Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                     Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                     Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... .....                     "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" .....                     Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı .....                     Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT .....                     Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? .....                     Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... .....                     Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? .....                     Dərman bahalaşıb, yoxsa xəstə artıb? .....                     "Qızılbaş Group" MMC-nin vergi borcu var .....                 

Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı – Səbəb və məqsədlər
Tarix: 5-05-2021, 08:31 | Çap et
Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı
Dünən axşam Türkiyə Prezident Rəcəb Tayib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.

Ovqat.com Türkiyənin Prezident Aparatının Rabitə (İlətişim) Başkanlığına istinadən xəbər verir ki, telefon söhbətində iki ölkə arasındakı münasibətlər və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bəs bu telefon zəngi Yaxın Şərqdə hansı dəyişikliklərə səbəb ola bilər?

Prezident Ərdoğanla kral Salman arasında telefon danışığını şərh edən fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov Ovqat.com-a açıqlamasında iki dövlət arasındakı münasibətlərin yenidən yaxşılaşdırılması cəhdinin təzə xəbər olmadığını, 21 Noyabr 2020-ci ildən başladığını bildirib: “Bilirsiniz ki, ABŞ-da son prezident seçkiləri noyabr ayının 3-də keçirilmiş və Baydeninmi, yoxsa Trampınmı qalib gəldiyi mübahisələri həftələrcə sürmüşdü. Noyabrın ikinci yarısında açıqlanan son səssayma məlumatlarında Baydenin qazandığı qəti yəqin olmuşdu. Səudiyyə kralı ilə Türkiyə prezidentinin uzun aradan sonra ilk telefon danışıqları da məhz bu zaman diliminə düşür. Ötən ilki telefon danışığında tərəflər iki ölkə arasındakı münasibətlər müzakirə etmiş və problemləri həll etmək üçün dialoq kanallarının açıq saxlanılması barədə razılığa gəlinmişdi. Təbii ki, bu telefon danışığında hər iki dövlətin, xüsusilə də Səudiyyə Ərəbistanının yeni ABŞ liderinin gözlənilən regional siyasətindən duyduğu narahatlığın önəmli rolu vardı. Məlum olduğu kimi, ABŞ-ın bundan əvvəlki lideri Donald Tramp Səudiyyə Ərəbistanı ilə çox yaxın əlaqələr qurmuş, hətta prezident seçildikdən sonra ilk səfərini Riyada etmişdi. Bilirsiniz ki, ilk səfərlər adətən strateji müttəfiqlərə edilir və Tramp bu addımı ilə Səudiyyə Ərəbistanına böyük önəm verdiyini ortaya qoymuşdu. Səudiyyə krallığı da bu səfərdən sonra özünü regional güc mərkəzi kimi hiss etmiş və bölgə dövlətləri ilə münasibətini xeyli gərginləşdirmişdi. ABŞ-ın yeni prezidenti Co Baydenin isə ərəb krallığına münasibəti birmənalıdır və Vaşinqton-Riyad arasında gərginliyin yaşanacağı sirr deyildi. Necə ki, Bayden prezident kürsüsündə oturduqdan qısa müddət sonra Səudiyyə vətəndaşı olan jurnalist Qaşıqçının öldürülməsi ilə bağlı kəşfiyyat məlumatlarını ictimailəşdirdi və bu raportda açıq şəkildə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adı qətlin sifarişçisi kimi hallanırdı. Görünür, bu aqibəti əvvəlcədən görən krallıq region dövlətlərlə yaxın münasibətlər qurmağa çalışır və ilk addımı da Türkiyə ilə əlaqələri bərpa etməklə atmaq istəyirdi”.

Aydəm İsmayılovun fikrincə, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında Türkiyə ilə dialoq kanallarının açıq tutulması barədə razılaşmaya sadiq qaldığını bu il atdığı bəzi addımlarla sübuta yetirib: “Təsadüfi deyil ki, son 3 həftə ərzində kralla prezident iki dəfə telefonla danışıb və liderlər müxtəlif sahələrdə əməkdaşlıqlar barədə müzakirələr aparıblar. Bu da onların 2020-ci ilin noyabrında əldə etdikləri razılığa uyğun addım atdıqlarını göstərir”.

Həmsöhbətimiz Riyadın təkcə Türkiyə ilə deyil, hətta regiondakı ən qatı düşməni İranla da münasibətləri yaxınlaşdırmaq istiqamətində bəzi addımlar atdığına hazırlaşdığına inanır. “Ötən həftə Səudiyyə Ərəbistanının əsas siyasi iradəsi sayılan vəliəhd-şahzadə Məhəmməd bin Salman telekanallardan birinə verdiyi müsahibədə İrana dostluq mesajı göndərərək demişdi: "İran qonşu bir dövlətdir və biz onunla yaxşı və müstəsna münasibətlər qurmaq istəyirik. İranın rifah içərisində yaşamasını və onunla qarşılıqlı maraqlar əsasında əlaqələr qurmaq istəyirik". Məhəmməd bin Salmanın bu açıqlamaları Riyadın regional dövlətlərlə bağlı siyasətində çox əhəmiyyətli dəyişikliklərə gedəcəyini göstərir. Bəzi məlumatlara görə, Riyadla Təl-əviv arasında da gizli tutulan bir sıra əlaqələrin açıq şəkildə bəyan edilməsi gözlənilir. Bütün bu siyasətlər Riyadın “xarici siyasətdə o problem” strategiyasını mənimsədiyindən xəbər verir”.

A.İsmayılov inanır ki, Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” diplomatik açılımını yalnız ABŞ-dan qorxusu ilə izah etmək doğru deyil, onun perspektiv iqtisadi siyasəti də bu məsələdə müəyyənedici amil kimi mühüm rol oynayır: “Son zamanlar dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması Riyad qarşısında ciddi problemlər yaratdı. Yaxın dövrə qədər dünyanın ən çox neft hasil edən dövləti kimi tanıdığımız Səudiyyə krallığı hasilatı artırdıqca qiymətlərin düşdüyünü gördü. Nəticədə yalnız neftlə uzağa gedə bilməyəcəyini anladı. Odur ki, rəsmi Riyad da bizim kimi qeyri-neft sektoruna keçməyə qərar verdi. Amma bizdən fərqli olaraq Səudiyyə Ərəbistanının əkinə yararlı torpaq sahələri yoxdur. Bu ölkədə yalnız sənaye müəssisələrini inkişaf etdirmək olar. Sənaye dövlətlərinin isə qarşısında çox ciddi problemlər dayanır. Başlıca problem istehlak bazarı uğrunda rəqabətdir. Uzun əsrlərdən bəri dünyanın bütün istehlak bazarını əlində cəmləşdirən Qərb və yeni dövrdə böyük sənaye nəhənginə çevrilən Çinlə rəqabət aparmaq üçün ilk növbədə yaxın ətrafdakı ölkələri gözdən keçirməlisən. Səudiyyə Ərəbistanı isə hardasa bütün qonşu dövlətlərlə düşməndir. Sözsüz ki, bu anlayışla qonşuda öz məhsullarını sata bilməzsən.

Üstəlik, Səudiyyə Ərəbistanının qonşularla düşmənçilik siyasətinin maliyyəti də böyük olur. ABŞ-dan, Qərb ölkələrindən aldığı silahlar bəzən onun valyuta ehtiyatlarını belə çətin vəziyyətə salır. Ən əsası isə, indiyədək 100 milyardlarla dollar xərclədiyi silahlar ona uğur da qazandırmayıb. Bu qədər böyük silah və maliyyə gücünə rəğmən dünyanın ən kasıb ölkələrindən sayılan Yəmən üzərində belə, üstünlük əldə edə bilməyib - hətta bütün ərəb ölkələrini öz ətrafında birləşdirməsinə baxmayaraq. Əlbəttə, bu uğursuzluqda region dövlətlərinin, xüsusilə İranın Yəmənə verdiyi dəstək də önəmli rol oynayıb. Düşmən olduğu digər dövlət olan Qətərə isə Türkiyə yardım edir. Səudiyyə Ərəbistanı Liviyada da Türkiyə ilə əks cəbhələrdədir və bu müharibədə də məğlub vəziyyətə düşüb. Riyadın müharibələrə xərclədiyi kapitallar, sözsüz ki, onun yeni iqtisadi strategiyasının büdcəsini daraldır və dövlət kimi perspektivini təhlükə altına atır”.

Siyasi şərhçi məhz bu səbəbdən də Riyadın qonşu dövlətlərlə, xüsusilə Türkiyə və İranla bağlı siyasətində yumşalma diplomatiyasına önəm verdiyini düşünür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru