Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                     Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                     Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                 

“Böyük fəlakət”, yoxsa “soyqırımı” – Diqqətlər Ağ Evdə
Tarix: 23-04-2021, 12:57 | Çap et
“Böyük fəlakət”, yoxsa “soyqırımı”
Yenə də dünya, daha doğrusu, dünya erməniləri və Türkiyənin düşmənləri, Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın tanınması barədə Ağ Evdən “müjdə” eşidiləcəyi ümidi ilə donub qalıblar. Amerikalı rəsmilərə istinad edərək “The Wall Street Journal” artıq “ABŞ Prezidenti Co Baydenin 20-ci yüzilliyin əvvəllərində Osmanlı İmperiyasındakı erməni soyqırımını rəsmi olaraq tanıyacağı” barədə xəbər verdi. Qəzetin yazdığına görə, Amerika lideri 24 aprel şənbə günü belə bir açıqlama verə bilər.

Xatırladaq ki, hər il bu tarix Ermənistanda “erməni soyqırımı qurbanlarının anım günü” kimi qeyd olunur. Nəşrin mənbələrinə görə, Ağ Ev rəhbəri 1915-ci il hadisələrini "soyqırımı" adlandıracaq. Bununla birlikdə, bu mövzuda qəti bir qərarın hələ verilmədiyini bildirirlər. Qəzetin həmsöhbətlərinə görə, Bayden yalnız “soyqırımı”nın rəsmi tanınmasını ehtiva etməyəcək formal bir açıqlama verə bilər.

Qeyd edək ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Türkiyənin mövqeyini nəzərə alaraq 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaqdan imtina etmişdi. Türkiyənin mövqeyinə görə, erməni əhalisi Birinci Dünya müharibəsi dövründə erməni əhalisnin Rusiyanın tərəfinə keçməsi səbəbindən hərbi əməliyyatlar ərazisindən ölkənin cənub-şərqinə köçürmə siyasəti zamanı məhv olması ilə bağlıdır.

Ankara uzun illərdir ki, 100 il əvvəlki hadisələri araşdırmaq üçün arxivləri açmağı təklif edir, lakin erməni tərəfi əlverişsiz vəziyyətdə olmaqdan qorxaraq, tarixçilərin xidmətlərindən imtina edir. Türk tarixçiləri 1915 hadisələrinin heç bir şəkildə etnik təmizlənmə olmadığını və qarşıdurmalar nəticəsində çox sayda türkün özünün də ermənilər tərəfindən qətlə yetirildiyini qeyd edirlər.

Türk tərəfinə görə, bir erməni üsyanı oldub və ermənilərin bütün köçürülmə əməliyyatları hərbi zərurətdən əmələ gəlib. Türkiyə öldürülən ermənilərin sayı barədə ermənilərin iddia etdiyi məlumatlarla razılaşmır və üsyanın yatırılması zamanı türk birlikləri və əhali arasında çox sayda qurbanların olduğunu vurğulayır.

Baydenin “soyqırımını” tanıması gözlənildiyinə dair fərziyyələrlə yanaşı, “Wall Street Journal” Ağ Ev sözçüsü Cen Psakinin Prezidentin planları ilə əlaqədar ilkin açıqlamalar verməyə razı olmadığını yazır. Eyni zamanda qəzet özü Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməsinin Türkiyə ilə gərginliyi daha da dərinləşdirəcəyindən qorxduğunu qeyd edir. Baxmayaraq ki, Bayden keçən ilin noyabr ayında seçki kampaniyası zamanı 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağına söz vermişdi.

“Wall Street Journal” Baydenin “soyqırımı” sözünü xatırlatması halında, Türkiyənin 2019-cu ildə olduğu kimi, Amerikanın yerli əhalisinin – hinduların aqibətini ABŞ-a xatırladacağını iddia edir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nı tanıyan bir qərarına cavab olaraq, dövlət səviyyəsində ABŞ-da hinduların soyqırımını tanımaqla hədələmiş, Amerika senatorlarını tarixdən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı.

Bayden “genosid” ifadəsini işlədərsə, Türkiyə amerikalılar üçün İncirlik hərbi bazasını da qapada bilər. Bundan əlavə, türkiyəli analitik, İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Sinan Ülgenin “Wall Street Journal” nəşrinə dediyi kimi, Türkiyə ABŞ-ın ixrac əməliyyatları üçün qeyri-rəsmi əngəllər yarada bilər.

Politoloq türk xalqının əksəriyyətinin bu mövzuda hökumətlə eyni fikirdə olduğunu vurğulayıb: “Türk xalqı tarixin bu səhifəsini təkcə erməni xalqının faciəsi deyil, eyni zamanda Balkanlarda etnik təmizləməyə məruz qalan türk xalqının faciəsi kimi qəbul edir”.

Xatırladaq ki, bütün Amerika prezidentlərindən yalnız Ronald Reyqan “soyqırımı” ifadəsini işlədib və Trampın prezidentliyi dövründə Ağ Evin mətbuat katibi Kaylee Makinani bir dəfə brifinqdə xarici mətbuatda səs-küyə səbəb olan “erməni soyqırımı” ifadəsini səsləndirdi. Amerika rəhbərliyi həmişə bu termini istifadə etməməyə çalışdığından, bir qayda olaraq, “böyük fəlakət” kimi başqa ifadələri seçiblər.

Məsələn, əvvəlki ABŞ Prezidenti Donald Tramp və ondan qabaqkı Prezident Barak Obama 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmışdılar. Bill Klintonun prezidentliyi dövründən bəri ABŞ prezidentləri oxşar ifadələr işlədiblər, baxmayaraq ki, seçki kampaniyaları zamanı erməni mənşəli seçicilərdən və ermənipərəst seçicilərdən səs almaq üçün müəyyən vədlər verirdilər.

Ancaq siyasət dəyişkən bir şeydir və siyasətçilər çox proqnozlaşdırılan insanlar deyillər. Üstəlik, əsl siyasətçi üçün ölkənin maraqları prioritetdir. Amerika liderinin qərarı, bir yaxın müttəfiq və Yaxın Şərq bölgəsindəki ən nüfuzlu dövlət olan Türkiyə ilə münasibətlərin gələcəyini müəyyən edəcək. Görək Bayden nə edir? Siyasi məqsədəuyğunluğun üstünlük təşkil edib-etməyəcəyini aprelin 24-də görəcəyik.
//ayna.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Bu gün, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Bu gün, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Bu gün, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Bu gün, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru