Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                 

İsrailin İranı müharibəyə çəkmək cəhdləri: Yaxın Şərqdə sülh və sabitliyə zərbə - NƏ BAŞ VERİR?
Tarix: 2-08-2024, 15:25 | Çap et
İsrailin İranı müharibəyə çəkmək cəhdləri: Yaxın Şərqdə sülh və sabitliyə zərbə
İranın Ali Dini Lideri Seyid Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb. Rəsmi Tehran isə bununla bağlı rəsmi açıqlama verməyib.

Beynəlxalq ekspertlər Haniyənin ölümü ilə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini, İsrail-İran müharibəsinin hər an başlayacağını istisna etmirlər. Analitiklərin qənaətincə, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə gələn bir siyasi şəxsin paytaxtda qətlinə Tehrandan cavab veriləcək.

Proseslərlə bağlı AYNA-ya danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, İsrailin hazırkı rəhbərliyi bölgəni qan gölünə çevirmək istəyir və rəsmi Təl-Əvivin siyasəti də bundan ibarətdir:

- İran Prezidenti Məsud Pezeşkian hakimiyyətə gəldiyi gündən bütün dünyaya razılaşma, İranda islahatlar vəd etdi. Rəsmi Tehran Qərblə danışıqlara getmək mesajı verdi. Hətta İranın dini lideri Xamenei də İranın Qərblə danışıqlara hazır olduğunu bəyan etdi. İsrail isə bunu ilk başdan məhv etmək yoluna əl atdı, İranın Qərblə danışıqlarına imkan vermədi. Ona görə də, HƏMAS-ın siyasi qanadının lideri Haniyəni məhz Tehranda, İranın danışıqlar vəd edən, islahatlar vəd edən yeni Prezidentinin andiçməsində qətlə yetirdi. Yenə deyirəm, məqsəd İranın Qərblə münasibətlərində yumşalmanın qarşısını almaq, Yaxın Şərqdə münaqişənin davamını təmin etməkdir.

- Amma Haniyənin öldürülməsi əməliyyatını İsrail üzərinə götürmədi...

- İsrail kəşfiyyatı olan Mossad bu cür əməliyyatları həyata keçirir və heç bir açıqlama vermir. Mossad Haniyəni öldürməklə bağlı hansısa açıqlama veribmi, əlbəttə, yox. İsrail ordusu bildirir ki, əməliyyatın onlara dəxli yoxdur. Həqiqətən də İsrail ordusunun əməliyyatda rolu olmaya bilər. Amma bu, kəşfiyyatın həyata keçirdiyi bir əməliyyatdır. Belə texnologiya ilə bir hərəkat liderini aradan götürməkdə İsrail izi açıq-aşkar görünür. İsrail bunu təkzib etsə də, dünyada bu təkzibə kimsə inanmayacaq. Faktiki olaraq, heç kəsdə İsrailin Haniyəni öldürməsinə dair şübhə yoxdur.

- Burada İranın günahı yoxdurmu? Çünki ölkədə prezidentin andiçməsi mərasimi keçirilir və dünyanın diqqətində olan bir siyasi şəxs dəqiqliklə öldürülürsə, bu İranın təhlükəsizlik sisteminin bərbad olduğunu göstərir...

- Əlbəttə, günahı var. Çox güman ki, Haniyəni öldürən raket İranın hüdudları kənarından atılıb. İranın isə bu raketi zərərsizləşdirmək üçün texnologiyası yoxdur. Nəzərə almaq lazımdır ki, 40 ildir İran sanksiyalar altındadır və müasir texnologiyalar ala bilmir. Özlərinin istehsal etdiyi təhlükəsizlik sistemlərinin isə müasir raketləri zərərsizləşdirməyə gücü, qüdrəti yoxdur. Eyni zamanda, görünən odur ki, İran daxilində İsrailin kəşfiyyat orqanları çox güclü işləyirlər. Belə əməliyyatları kəşfiyyat işi olmadan həyata keçirmək mümkün deyil. Əlbəttə, bu hadisə İranın nüfuzuna böyük zərbələrdən biridir. Israil bununla həm də demək istəyir ki, istənilən vaxt, istənilən şəkildə İranda kimi öldürmək istəsə, öldürə bilər.

- Buna İranın cavabı nə olacaq?

- Əlbəttə, İran nüfuzunu qorumaq, vəziyyətdən çıxmaq üçün İsrailə qarşı zərbələr endirə bilər. Amma bunun effektiv olacağı inandırıcı deyil. İndi İranın dini liderinin zərbə əmri verdiyi barədə məlumatlar var. Ola bilsin ki, İsrailə raket zərbələri endirilsin, amma bu İsrailə düşəcəkmi, sual budur. Yadımızdadır ki, bundan əvvəl, Dəməşqdə İran diplomatik korpusuna endirilən zərbəyə, iranlı generalın öldürülməsinə İran cavab verdi. İsrailə atılan minlərlə raket zərərsizləşdirildi. Ola bilsin ki, yenə də həmin əməliyyata oxşar əməliyyat keçirilsin. Amma İran-israil arasında genişmiqyaslı müharibənin olacağı istisnadır. Çünki İran ərazisində müharibə etməkdə maraqlı deyil. Təbii, İran nəzarətində olan qruplaşmalara təlimat verərək İsrailə zərər verməyə çalışacaq, amma dövlət olaraq müharibədə maraqlı görünmür.

- Bu hadisədən sonra İsrail-Fələstin arasında razılaşma mümkündürmü?

- Əlbəttə, mümkün deyil. Və bunu istəməyən İsrail dövlətidir. İsrail qarşısına HƏMAS-ı bitirməyi məqsəd kimi qoyub. Rəsmi Təl-Əviv sülhdə yox, Fələstini bütünlüklə işğal etməkdə maraqlıdır. Bu istiqmətdə də əlindən gələn addımları atır, münaqişənin bitməsinə imkan vermir. Təbii ki, HƏMAS da bununla razılaşmır və sonadək mübarizə aparacağını bəyan edir. Ona görə də, Yaxın Şərqdə münaqişə davam edəcək və yaxın müddətdə sülh və sabitlik gözlənilmir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Bu gün, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Bu gün, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Bu gün, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Bu gün, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Bu gün, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Bu gün, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Bu gün, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Bu gün, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Bu gün, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Bu gün, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Bu gün, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Bu gün, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru