Qərb Qərbə qarşı: NATO, yoxsa BAO? - GƏLİŞMƏ
Tarix: 6-10-2021, 08:55 | Çap et
 Avropa İttifaqı (Aİ) müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib. Söhbət Birləşmiş Avropa Ordusundan (BAO) gedir.
Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur: “Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO-nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.
Poltioloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, bunu həyata keçirmək asan olmayacaq: “Bu məsələ uzun müddətdir Avropa kluarlarında müzakirə olunur. Hətta deyərdim ki, ötən əsrin 80-ci illərindən gündəmə gəlib. Hesab edirlər ki, öz ordusunun olmaması Avropanı ABŞ-ın iradəsindən asılı vəziyyətə gətirib. Çünki NATO-ya nəzarət fakitiki olaraq Vaşinqtondadır və Avropa həlledici məsələlərdə ABŞ-ın diqtəsi ilə qərar vermək məcburiyyətində qalır. Bu ideyanın əsas tərəfdarı isə Fransadır. Almaniya da bu məsələdə fəallıq nümayiş etdirir. Görünür artıq başa düşürlər ki, Avropa öz ordusu olmadan dünyada baş verən hadisələrə real təsir göstərə bilməyəcək”.
Politoloqun sözlərinə görə, bu ideyanın yenidən gündəmə gəlməsi ABŞ-ın təzyiqlərinə qarşı alternativ yaratmaq niyyətindən qaynaqlanır: “Məlumdur ki, Rusiya son zamanlar Avropaya qarşı aqressiv addımlar atır. Belə bir vəziyyət demokratik Qərb üçün arzuolunan deyil. NATO-nun xərclərinin yarıdan çoxunu Avropa çəkir, lakin həlledici qərarlar ABŞ tərəfindən verilir. Amm bu, qeyd edildiyi kimi, heç də asan məsələ deyil. Həm ABŞ, Həm Britaniya, həm Rusiya, həm də digər dünya gücləri buna imkan verməyəcək. Əgər asan olsaydı, bu 30 ildə vahid ordunu ərsəyə gətirərdilər. Sadəcə ABŞ-a mesaj verirlər ki, Avropanı oyundankənar vəziyyətə qoymaq olmaz. Yəni, müəyyən təzyiq üsuludur”.
Hüseynli vurğulayıb ki, bu hadisə baş verərsə - birləşmiş Avropa Ordusu yaranarsa, NATO-nun mövcudluğu sual altına düşəcək: “Bu isə öz növbəsində Amerikanın rəqiblərini gücləndirən faktora çevriləcək. Təbii ki, buna imkan verməyəcəklər. Bütün hallarda bu təşəbbüsün irəli sürülməsi labüd addımdır və dünyanı öz istədiyi kimi idarə edən qüvvələrə mesaj sayıla bilər”.
Politoloq Zaur Məmmədov isə AYNA-ya şərhində qeyd edib ki, ilkin mərhələdə yalnız kiçik ordunun yaranmasından söhbət gedə bilər: “Sözsüz ki, burada böyük ordudan söhbət getmir. Bilirsiniz ki, bu məsələ müzakirə olunanda yalnız bir neçə ölkə bunun əleyhinə səs verdi. Digər Avropa dövlətləri isə bu təşəbbüsü dəstəklədi. İndi hamını düşündürən sual isə budur: Bu ordu kiminlə müttəfiqlik edəcək, birləşmiş Avropa Ordusunun yaranmasından sonra NATO-nun taleyi necə olacaq? Bu məsələdə ABŞ və Britaniya hansı mövqeni nümayiş etdirəcək? Onlar ümumiyyətlə, bunda maraqlıdırmı? Buna imkan verəcəklərmi? Göründüyü kimi, bütün bu suallar açıq qalıb”.
Analitikin bildirdiyinə görə, indiyə qədər bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, heç zaman reallaşmayıb: “Yəni, hər dəfə nəzəri mərhələdən o yana keçə bilməyiblər. Faktiki olaraq ötən əsrin 90-cı illərindən bəri aparıcı Avropa dövlətlərinin beynəlxalq siyasətdə təkbaşına həlledici fəaliyyəti nəzərə çarpmayıb. Sözsüz ki, Fransa, Almaniya kimi aparıcı Avropa dövlətləri bu vəziyyətlə barışmaq istəmir. İddialar var ki, bu addımı atmaqla Avropa 120 milyard dollar vəsaitə qənaət edəcək. Bu, kifayət qədər ciddi rəqəmdir. Buna qədər Avropanın müstəqillik təşəbbüsünə Britaniya əngəl olmağa çalışırdı. İndiki vəziyyətdə isə Britaniya artıq Avropa İttifaqının üzvü deyil və London proseslərə nəzarət imkanlarını itirib”.
Məmmədov əlavə edib ki, bu, diplomatik müstəvidə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq: “Yeni struktur formalaşarsa, Avropa ölkələri artıq silah dalınca okeanın o tayına və yaxud qitənin başqa ölkələrinə üz tutmayacaq, özlərinin hərbi potensialı üzərində işləyəcəklər. Yaxın gələcək Paris və Berlinin nə dərəcədə öz məqsədlərinə çatmaq üçün iradə nümayiş etdirəcəklərini göstərəcək. Hər halda belə sazişin reallaşması üçün ən azı 15-20 ilə ehtiyac var”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45 |
|
|
|
| • “Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38 |
|
|
|
| • Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36 |
|
|
|
| • “Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı - NƏ BAŞ VERİR?
Bu gün, 11:27 |
|
|
|
| • Heç nə ADSEA-nın umrunda deyil... - Tam ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:26 |
|
|
|
| • Naxçıvanda çörəyə də HARAM QATIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09 |
|
|
|
| • Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50 |
|
|
|
| • Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48 |
|
|
|
| • Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
| • Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır - VİDEO
Bu gün, 10:29 |
|
|
|
| • Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular - Bakının mövqeyi qətidir
Bu gün, 10:23 |
|
|
|
| • Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir – Kobaxidze təsdiqləyib
Bu gün, 10:18 |
|
|
|
| • Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi - FOTO
Bu gün, 10:12 |
|
|
|
| • Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR
Bu gün, 10:09 |
|
|
|
| • Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
| • “Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” - 89 yaşlı Elmira Rəhimova
Bu gün, 10:04 |
|
|
|
| • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:58 |
|
|
|
| • Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47 |
|
|
|
| • Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40 |
|
|
|
| • Nazir müavininə ağır itki
Bu gün, 09:29 |
|
|
|
| • Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26 |
|
|
|
| • Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
| • Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07 |
|
|
|
| • Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05 |
|
|
|
| • Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56 |
|
|
|
| • Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45 |
|
|
|
| • "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41 |
|
|
|
| • “Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38 |
|
|
|
| • ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31 |
|
|
|
| • SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07 |
|
|
|
| • Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01 |
|
|
|
| • Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48 |
|
|
|
| • Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44 |
|
|
|
| • Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40 |
|
|
|
| • «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36 |
|
|
|
| • Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26 |
|
|
|
| • "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17 |
|
|
|
| • Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05 |
|
|
|
| • ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59 |
|
|
|
| • Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57 |
|
|
|
| • "Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50 |
|
|
|
| • Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31 |
|
|
|
| • Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07 |
|
|
|
| • Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00 |
|
|
|
| • Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55 |
|
|
|
| • Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49 |
|
|
|
| • Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46 |
|
|
|
|