“İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                 

Qanlı müharibə bölgəsində son durum: - “Hər bir metr uğrunda şiddətli döyüş gedir”
Tarix: 1-03-2024, 10:53 | Çap et
Qanlı müharibə bölgəsində son durum:
Ukraynada yaşayan, beynəlxalq media orqanları ilə əməkdaşlıq edən, qanlı döyüş meydanlarından reportajlar hazırlayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya müsahibəsində Ukraynadakı son döyüş əməliyyatlarından danışıb. Beləliklə:

- Hazırda döyüş zonalarında vəziyyət nə yerdədir?

- Hazırda Donbasdayam. Ukrayna ordusu bütün gücü ilə müqavimət göstərir. Olduğum istiqamətdə tərəflərdən hər hansı birinin üstünlüyünü müşahidə etmirəm. Ukrayna ordusunda yüksək əhval-ruhiyyə var. Yüksək rütbəli hərbçilər mərmi çatışmazlığından şikayətlənirlər. Amma döyüşlərdə bu problem hiss olunmur.

- Son zamanlar Qərb ölkələrində Ukraynanın müdafiəsinə ordu göndərilməsi məsələsi müzakirə olunur. Bu xəbərlər ictimaiyyət arasında necə qarşılanır və Qərbdən ordu gəlməsi realdırmı?

- Qərbdən ordu göndərilməsinə Ukraynada heç kim inanmır. Təlimatçılar göndərilə bilər. Amma ruslarla döyüşməyə ordunun göndəriləcəyi real deyil. Hələlik buna ehtiyac da yoxdur. Ukrayna ordusunda kifayət qədər hərbçi var. Ukraynalılar hesab edirlər ki, Qərb lazımi köməklikləri etsə, ordu zəbt olunmuş əraziləri də azad edə bilər. Əsasən, müasir aviasiya vasitələri və uzaq mənzilli raketlərə ciddi ehtiyac var.

- Deyirsiniz ki, Ukrayna ordusunda kifayət qədər hərbçi var. Amma Prezident Zelenski orduya çağırılmaq üçün canlı qüvvə çatışmazlığından narahatlığını ifadə etdi...

- Səfərbərliklə bağlı müəyyən problemlər var. Bu, əsasən Ukraynanı tərk edən cavanlarla bağlıdır. Kiyev çalışır ki, Avropaya gedən kişiləri geri qaytarsın. Bununla belə, hələlik döyüşlərdə bu amil müşahidə olunmur. Rusiyanın bir az üstünlük qazanması səbəbi də mərmi çatışmazlığıdır.

- Ümimiyyətlə, son vaxtlar Ukrayna ilə bağlı pessimist xəbərlər yayılır. Xüsusilə, Avdeyevkanın itirilməsindən sonra bu cür məlumatlar intensivləşib. Niyə? Cəmiyyətlə bu yöndə ruh düşkünlüyü hiss olunurmu?

- Rusiyanın Avdeyevkanı zəbt etməsindən sonra genişmiqyaslı hücuma keçəcəyi gözlənilirdi. Amma Ukrayna ordusu bunun qarşısını ala bildi. Rusiya ordusu yüz metr də irəliləyirsə, bu, çox böyük itkilərin hesabına baş verir. Hər bir metr uğrunda şiddətli döyüş gedir. Ehtimalım odur ki, Ukraynanın böyük itkilər verdirməklə geri çəkilməsi bir taktikadır. Bu baxımdan yaxın aylarda üstünlüyün Ukrayna tərəfinə keçəcəyi gözlənilir.

Ukrayna ilə bağlı pessimist proqnozların hansı məqsədlə verilməsinin səbəbini bilmirəm. Çünki Ukraynanın hələlik kifayət müdafiə və hücum potensialı var. Bundan əlavə, əhali artıq müharibəyə öyrəşib və əksəriyyət Rusiya ordusunun Ukraynada məğlub ola biləcəyinə inanır. Ola bilsin ki, Rusiya kəşfiyyatı da bu tip xəbərlər yaydırmaqla Ukraynada ruh düşkünlüyü yaratmaq istəyir. Amma vəziyyət iki il əvvəllə müqayisədə çox dəyişib. Rusiya bu yolda məqsədinə çata bilməyəcək.

- Bu ayın ortalarında Rusiyada prezident seçkiləri keçiriləcək. Təhlükəli gözləntilər var ki, rus ordusunun qarşısında seçkilərədək Ukraynadan maksimum dərəcədə torpaq qoparmaq vəzifəsi qoyulub. Yəni, bununla Putin özünə seçki hədiyyəsi etmək istəyir. Ukrayna bunun qarşısında dayana biləcəkmi və hazırda rusların belə şiddətli hücumları müşahidə olunurmu?

- Təhlükəli gözləntilər həmişə var. Bu baxımdan, mart ayında Rusiyanın daha genişmiqyaslı hücuma keçəcəyini gözləmək olar. Ukrayna ordusunun da buna uyğun hazırlaşdığı istisna deyil. İnanmıram ki, Rusiya yaxın həftələrdə cəbhədə ciddi uğur əldə edə bilsin. Demək olar, hər iki tərəfin gücü eynidir. Rusiyanın aviasiya üstünlüyü olmasına baxmayaraq, Ukrayna ordusu bunu döyüşlərdə hiss elətdirmir. Düşünürəm ki, Ukrayna bu dalğanın da qarşısında dayana biləcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru