Ada mühasirədədir - Pekin dişlərini qıcayıb...
Tarix: 25-05-2024, 13:05 | Çap et
 Çinin Tayvan bölgəsindəki hərbi təlimlərə başlaması beynəlxalq aləmdə böyük narahatlıq yaradıb. Çin silahlı qüvvələri hərbi təlimlər vasitəsilə adanı mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edib. Çin ordu komandanlığının yaydığı xəritələrdə hərbi gəmilərin adanın hər tərəfində yerləşdirildiyi göstərilib. Çin ordusu ada ətrafında real döyüş imkanlarını nəzərdən keçirir. Çin komandanlığının yaydığı bəyanatında bunlar yazılıb: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”. Təlimlər Tayvan boğazında, Tayvanın şimalında, cənubunda və şərqində, eləcə də Tayvanın nəzarətində olan Kinmen, Matsu, Vuqiu və Dongyin adalarının ətrafındakı ərazilərdə keçirilir, komandanlığın bəyanatında deyilir ki, Çin ilk dəfə bu miqyasda təlimlər keçirir. Çin dövlət mediası bildirib ki, təlimlərdə raketlər daşıyan onlarla döyüş təyyarəsi iştirak edir. Tayvanın müdafiə nazirliyi təlimləri pisləyərək, adanın ətrafındakı bölgələrə qüvvələr göndərdiyini, hava hücumundan müdafiə və quru raket qüvvələrinin hədəfləri izlədiyini və ərazisini qoruya biləcəyinə əmin olduğunu bildirib. Çinin hərbi təlimləri Tayvana yaxınlaşmaq istəyən ticarət gəmilərinə mane olur. Bunun isə dünya ticarətinə mənfi təsiri haqqında rəylər verilir. Yarımkeçiricilərin istehsalının böyük hissəsi Tayvanda həyata keçirilir. Pekin hərbi təlimlər vasitəsilə Tayvanda yeni prezidentin andiçmə mərasiminə cavab verib. Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin bugünlərdə keçirdiyi andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Çinin xarici işlər naziri Vanq Yi Lainin çıxışını "rüsvayçı" adlandırıb. Çinin dövlət televiziyası olan CCTV, Lainin andiçmə nitqinin “son dərəcə zərərli” olduğunu və Çinin əks tədbirlərinin qanuni və zəruri olduğunu bildirib. Halbuki, Lainin Çinlə danışıqlar təklifini Pekin dəfələrlə rədd edilib. Pekin Tayvanın gələcəyini adanın 23 milyon əhalisinin deyil, yalnız Çinin 1,4 milyard əhalisi həll edə biləcəyi qənaətindədir. ABŞ-ın bölgədəki yüksək rütbəli generalı mayın 23-də bildirib ki, Çin 2023-cü ildən başlayaraq Tayvan boğazlarında hərbi təlimlərə ara verməyib. ABŞ-ın Hind-Sakit Okean Komandanlığının müavini general-leytenant Stiven Sklenka Kanberradakı çıxışında deyib ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusu Tayvanın dəniz və hava blokadasını, amfibiya hücumlarını və əks-müdaxilə əməliyyatlarını simulyasiya edib. Mövcud vəziyyət Vaşinqtonla yanaşı Tokionu da ciddi narahat edib. Çinin Tokiodakı səfiri Yaponiyanın məsələyə müdaxilə edəcəyi halda yapon xalqının “odun içinə atılacağını” bildirib. Bu açıqlama Yaponiya Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub. Nazirlik səfirə xəbərdarlıq edib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, “Tokioda çalışan səfirin belə bir şərh verməsini son dərəcə yersiz hesab edirik və dərhal buna qarşı kəskin etirazımızı bildirdik”. Ümumiyyətlə Çinlə Yaponiya arasındakı münasibətlər son aylarda gərginləşib. Yaponiyanın Filippinlə birgə ABŞ-la üçlü ittifaq yaratması Pekinin narahatlığına səbəb olub.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12 |
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48 |
|
|
|
| • Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46 |
|
|
|
| • Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Dünən, 11:35 |
|
|
|
| • "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Dünən, 11:33 |
|
|
|
| • Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Dünən, 11:31 |
|
|
|
| • "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 11:29 |
|
|
|
| • Əlizamin Salayev azadlığa buraxıldı
Dünən, 11:11 |
|
|
|
| • Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Dünən, 11:08 |
|
|
|
| • Daşnakların Kərki mərəkəsi - KİV
Dünən, 11:04 |
|
|
|
| • Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Dünən, 11:02 |
|
|
|
| • Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Dünən, 11:01 |
|
|
|
| • Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Dünən, 10:57 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Dünən, 10:54 |
|
|
|
| • Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Dünən, 10:53 |
|
|
|
| • Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Dünən, 10:47 |
|
|
|
| • Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 10:45 |
|
|
|
|