Ticarət müharibəsinin miqyası genişlənib - İNCƏLƏMƏ
Tarix: 16-05-2024, 11:01 | Çap et
 ABŞ-Çin ticarət müharibəsi yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan təmiz enerji məhsullarına tarifləri artıran qərar imza atıb. “The Wall Street Journal” dərgisinin yazdığına görə, Baydenin qərarıyla artırılan rüsum Çində istehsal olunan minerallara, günəş panellərinə və batareyalara da tətbiq ediləcək. Bununla Vaşinqton Avropa İttifaqının üzləşdiyi problemdən yayına bilib. Brüssel də Avropaya idxal olunan Çinin ucuz elektromobillərindən şikayətçidir. Brüssel hesab edir ki, Pekin yerli istehsalçılara böyük subsidiyalar ayırmaqla ədalətli rəqabətə mane olur. Subsidiya hesabına Çin istehsalı olan elektomobillərin qiyməti ucuzlaşır və Avropa ölkələrində istehsal olunan elektromobillərə maraq azalır. Çünki alıcı ilk növbədə qiymət fərqinə üstünlük verir. İqtisadi ekspertlərin fikrincə, Çin istehsalı olan elektromobillər Avropa bazarında böyük paya sahibdir. Dünyada elektromobillərə maraq artıb. Vaşinqton Amerika bazarını qorumaq məqsədilə qabaqlayıcı addımlara ehtiyac duyub. Bundan sonra ABŞ ərazisində Çində istehsal olunan elektromobillərin idxal tarifləri 100 faizə qədər artırılacaq. Bu indiki rüsumdan 5 dəfə çoxdur. Baydenin qərarına qədər Çində istehsal olunan elektromobillərə 25 faizlik rüsum tətbiq edilirdi. Bayden yeni qərarıyla faktiki özündən əvvəlki prezident Donald Trampın Çin məhsullarına qarşı sərt siyasətini davam etdirir. Misal üçün Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq planlaşdırırdı. Bu arada, “Amerikanın səsi”nin yaydığı məlumata görə, Bayden Çinə qarşı daha bir addım atıb. ABŞ Çinlə əlaqəli “MineOne” kriptovalyuta şirkətinin Amerika hərbi bazasının yanında qurduğu Bitcoin mədənini bağlayıb. Vaşinqton bu qərarını belə əsaslandırıb ki, Çinə bağlı mədən hərbi bazaya yaxın olduğu üçün ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Həmin hərbi bazada nüvə başlıqlı qitələrarası raketlər saxlanılır. Vaşinqton şübhələnib ki, Çin mədən vasitəsilə yaxınlıqdakı hərbi bazadan məlumatlar əldə edə bilər. Mədənin hərbi bazadan uzaqlığı cəmi 1.6 kilometrdir. Çin həmin mədəni 2022-ci ildə əldə edərək kriptovalyuta çalışmalarına başlayıb. ABŞ prezidentinin göstərişinə görə, şirkətə avadanlıqlarını mədəndən çıxarmaq üçün 90 gün veriləcək. Vaşinqtonun mədənlə bağlı qərarının qəbuluna məşhur “Microsoft” şirkətinin təsiri olub. “New York Times”ın nəşrinin yazdığına görə, “Microsoft” Vaşinqtonu xəbərdar edib ki, “MineOne” şirkətinin mədəndəki fəaliyyəti ABŞ-a təhlükə yaradır. Bundan sonra mədənin kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyi qənaətinə gəlinilib. Pekin Vaşinqtonun qərarlarından narazıdır. Çin bir neçə ay əvvəl elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət etmişdi. Pekin Vaşinqtonun ədalətli rəqabətə mane olduğunu bildirmişdi. Halbuki, Vaşinqton və Brüssel öz məhsullarına subsidiyalar ayıran Çini ədalətli rəqabətə mane olmaqda ittiham edir. Baydenin qərarları göstərir ki, Pekin Dünya Ticarət Təşkilatına şikayətindən nəticə əldə etməyib.
“Atlas” Araşdırmalar Mərkəzi diaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
| • Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
| • Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58 |
|
|
|
| • "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54 |
|
|
|
| • Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51 |
|
|
|
| • Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49 |
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12 |
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48 |
|
|
|
| • Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46 |
|
|
|
| • Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Dünən, 11:35 |
|
|
|
| • "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Dünən, 11:33 |
|
|
|
| • Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Dünən, 11:31 |
|
|
|
| • "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 11:29 |
|
|
|
| • Əlizamin Salayev azadlığa buraxıldı
Dünən, 11:11 |
|
|
|
| • Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Dünən, 11:08 |
|
|
|
|