Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                     Mahmud Əhmədinejadın .....                     Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? .....                 

“Qanlı günlər qabaqdadır, Kremldəkilər artıq kəməri öz boyunlarına bağlayıblar” - FEYQİN
Tarix: 16-01-2023, 08:16 | Çap et
“Qanlı günlər qabaqdadır, Kremldəkilər artıq kəməri öz boyunlarına bağlayıblar”
Rusiyalı hüquq müdafiəçisi və müxalif siyasətçi Mark Feyqin UNİAN-a müsahibəsində Rusiyada yeni səfərbərlik dalğasından danışıb. O, həmçinin Rusiyanın Kiyevə qarşı yeni hücumu təhlükəsini nə üçün tamamilə real hesab etdiyini və rusların hansı səbəbdən bu vəziyyətdə olduğunu izah edib. DİA.AZ müsahibəni istinad və ixtisarla təqdim edir:

- Yanvarın 9-dan FSB hərbi xidmətə cəlb olunanlar üçün Rusiya Federasiyasından çıxışı bağlayıb. Lakin Peskov bildirib ki, bu məlumat həqiqətə uyğun deyil. Adətən, Peskovun dedikləri əksinə qəbul edilir. Bu dəfə də əksini düşünəkmi?

- Təbii ki, Peskovun dedikləri əksinə qəbul edilməlidir. Bir sənəd dərc olundu, bir çox cəhətdən real sənədə çox az bənzəyir, amma sualın mahiyyəti belədir: hərbi xidmətə cəlb olunanların çıxışını bağlaya bilərlərmi? Əslində bu, artıq baş verir. Ortaya çıxan məlumata görə, hərbi xidmət keçmiş 35 yaşa qədər şəxs indi Rusiyanı tərk edə bilməz. Kimsə Qazaxıstana və ya Gürcüstana sərhədi keçməyi bacarır, lakin bu, 21 sentyabr 2022-ci ildən sonra olduğundan daha kiçik miqyasda baş verir.

Düzünü desəm, tarixlər önəmli deyil - Rusiyada elə sistem var ki, artıq çağırışın rəsmi və ya qeyri-rəsmi olunmasına baxılmır - sifariş var, yoxsa yox, ona baxılır. İstədikləri kimi davranırlar. Qanunazidd olsa da, şifahi göstəriş varsa, yerinə yetirəcəklər.

- Demək olarmı ki, yeni səfərbərliyə hazırlıq gedir?

- Əlbəttə ki, yeni səfərbərlik mərhələsinə hazırlıq gedir, çünki sentyabrın 21-dən etibarən Rusiya cəbhədə “uğurlar” əldə etdi: onlar Kiyevə çatmaq niyyətində idilər, lakin Soledarı aldılar. Severodonetski və Lisiçanskı aldılar, lakin bütün Xarkovu itirdilər. Sonra cənubda Xersonu tərk etdilər. Demək istədiyim odur ki, biz Soledarın, hətta Baxmutun da itirilməsinin şahidi ola bilərik və sabah Ukrayna qoşunları güc toplayıb, məsələn, Melitopola çata bilər.

- Məqsəd iki-üç günə Kiyevi almaq idi, lakin on minlərlə insan cəbhənin kiçik bir hissəsində yerləşdirildi. Bu cür fədakar itkilər sayəsində çox az nailiyyətləri oldu. Onlar itkiləri veclərinə almırlar...

-Əlbəttə, almırlar. Ona görə də mən inanıram ki, onlar səfərbər olanların azalan sıralarını yeniləri ilə dolduracaqlar. Sual budur: kimlə dolduracaqlar? Yeni səfərbərlik lazımdır. Bəs səfərbərliyin yeni dalğası nə vaxt baş verəcək? Hesab edirəm ki, indi vəzifə mövcud qüvvə və vasitələrlə ən azı minimal məqsədlərə nail olmaqdır. Onlar müharibəni dayandırmır, işğal olunmuş torpaqları azad etmir, davam etdirirlər. Bu isə o deməkdir ki, bu itkilər bahasına onlar hətta gələcəkdə nisbi olaraq minimal nəticə əldə edə bilərlər.

- Münaqişənin müxtəlif istiqamətlərdə eskalasiyasının mümkünlüyü inkar edilmir. Budanov və Arestoviç Kiyevə, Xarkova hücumdan danışırlar. Necə düşünürsünüz, Putin yeni “24 fevral”a qərar verəcəkmi? Onun kifayət qədər resursu varmı və belə bir cəhd nə ilə nəticələnə bilər?

- Putin uzunmüddətli hərbi planla hərəkət etmir. Planına görə, o, iki-üç günə Kiyevi almalı idi. Onlar öz imkanları daxilində fəaliyyət göstərirlər. Məsələn, Soledarda, Baxmutda irəliləmək imkanı var - irəliləyirlər. Cənubda Dnepr çayının sol sahilində körpübaşı tutmaq imkanı var - onlar bunu edirlər. Qərb silahlarının tədarükünü dayandırmaq üçün yenidən Kiyev vilayətinə və ya Belarusdan Volına daxil olmaq üçün şimaldan hücum etmək olarmı? Mən bilmirəm. Bu mənim şəxsi fikrimdir, daha çox siyasidir, hərbi deyil.

Hərbi ekspertlər bunun mümkün olmadığını deyirlər - körpülər partladılıb, keçidlər minalanıb, hər santimetri nəzarətdədir. Bunlara inanıram. Amma Rusiyadakı güc məntiqinə əsaslanaraq düşünürəm ki, buna cəhd edəcəklər. Onlar bu planı nəzərə alırlar – yəni ki, şimaldan giriş imkanını.

Onların ilk gedişi açıq şəkildə “xoşməramlı” jestlə əsaslandırılıb. Baxmayaraq ki, heç də belə deyildi. İtkilər dəli edəcək dərəcədə çoxdur. Xüsusilə Kiyev bölgəsində - Buça, Qostomel, Borodiankada. Onlar Kiyevi rinqə çıxarmağa çalışdılar və uğursuz oldular, çünki itkilər hətta indikilərlə müqayisə olunmaz idi. Kiyevi almaq üçün daha çox vəsaitə ehtiyac vardı ki, Rusiyada bu qalmamışdı. Və qoşunları geri çəkdilər. Çünki qüvvələri yenidən toplamaq, Kiyevlə bağlı planı dondurmaq və təxirə salmaq daha əlverişli idi. İndi mənə elə gəlir ki, məqsədləri başqadır. Onlar təhdid vasitəsilə Kiyevi danışıqlara, Qərbi isə Kiyevə təzyiq etməyə məcbur etmək istəyirlər. Yəni ki, Rusiya Federasiyası hansısa siyasi variant hazırlayır, onu hərbi eskalasiya yolu ilə təmin etmək istəyir. Bunun üçün şimaldan giriş planı ən yaxşı variantdır.

- Yəni ki, Kiyev Rusiyanın hədəfindədir...

- Təbii ki, hər zaman Kiyev hədəfdə olub. Kiyev mərkəzdir, qərarların verildiyi yerdir. Rusiya Kiyevi “sınma nöqtəsi” sayır. Rusiyanın bütün fəaliyyəti, Lukaşenkonun bu missiyadan yayınması da bununla bağlıdır. Lukaşenko hər şeyin hara getdiyini, Belarusun sərhəd ərazisinin bir hissəsinin qurban veriləcəyini anlayır. Zərbələr ona qarşı, rus qoşunlarının, ola bilsin ki, Belarus qoşunlarının birləşmələrinə və batareyaların yerləşdiyi obyektlərə endiriləcək. Üstəlik, Lukaşenkonun özü də hədəfə çevriləcək. Düşünürəm ki, ona informasiya ötürülüb və ya izah edilib ki, bundan sonra hədəfdə olacaq. Onu öldürmək üçün bir fürsət olacaq və öldürüləcək. Yaşadığı yer dron və ya başqa bir şeylə vurulacaq, fərqi yoxdur. İndi 2022-ci ilin fevralın sonu deyil. 2022-ci ilin mart ayının əvvəli çoxlu problemlər var idi və Lukaşenko sərbəst idi. İndi həyatı onun özündən asılı olacaq. Bilirsiniz, bütün Qərb bunu alqışlayacaq və deyəcək: “Əla oldu, onu oğlu ilə birlikdə öldürüblər, nə yaxşı” və s. Ona görə də Lukaşenkonun müqavimət göstərmək, Moskvanın isə onu müharibəyə cəlb etmək niyyəti var.

Mən Rusiya Federasiyasının malik olduğu qüvvələr və vasitələrlə yeni uğurlu əməliyyatın həyata keçirilməsinin qeyri-mümkün olduğunu deyən hərbi ekspertlərin fikrinə inanıram. Ancaq məncə, Rusiya Federasiyasının başında dayananlar Kiyevin peşəkar hərbçilərin deyil, səfərbər edilmiş resursla ələ keçirilməsinə inanırlar. Nəzərinizə çatdırım ki, Qostomelə qoşunlar yerləşdirilib. Doğrudan da, hərbi məntiq nöqteyi-nəzərindən onların bu addımı uğurlu ola bilməz. Lakin hərbi məntiqə görə, onlar ümumiyyətlə, müharibəyə başlamamalı idilər. Yəni ki, məntiq yoxdur, amma buna baxmayaraq ağıllarına düşəni edirlər. Çünki, ilk növbədə, hərbi deyil, siyasi məqsədlər güdülür.

- Baş Qərargahımızın məlumatına görə, Makeeyevkada rusların 400-ə yaxın ölüsü, 300-ə yaxın yaralısı var. Üstəlik, səfərbərlik davam edir. Rusiyanın bəs bəzi rayon və kəndlərdə kişi əhalinin qalmaması faktı ilə əhali razılaşacaq, susacaq və qorxacaq?

- Rusiya Federasiyasında informasiya ilə daim manevr edirlər. Ölüləri “itkin” kimi qələmə verirlər ki, guya hardasa sağ qalıblar, döyüşürlər. Yəni ki, bu insanların sadəcə həyatda olmadığını əhalinin indi başa düşməməsi üçün vaxt lazımdır. Əgər onlar Makeeyevkada ölüblərsə, o zaman cəsədlər Rostov vilayətindəki bəzi morqlarda hardasa yatır. Yaxud da, məsələn, yandırılıb və s. Nəzərə almaq lazımdır ki, kimliyin ekspertizası çox uzun bir prosesdir. Deməli, həmişə bəhanələr var, vaxt uzatmaq olar.

Ölənlərin həqiqi sayını anlamaq bir gündə mümkün deyil. Samaradan bir qadın gördüm, burada qubernator Azarova müraciət edir və deyir: “Orada Makeeyevkada mənim üç oğlum var, indi onlar haradadır?”. Demək ona oğlanlarının itkin düşdüyü deyilib.

Sovet illərində informasiyaya çıxış yox idi, hər hansı bir şübhənin əvəzini ödəmək qorxusu var idi. Bu qorxu hələ də var, amma indi informasiya qıtlığı yoxdur. İstəyirsinizsə, internet hər şeyi öyrənməyə, videolara baxmağa imkan verir - obyektiv sübutlar olur.

- Sübutları görənlər də etiraza qalxmır...

-İndi vəziyyət elədir ki, insanların əksəriyyəti hiddətlənməyə, ayağa qalxmağa psixoloji cəhətdən hazır deyil və bütün bunlara qarışmaqdan imtina edir. Biz hələlik ciddi etirazı görmürük.

- Aydos Sadıkovla danışdım, dedi ki, hakimiyyətə qarşı qəzəb mümkündür, insanlar etiraz edə bilərlər, amma bunun üçün tətik lazımdır. Məsələn, Moskvada işığı kəsin ki, susuz, istiliksiz otursunlar. O zaman narazılıq dalğası başlayacaq. Yalnız belə bir tətik lazımdır. Ölmək qorxusu deyil, tam rahatlıq və adi məişət şəraitindən məhrum olmaq etirazı alovlandıra bilər. Siz bununla razısınızmı?

- Qismən razıyam. Bəli, Moskva həssasdır, elektrik kəsilməsi, internet, yəqin ki, bir şəkildə təsir edə bilər, etirazlar başlaya bilər. Amma Rusiyanın qalan hissəsi üçün bunu demək olmaz. Orada insanlar qazlaşdırma olmayan evlərdə, küçələrdə, hətta tualetə bənzəyən evlərdə yaşayırlar. Yəni əksər yerlərdə bu həssaslıq yolxud. Orada insanlar daha böyük sosial deqradasiyaya hazırdırlar. Bu, əlbəttə, kədərlidir.

Rusiyada insanlar elə “proqramlaşdırılıb” ki, “böyük ölkəni geri qaytarmaq” üçün səbr etməlidirlər. Onlara dözmək, dözmək, dözmək öyrədilib.

- Putinin “qəhrəman” etdiyi, mükafatlandırdığı şəxs quldurluq və yetkinlik yaşına çatmayan uşağa təcavüz etmək üçün doqquz il həbs cəzası almış bir adamdır. Bu, ümumiyyətlə, necə başa düşülməlidir?

- Gülməli yox, acınacaqlıdır ki, Putin rejiminin bu gün qəhrəmanı quldurluq və azyaşlıya təcavüzə görə 9 il həbs almış cinayətkardır. Bu rejim məhvə məhkumdur. Kəməri öz boyunlarına bağlayıblar. Rusiya 1991-ci ildən az itki ilə çıxdı, vətəndaş müharibəsi olmadı. İndi bu, işləməyəcək. Qanlı günlər qabaqdadır. Maraqlıdır ki, bunun üçün ilkin şərtləri Kremldəkilərin özləri yaradıblar. Gücün boşaldılması və parçalanması, silahlı cinayətkarların meydan sulaması baş verəcək. Rusiya ölümcül uçuruma doğru gedir və yanan peçə kömür əlavə edir. Son qaçılmaz və ölümcül olacaq. Cinayətkarları “qəhrəman” etməyin sonu yoxdur.

Müəllif: Ayna.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Dünən, 14:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru