Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                 

Suallar çoxdur, 3 versiya var, arqument isə... - Tehran variant axtarışında
Tarix: 21-05-2024, 14:02 | Çap et
Suallar çoxdur, 3 versiya var, arqument isə...
İran Prezidenti Seyid İbrahim Rəisinin həlak olduğu helikopter qəzası dünya gündəminin əsas müzakirə mövzularındandır. Rəisidən başqa helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Seyid Məhəmməd Əli Haşimi də olub. Heyət üzvlərindən heç kim sağ qalmayıb. Prezidentin və digər rəsmilərin ölümü ilə bağlı İranda beş günlük matəm elan olunub. Rəisi və digər rəsmilər bu gün dəfn ediləcəklər.

Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-da günorta saatlarında İran lideri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşdən sonra Şərqi Azərbaycan əyalətinə sərt eniş edərək yerə düşüb. İlkin məlumata görə, helikopter qatı duman və elektron nasazlıq səbəbindən idarəetməni itirib, dağın yamacına düşüb və alovlanıb. Pilot səhvi və təxribat versiyaları da mövcuddur.

Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı bir çox versiya irəli sürülür. İlkin versiya qəzanın helikopterin nasaz və əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi olsa da, İranda bəzi qüvvələr bunu sui-qəsd, kənar müdaxilə nəticəsində qətl kimi də qiymətləndirirlər.

Yeri gəlmişkən, dünən İran hökuməti ölkə Prezidentinin helikopter qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb. Hökumət əmin edib ki, “faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər”.

Nazirlər Kabineti həmçinin Rəisini dövlət başçısı kimi tərifləyib: “O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millət naminə qurban verdi”.

İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ölkədəki seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək. İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani isə ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi vəzifəsini icra edəcək.

Ekspertlər İran Prezidentinin və rəsmilərinin həyatına son qoyan qəza ilə bağlı şərhlərində bildirirlər ki, bu hadisə qonşu ölkənin siyasi sistemində dəyişikliyə səbəb olacaq.

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoy AYNA-ya müsahibəsində deyib ki, birincisi, araşdırılmalıdır ki, bu qəza necə, hansı şəraitdə baş verib:

-İkincisi, bundan sonra İranda yeni siyasi proses başlayacaq. Yeni prezident seçkiləri 50 gün içərisində keçirilməlidir. Bununla yanaşı, İran siyasi sistemində güclər nisbətinin yenidən tənzimlənməsi prosesi baş verəcək. Təbii ki, siyasi prosesə qəza ilə bağlı məsələlər təsirsiz ötüşməyəcək.

Birinci sual belədir: niyə bu hadisə baş verdi? Bu suala üç cavab var. Birincisi, adi, hava şəraitinə görə texniki qəzadır. İkinci versiya odur ki, İran daxilindəki güc mübarizəsi yeni mərhələyə keçir. Üçüncüsü, bu, hansısa xarici qüvvənin törətdiyi terror aksiyasıdır. İran hansı versiyanın üzərində dayanarsa, İranın bundan sonra təhlükəsizlik, müdafiə və xarici siyasəti ilə bağlı hansı addımlar atacağını demək olar. Texniki nasazlıq səbəbindən bu qəzanın baş verdiyi versiyasının üzərində dayanılsa, o zaman daxildə də, xaricdən də sorğular başlayacaq, axı necə olur ki, Prezident köhnə, nasaz bir helikopterə mindirilib?! Amerikaya, İsrailə, ümumilikdə dünyaya meydan oxuyan bir ölkənin rəhbərinin mindiyi helikopterin texniki baxımdan çox geridə qalmış olması İranın hava sistemi, hava təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Bu, İran daxilində də, dünyada da ciddi müzakirə predmetinə çevriləcək.

Daxili siyasi mübarizənin nəticəsi versiyası üzərində dayanılsa, o zaman ölkə daxilində gərginliklər artacaq. Rəisinin xarici siyasəti ilə bağlı əvvəllər tənqidlər səsləndirilirdi. Xüsusilə, parlamentdəki qruplar qəzada ölən xarici işlər naziri Abdullahianın addımlarını tənqid edirdilər. Onun hətta vəzifəsindən uzaqlaşdırılması məsələsi də gündəmə gəlmişdi.

Digər hadisədə versiya kimi, xarici qüvvələrin terror aktı versiyasının üzərində dayanılmasıdır. İran bu versiyanı üstün tutarsa, o zaman məsələ bir qədər də qəlizləşir.

- Helikopterin nasaz olması, Prezident və xarici işlər nazirinin eyni helikopterə minməsi də dünyada verilən əsas suallardan biridir. Eyni zamanda, Prezidentin helikopterini müşaiyət edən iki helikopter sağ-salamat təyinat məntəqəsinə eniş edib. Bu faktlar hansı mesajı verir?

- Əslində bu cür səfərlərdə texniki baxımdan baxılması gərəkən məqamlardan biri heyətdəki fiqurların eyni nəqliyyat vasitəsinə minməməsidir. Biz görürük ki, İranın iki əhəmiyyətli şəxsi eyni helikopterdə olublar. İki vacib dövlət adamının fərqli nəqliyyat vasitəsində olması təhlükəsizlik məntiqi baxımından doğru deyil. Buna niyə qərar verilib, araşdırma mövzusudur. Eyni zamanda, bildirilir ki, qəzaya uğrayan helikopterin pilotunun kimliyi məlum deyil. Bu da anlaşılan deyil. Prezidentin əyləşdiyi helikopterin pilotunun kimliyinin bilinməməsi mümkünsüzdür. Ola bilər ki, pilot Prezidentin mühafizə xidmətinə aid olub deyə, kimliyi bilinmir. Hər halda, qaranlıq məqamdır. Başqa bir məqam, Prezidentin Tehrandan Təbrizə, oradan isə Xudafərinə gəlib-getməsi məsələsidir. Nəticə etibarilə, Təbrizlə Xudafərin arasında məsafə o qədər də çox deyil, avtomobillə də hərəkət etmək olardı. Suallar çoxdur, cavablar isə müxtəlifdir. Əsas olan İranın araşdırmalarının nəticələrini hansı formada təqdim edəcəyidir.

- Artıq xarici qüvvələr ehtimalı artıq İran mediasında özünə yer alıb...

- Bu məqama ciddi diqqət yetirmək lazımdır. İrandakı dairələrə hansına hansı ölkənin adını çəkmək sərf edirsə, o ölkənin adını çəkməyə başlayıb. Manipulyasiyalar çox olacaq. Əgər helikopter qəzası texniki nasazlıq səbəbindən də olsa, ölkədaxili siyasi mübarizənin bir parçası da olsa, İran istəyəcək ki, hadisəni xarici faktorla əlaqələndirsin. Təbii ki, xarici faktor dedikdə ilk ağıla İranın problem yaşadığı ölkələr olacaq – ABŞ, İsrail. Düşünürəm ki, məsələni Azərbaycanla da hansısa formada əlaqələndirmək üçün İranda ciddi maraqlı qüvvələr var. İrandaxili siyasi gərginliyi pərdələmək üçün günahı başqalarının üzərinə atmaq siyasəti mümkündür. Eyni zamanda, İranla Azərbaycan münasibətlərinin normallaşmasını istəməyən qüvvələr də bizim ölkənin adını hansısa formada hallandıra bilərlər. Biz bu məsələdə diqqətli olmalıyıq.

- İran Nazirlər Kabineti bəyanat verib, “faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verilməyəcək”, deyə bəyanatdında vurğulayıb. Bununla yanaşı, ölkə rəhbərliyi təcili toplantı keçirib, idarəçiliklə bağlı qərarlar qəbul edib, Prezidentin və nazirin səlahiyyətlərinin icrası vitse-prezidentə, XİN başçısının müavininə həvalə olunub. İran hökuməti niyə belə tələsdi?

- Bu, təbiidir. Çünki ölkənin iki mühüm şəxsi – Prezident və xarici işlər naziri həyatını itirib. Ölkənin təhlükəsizliyi ilə bağlı təcili toplantı keçirmək, yeni dönəm üçün dəyərləndirmə aparmaq, vəzifələrin müvəqqəti də olsa həvalə olunmasını təmin etmək vacib idi. Əlbəttə, bunun nəticələr, görüləcək tədbirlər, hadisənin araşdırılması İranın bundan sonrakı siyasətinə, qərarlarına təsir göstərəcək. Yəqin ki, bu toplantılar Ali Dini Lider Seyid Əli Xameneinin rəhbərliyi ilə bir neçə dəfə keçiriləcək, qərarlar uzlaşdırılacaq. Bu proseslər İranı yeni mərhələyə aparır. Qəzanın texniki hissəsi ilə bağlı yəqin ki, komissiyalar yaradılacaq, araşdırmalar ciddi şəkildə aparılacaq.

- Bundan sonra İranda nələr gözlənilir?

- İranda daxili siyasət baxımından, iki proses bir-birinə qarışıb. Bunlardan birincisi İran siyasətində Xameneidən sonraya hazırlıq idi. Hazırlıq prosesinin ən əhəmiyyətli hissəsi ondan ibarətdir ki, Xameneinin sağlıq durumu ilə bağlı problemlər var. İranlı ekspertlər zaman-zaman bunu qabardırdılar və ehtimallar vardı ki, Rəisi bu posta hazırlaşır. Rəisinin qəzada həlak olmasından sonra güc tənzimlənməsi ilə bağlı proseslər sürətlənəcək. Çünki iki proses bir-birinə qarışdı. Xameneidən sonrakı İran dini təhlükəsizliyi, İran milli təhlükəsizliyi məsələsi həll olunmalıdır, həm də İrandakı günlük siyasi proseslərin aparılması üçün Prezident postunu kimin tutacağı dəqiqləşməlidir. Diqqətlə baxmaq lazımdır ki, İranda bu proseslər necə gedir. Bundan sonrakı 50 gün içərisində çox şeyə aydınlıq gələcək. İndidən demək ki, güc mübarizəsində kimlər hansı addımları atacaqlar, prezidentliyə namizəd kim olacaq, Ali Dini Lider postuna kimi düşünürlər, bunları söyləmək üçün tezdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Dünən, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Dünən, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Dünən, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Dünən, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Dünən, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru