaq, onun qələbə qazanma şansının çox olduğuna əminlik yaranandan sonra istefaya gedəcək, növbədənkənar seçki olacaq. Amma tam fərqli mənzərənin də şahidi ola bilərik. O mənada ki, Ərdoğan səlahiyyət müddəti başa çatanadək Türkiyə Prezidenti postunda qala bilər.

Onu da nəzərə almaq lazımdır ki, son bələdiyyə seçkilərində demək olar ki, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəldi. Əlbəttə, bu, Ərdoğanı düşündürməyə bilməz. Ərdoğan anlayır ki, qarşıdakı seçkilər onun üçün çətin olacaq. Həm də hakim AKP-nin reytinqi azalıb. CHP ilə başa-baş mübarizə aparmaq çətindir. Üstəlik, CHP-nin prezidentliyə ən azı üç namizədinin olduğu görünür – CHP sədri Özgür Özəl, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş. Bu siyasətçilərin hər üçü də Türkiyədə kifayət qədər dəstəyi və nüfuzu olan şəxslərdir. Ona görə də proseslərin gedişindən çox şey asılıdır. Siyasətdə bir gündə bir çox dəyişikliyin, sürprizlərin baş verməsi istisna deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru