Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                     "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                     Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi .....                     Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı .....                     Orxan Rəhimov direktor təyin edildi .....                     Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər .....                     Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı .....                     “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır .....                     Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib .....                     Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var .....                     Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı .....                     Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək .....                     Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir .....                     Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb .....                     Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: .....                     Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... .....                     “Bacıma söyürdü” .....                     Dilqəm Əsgərov oğlu ilə dalaşdı .....                     “Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı .....                     Heç nə ADSEA-nın umrunda deyil... .....                     Naxçıvanda çörəyə də HARAM QATIRLAR... .....                     Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs .....                     Dövlət Məşğulluq Agentliyi auditor seçir .....                     Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb .....                     Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü .....                 

"İŞİD Xorasan" qrupu "Taliban"a müxalifət ola bilər - Ekspert danışır
Tarix: 31-08-2021, 08:25 | Çap et
"İŞİD Xorasan" qrupu "Taliban"a müxalifət ola bilər
Ötən gün İŞİD terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildə ardıcıl altı partlayış törətdi. Teraktın İŞİD terror təşkilatının Xorasan qrupu tərəfindən törədildiyi bildirildi. Qeyd edək ki, İŞİD-K daima Əfqanıstanın şərqində, İran sərhədindəki şiələri hədəf alaraq qanlı hücumlar təşkil edib. Ancaq zaman-zaman ölkənin şimalında və şərqində "Taliban"la İŞİD-in Xorasan qolu arasında qarşıdurmalar yaşanıb. Hətta iki qruplaşma 2015-ci ildə bir-birlərinə qarşı müharibə elan edib. İŞİD-K dəfələrlə "Taliban" yaraqlılarını öldürüb, onlarla əməkdaşlıq edənlərə hücumlar təşkil edib, "Taliban"ın de-fakto rəhbərlərinin başlarını kəsib. Avqustun 26-da Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında terror törətməklə İŞİD qruplaşması özünü yenidən yada saldı. Bu terrorçu qruplaşmanın törətdiyi terror aktı nəticəsində 15 ABŞ hərbçisi olmaqla 200-ə yaxın insan öldü.

Bu qanlı hadisənin məsuliyyətini "İŞİD Xorasan" qruplaşması öz üzərinə götürdü. Regionda baş verən proseslər onu göstərir ki, Əfqanıstanda "Taliban"a qarşı yeni müxalifət formalaşır?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında bildirib ki, əslində, bu, terroru törətməklə "İŞİD Xorasan"ın bir sıra ismarıclar verdiyini ehtimal etmək olar. Politoloq qeyd edib ki, əslində bu qruplaşma hakimiyyətdə təmsil olunmaq, həmçinin Əfqanıstanın bir hissəsinə iddia etməklə öz mövcudluğunu bildirmək istəyir:

"Çünki Əfqanıstanda Xorasan adlı bölgə mövcud deyil. Bu adda İranda əvvəllər bir əyalət olub. 2004-cü ildə bu əyalət mərkəzi Bocnurd olan Şimali Xorasana, mərkəzi Bircend olan Cənubi Xorasana və mərkəzi Məşhəd olan Xorasan-Rezaviyə bölündü. Tarixi Böyük Xorasana isə İran, Tacikistan, Əfqanıstan, Özbəkistan və Türkmənistan daxil olub. "İŞİD Xorasan" bu ərazilərdə “xilafət” yaratmağa iddia edir. Onların hədəfi "Xorasandan başlayıb Qüdsədək hərəkət" etməkdir. Ümumiyyətlə, ideoloji baxımdan oxşar olsalar da, "Taliban"la "İŞİD Xorasan"ı bir-birindən bu kimi ideyalar fərqləndirir. "Taliban" Əfqanıstanda, "İŞİD"in adıçəkilən qruplaşması isə bütün müsəlman ölkələrini “bir xilafətdə” birləşdirmək uğrunda mübarizə apardığını bildirir. Bu qruplaşma 2015-ci ildə "Taliban"la Əfqanıstanda Nanqarhar, Gilmend, Fərəh və Zabul əyalətlərində toqquşmuşdu. Onda hər iki tərəf itki vermişdi. Həmin toqquşmadan sonra “Taliban”ın sıralarından çıxaraq “İŞİD Xorasan”a qoşulanların olduğuna dair xəbərlər yayılmışdı. Bu ay (2021-ci ilin avqustu) “tələbələr” Kabili ələ keçirəndən sonra Əfqanıstan Milli Təhlükəsizlik Direktorluğunun həbsxanasından İŞİD-çilər istisna olmaqla bütün məhbusları sərbəst buraxmışdı. İŞİD qruplaşmasının 9 liderini, o cümlədən Əbu Ömər Xorasani təxəllüslü terrorçubaşını da edam etmişdi. Bu kimi hadisələr "Taliban"la "İŞİD Xorasan" arasında ziddiyyətin olduğunu ehtimal etməyə əsas verir. Yeri gəlmişkən, “Əl-Qaidə” terror qruplaşması da “tələbələr”ə yuxarıdan aşağı baxır, onları “savadsız” sayır. Deməli, "İŞİD Xorasan" Əfqanıstanda gərginliyin davam etməsi və yeni toqquşma üçün mənbə ola bilər. ABŞ iddia edir ki, “xorasançılar"ın mövqelərini pilotsuz uçuş aparatları ilə vurub. Bu isə deməyə əsas verir ki, onların Əfqanıstanda mövcudluğu Birləşmiş Ştatlara çoxdan məlumdur. Onda İŞİD-in yenidən zühurunda hədəflərdən biri də İran daxil olmaqla “Böyük Xorasan”a aid dövlətləri və Rusiyanı təhdid etməkdir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Tacikistan ərazisində hərbi bazası var".

S.Soltan əlavə edib ki, regionda üçüncü dövlətdə islam adı altında yenidən hakimiyyət formalaşdırılacaq:

"Pakistan və İrandan sonra "Taliban" yenidən Əfqanıstanda buna cəhd edəcək. Pakistan İslam Respublikası demokratik dəyərlərə daha çox üstünlük verən, siyasi rəqabətli, daha çox inkişaf etmiş, tolerant dövlətdir və s. İran İslam Respublikası isə məzhəb prinsipləri ilə idarə edilən, İsrail və ABŞ-ın məhv olmasını hədəfləyən hakimiyyətdir. "Taliban" Əfqanıstanda bu iki qonşu dövlətdən hansının modelini götürəcək? Məlumata görə, “tələbələr” qarşıdan gələn iki həftə ərzində yeni hakimiyyətin tərkibini açıqlayacaq. Onlar artıq Əfqanıstanın 34 əyalətindən 33-nə yeni vali təyin ediblər. Yeni hakimiyyətdə ölkədəki bütün etnik qrupların liderlərinin təmsil olunacağı bildirilir. Yeri gəlmişkən, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar bildirib ki, keçmiş dövlət başçısı, puştun etnik qrupunun nümayəndəsi Həmid Kərzai və sabiq xarici işlər naziri, tacik etnik qrupundan olan Abdullah Abdullahın ev dustağı olmaları barədə yayılan məlumatlar əsassızdır və hər iki siyasətçi fəaliyyətini davam etdirir. "Taliban" bildirib ki, yeni hökumətdə ilk növbədə ədliyyə, daxili təhlükəsizlik, müdafiə, xarici işlər, maliyyə, informasiya sahələrinə dair nazirlər və Kabil şəhərinin işləri üzrə xüsusi administrasiya təyin olunacaq. Belə ehtimal etmək olar ki, türklərin lideri marşal, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdül Rəşid Dostum və taciklərin başçısı Əhməd şah Məsudun oğlu Əhməd Məsud, yaxud onların təmsil etdiyi siyasi qüvvə də koalisiyada iştirak edəcək. Çünki hər iki qüvvənin “tələbələr”ə qarşı silahlı müqaviməti dayandırması onlara vədlər verildiyini düşünməyə əsas verir. Fikrimcə, Türkiyənin "Taliban"la münasibəti həm də onların türklərə yanaşmasından daha çox asılı olacaq.

Beləliklə, Əfqanıstanda yeni hakimiyyətin formalaşacağı elan olunub. ABŞ Kabil hava limanında terror törədənlərə xəbərdarlıq edib. Prezident Cozef Bayden deyib:

“Bu hücumu edənlər, Amerikaya kin-nifrət bəsləyənlər onları bağışlamayacağımızı bilirlər. Biz sizi izləyib əvəzini ödəməyə məcbur edəcəyik”. Bu baxımdan ABŞ "İŞİD Xorasan"ı izləmək məqsədilə Əfqanıstanda "Taliban"a yardım edə bilər. Amerika və NATO-dakı müttəfiqləri Əfqanıstanı tərk etməyə başlayandan sonra “tələbələr” fəallaşdı və üç ay ərzində mərkəzi, legitim hakimiyyəti devirərək Əfqanıstana nəzarəti ələ keçirdi. Bununla yanaşı, "İŞİD Xorasan" da ölkədə fəallaşdı. Belə çıxır ki, bu qruplaşma "Taliban"a müxalifət rolunda çıxış edəcək, onun İran və antiqərb blokuna yaxınlaşmasına mane olacaq.

Zatən Əfqanıstanın da siyasi tarixində bu ziddiyyət çox ciddi amil olub. Hələ ki "Taliban" ölkədə vəziyyəti sabitləşdirməyə, gərginliyi azaltmağa çalışır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Bu gün, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb
Bu gün, 11:56
Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: - Azərbaycan vətəndaşları xarici sərgüzəştlər üçün sərf olunan material deyil
Bu gün, 11:50
Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45
“Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38
Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36
“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı - NƏ BAŞ VERİR?
Bu gün, 11:27
Heç nə ADSEA-nın umrunda deyil... - Tam ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:26
Naxçıvanda çörəyə də HARAM QATIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 10:59
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48
Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35
Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır - VİDEO
Bu gün, 10:29
Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular - Bakının mövqeyi qətidir
Bu gün, 10:23
Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir – Kobaxidze təsdiqləyib
Bu gün, 10:18
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi - FOTO
Bu gün, 10:12
Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR
Bu gün, 10:09
Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi - BUNDAN SONRA...
Bu gün, 10:06
“Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” - 89 yaşlı Elmira Rəhimova
Bu gün, 10:04
FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru