Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir .....                     Rusiya ilə müharibədə buna diqqət etməliyik .....                     ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ .....                     “Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” .....                     Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... .....                     Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib .....                     “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” .....                     Moskva rus ayısının jestləri ilə davranır .....                     Toy mövsümü açıldı: Bəs qızılın bazarı? .....                     Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? .....                     “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” .....                     Tramp İranla danışıqların dayandırılmasını əmr edib .....                     Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı .....                     Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı .....                     "Rufo Gəncinski"yə sui-qəsd oldu .....                     Mustafa Abbasbəyli vəzifəsindən azad olundu .....                     İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? .....                     Doğum sayı kəskin çökdü: .....                     Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü .....                     Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb .....                     Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib .....                     “Şapka Mamed” qalmaqalı böyüyür .....                     Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi .....                     Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib .....                     Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                 

Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Tarix: 29-11-2017, 09:09 | Çap et
Mərkəzi Asiya dövlətləri sammitə hazırlaşır
Astana Mərkəzi Asiya dövlətlərinin sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, sammitin keçirilməsi üçün yaz bayramı - martın 21-i tarixi seçilib. Görüşün keçirilməsi regional problemlərin həlli və ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirmək zərurətindən doğub. Tədbirə rəhbərliyi də Nursultan Nazarbayev həyata keçirəcək. Ekspertlər hesab edirlər ki, nəticəli dialoq iki istiqamət əsas götürülərsə mümkündür. Bu istiqamətlər isə sərhəd və su-enerji əməkdaşlığıdır. "Bu gün Mərkəzi Asiyada ənənəvi dostluq və qardaşlıq münasibətlərinin konsolidasiyası müşahidə edilir. Və biz bütün qonşularımızla Mərkəzi Asiya liderlərinin qeyri-formal məsləhətləşmələrində əldə olunan təşəbbüsləri həyata keçirmək üzərində işləyəcəyik. Hesab edirik ki, ən gözəl tarix yaz bayramı – Novruzdur. Bu tarix Mərkəzi Asiya liderlərinin bizim liderimiz Nursultan Nazarbayevin sədrliyi ilə müvafiq toplantısının keçirilməsi üçün simvolik fon rolunu oynaya bilər”, - deyə Qazaxıstan xarici işlər naziri Kayrat Abdahmanov ölkənin ilk prezidenti günü ilə bağlı keçirilən beynəlxalq parlament konfransında bildirib.

Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Dosım Satpayev qeyd edib ki, birinci regional sammitin keçirilməsi barədə təşəbbüsün məhz Qazaxıstan tərəfindən irəli sürülməsi böyük rezonans doğurub. Bu ölkə müxtəlif inteqrasiya layihələrinin keçirilməsinin qızğın tərəfdarıdır. Özbəkistanın mərhum prezidenti İslam Kərimov belə təşəbbüslərə laqeyd yanaşır, region dövlətlərinin "birləşməsi”nə biganə idi. İndiki rəhbərlik isə əksinə, belə layihələri dəstəkləyir. Məsələn, prezident Şafkat Mirzoyeyev hətta Mərkəzi Asiya dövlət başçılarının Məsləhətçi Şurasının təsis edilməsini təklif edib. Onun qənaətincə, bu, regional problemləri ən yüksək səviyyədə müzakirə etməyə və onların həllinin axtarıb tapmaq yollarını tapmağa imkan verər. Özbək lideri qeyd edib ki, söhbət yeni beynəlxalq təşkilat və yaxud inteqrasiya strukturunun yaradılmasından getmir. Onun sözlərinə görə, yeni platformanın fəaliyyəti sırf problemlərin həllinə yönələcək.

Daşkəndin Məsləhətçi Şuranın təsis edilməsin təklifinə ilk reaksiya verən elə onun qazax həmkarı olub. Sonradan digərləri də təklifi dəstəkləyiblər.

Yeri gəlmişkən, regionda müxtəlif vaxtlarda müxtəlif inteqrasiya təşəbbüsləri irəli sürülüb. Məsələn, 2007-ci ildə N. Nazarbayev Mərkəzi Asiya dövlətləri İttifaqının yaradılması təşəbbüsünü irəli sürmüş və bildirmişdi ki, region daxili imkanları ilə özünü ərzaq və enerji resursları ilə təmin edə bilər. Lakin bu təklif elə layihə olaraq da qaldı. Qazax ekspertin qənaətincə, Özbəkistan liderinin təklifi regionda pozitiv reaksiya doğurub. "Qazaxıstan inteqrasiyanın tərəfdarıdır və bu cür təşəbbüsləri dəstəkləyir. Özü də Astana və Daşkənd regionda əhəmiyyətli strateji tərəfdaşdırlar. Astana Daşkəndlə tək dövlət başçıları səviyyəsində deyil, hərtərəfli sıx münasibətlər qurmağa can atır”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, ideya bir sıra aspektlərdən maraqlıdır. Ən əsası, dövlətlər və yaxud ölkələrin blokları arasında siyasi bəyanatlar deyil, konkret biznes maraqları durmalıdır. Əgər dövlətlərarası qarşılıqlı münasibətlərdən söhbət gedirsə, burada daha çox diqqət sərhəd məsələlərinə ayrılır. Onun qənaətincə, əgər Qazaxıstan və Özbəkistan yaxınlaşma siyasətinə başlasalar, sonra əsas məsələ regionun ən problemli ölkəsi hesab edilən Tacikistanı birliyə cəlb etmək olacaq: "Qırğızıstana gəldikdə, bu ölkə ilə də bağlı problem var. Bişkek siyasi oyunları deyil, iqtisadi praqmatizmi rəhbər tutub inteqrasiyaya yaxınlaşacaqmı? Bu ölkə son vaxtlar siyasi məsələlərə daha çox yer ayırır”. İndi bütün diqqət Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekovun atacağı ilk addımların nədən ibarət olacağına yönəlib. Ekspert də hesab edir ki, perspektivdə regional blokun yaradılması yalnız iki istiqamət üzrə inkişaf edərsə mümkündür – sərhəd və su-enerji əməkdaşlığı varsa.

Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr əmindir ki, regionda fikir ayrılıqları olub və çox güman ki, bundan sonra da olacaq. "Bu, qaçılmazdır – ölkələr müxtəlifdir. Bu yarımərkəzləşmiş regiondur. Lakin əsrlər boyu onlar bir-biri ilə sıx tellərlə bağlanıb. Bir-biriləri ilə qarşıdurma vəziyyətində olduqları dövrlər isə geridə qalıb. İndi onlar dayaq nöqtəsi axtarışındadırlar və bu da müsbət qiymətləndirilməlidir”, - deyə amerikalı ekspert vurğulayıb. Onun qənaətincə, əgər region dövlətləri Əfqanıstanı da özlərininki hesab etsələr, onda uğur daha böyük ola bilər. "Əfqanıstanı Mərkəzi Asiyanın qonşu dövləti kimi deyil, bir hissəsi kimi nəzərdən keçirmək gərəkdir. Bu ölkənin sakinlərinin böyük bir hissəsi islam dininin radikal kəsiminin təmsilçiləridir. İndi bu ölkənin yaxşı imici mövcud deyil. Lakin gələcəkdə uğurlu ölkəyə çevrilməsi mümkündür. Konkret olaraq Cənubi Koreya nümunəsi var. Onun təbii resursları mövcud deyildi, ali təhsilli insanları da az idi. Lakin Koreya uğur qazanmağa müvəffəq oldu. Əfqanıstanın isə təbii resursları və ideal coğrafi imkanları var. Bu ölkə Mərkəzi Asiyanın tən ortasında yerləşir. Ən nəhayət, Əfqanıstan vasitəsilə nəqliyyat marşrutları inşa ediləcək və əfqanlar da ticarət aparmağın yollarını yaxşı bilirlər”, - deyə ekspert bildirib. Öz növbəsində Dosım Satpayev hesab edir ki, xarici oyunçular istənilən təşəbbüsü dəstəkləməyə hazırdırlar. "Əgər həmin təşəbbüslər Mərkəzi Asiyada regional təhlükə və siyasi risklərin tempini aşağı salmağa xidmət edəcəksə, onda niyə də dəstək almasın”, - deyə qazax ekspert bildirib.

Beləliklə, əsas olan odur ki, ilk baxışdan cəlbedici və dəstəklənməli olan sammit təşəbbüsü ortaya atılıb və bir neçə dövlət də ona dəstək verib. Sözsüz ki, bu təşəbbüs reallaşarsa, region dövlətləri arasında inteqrasiya və problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Qalır sadəcə, təşəbbüsü digər dövlətlərin də ciddi şəkildə dəstəkləməsi.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08
Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06
ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56
“Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33
“O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31
Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28
Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26
Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23
“Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20
Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12
Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11
Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18
Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12
Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47
Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42
Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Dünən, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Dünən, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Dünən, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Dünən, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Dünən, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Dünən, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Dünən, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Dünən, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru