Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
Tarix: 22-11-2017, 08:44 | Çap et
 Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. Bu, müharibə başlayandan sonra Suriya prezidentinin ikinci xarici səfəridir. Soçidə Əsəd Rusiya prezidenti Putinlə görüşüb. Əsədin Rusiyaya səfəri həm də İŞİD-in Suriya ərazisindəki sonuncu əsas istehkamı olan İraq-Suriya sərhədində yerləşən Əbu Kamal şəhərinin İŞİD-dən geri alınması ilə eyni günə təsadüf edib.
Putin Bəşər Əsədlə generalların iştirakı ilə görüş keçirib və Suriya prezidentini terrorla mübarizəsinə görə təbrik edib. Putin eyni zamanda əlavə edib ki, Suriyada artıq terrora qarşı müharibə başa çatmaqdadır. Bəşər Əsəd isə bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulduğu son iki ildə həm cəbhədə, həm də siyasi baxımdan böyük nailiyyətlər əldə olunub. Qaçqın düşmüş bir çox suriyalı vətəninə geri dönə bilib. Əsəd bildirib ki, Suriya münaqişəsinin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənirlər, eyni zamanda sülh və həll istəyən bütün tərəflərlə danışıqlarla işləməyə hazırdırlar. O, Rusiyaya minnətdarlığını da bildirib.
Əsədin Soçi ziyarəti Türkiyə, İran və Rusiya prezidentlərinin birgə sammitindən bir gün öncəyə təsadüf edib. Noyabrın 22-də liderlər Soçidə bir araya gəlib Suriya münaqişəsini müzakirə edəcəklər. Rusiya, Türkiyə və İran Astana prosesini aparan, Suriyada atəşkəs bölgələrinin qurulması planını həyata keçirən ölkələrdir.
Artıq Suriyada böyük müharibə başa çatır və indi liderlər bundan sonrakı proseslə bağlı “yol xəritəsi” müəyyən edəcəklər. Yeri gəlmişkən, bazar günü Antalyada 3 ölkənin xarici işlər nazirləri heyətlərin iştirakı ilə toplantı keçirilib. Və prezidentlərin görüşü ilə bağlı detallar razılaşdırılıb. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov deyib ki, 3 ölkənin nazirləri mövqeləri uzlaşdırıblar.
Bundan başqa, Suriyanın cənubunda İordaniya sərhədinin yenidən Suriya ordusunun nəzarətinə keçməsi ilə bağlı Rusiya, İordaniya və ABŞ arasında danışıqlar da yekunlaşıb. Artıq Suriya ordusu sərhədin böyük hissəsini nəzarət altına alır. Ötən gün Əbu Kamal şəhərinin azad edilməsindən sonra İŞİD məsələsi də böyük ölçüdə həll olunub. İndi qalır, cənubda İsrail sərhədindəki silahlıların taleyi və şimalda Suriya-Türkiyə sərhədi, daha dəqiqi İdlib vilayəti. İdlibin şimal hissəsini Türkiyə ordusu nəzarətə götürsə də, iç ərazilər hələ də silahlıların nəzarətindədir. Görünür, Soçi toplantısında həm də İdlibin taleyi ilə bağlı qərar veriləcək.
Bundan sonrakı mərhələ isə Suriyanın şimalında böyük bir əraziyə nəzarət edən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri alyansı, ya da başqa adla kürdlərlə Dəməşq arasında siyasi anlaşmanın əldə olunmasıdır.
Yeri gəlmişkən, Rusiya noyabr ayında Soçidə Suriyada mövcud olan etnik- dini və siyasi qrupların hamısının iştirak etdiyi konfrans təşkil etməyi planlaşdırır. Doğrudur, konfransa kürdlərin dəvət olunmasına Rusiyanın müttəfiqi Türkiyənin razılaşması mümkün görünmür. Ancaq Moskva bununla bütün tərəflərin iştirak etdiyi vahid bir həll variantına ümid edir.
Suriyada İŞİD problemi başa çatsa da, indi əsas ciddi mövzu kürdlərdir. Çünki kürdlər hazırda Suriya hökumətindən sonra ölkədə ən çox əraziyə nəzarət edən qüvvədir. Üstəlik, aprel ayından bu yana Pentaqon kürdləri davamlı olaraq silahlandırır. Raqqa əməliyyatı da artıq başa çatıb və kürdlər indi Suriyada ikinci əsas güc kimi çıxış edir. Ancaq kürdlər özləri də etiraf edir ki, Dəməşqlə anlaşmaya getməsələr, savaşın növbəti səbəbkarı olacaqlar. Hələlik Dəməşq kürdlərə ayrıca status verməyə həvəsli görünmür. Kürdlər isə artıq 3 ildən çoxdur ki, formal olaraq muxtariyyət elan ediblər, məclis formalaşdırıblar.
Kürd liderlər Türkiyə ilə savaş riskini də gözə alırlar. Bu səbəbdən də indi kürdlərin yeganə ümidi ruslardır. Çünki ruslar kürdlərə Dəməşqdən status ala bilər, həm də onları Türkiyədən qoruya bilərlər. Bunun üçünsə ehtimal ki, Rusiya kürdlərin ələ keçirdikləri bölgələrdən çıxmasını tələb edəcək. Soçi prosesi məhz bu məsələlərə aydınlıq gətirməlidir. Bu baxımdan terror başa çatsa da, Suriyada savaşın bitdiyini düşünmək tez olardı. Hər şey həm də rusların kürd mövzusunda ortaya qoyacağı plandan və onun qəbul edilməsindən asılı olacaq. \\musavat.com\\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Venesuela neftinin təxminən yarısı ABŞ-yə göndərilir - Son bir neçə ay ərzində...
Bu gün, 07:08 |
|
|
|
| • Rusiya ilə müharibədə buna diqqət etməliyik - Molde
Bu gün, 07:06 |
|
|
|
| • ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR...
Bu gün, 06:56 |
|
|
|
| • “Rusiya mediası özbaşına belə addımlar atmağa cəsarət etməzdi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
| • Gəncədə vergi xidməti CİBƏ İŞLƏYİR... - DÖVLƏTƏ YOX!
Bu gün, 06:39 |
|
|
|
| • Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazını müzakirə edib - KİV
Bu gün, 06:33 |
|
|
|
| • “O nəfəsliyi də bağlamaq istəyirlərsə, bağlasınlar” - Deputatdan Rusiyaya təpki
Bu gün, 02:31 |
|
|
|
| • Moskva rus ayısının jestləri ilə davranır - FAKT BUDUR!
Bu gün, 02:28 |
|
|
|
| • Toy mövsümü açıldı: Bəs qızılın bazarı? - ARAŞDIRMA
Bu gün, 02:26 |
|
|
|
| • Paşinyanın KTMT-də çıxmamasının əsasında hansı səbəblər durur? - İNCƏLƏMƏ
Bu gün, 02:23 |
|
|
|
| • “Şahbaz bəy roluna məni çağırmışdılar, getmədim, yaxşı ki, Ənvər gedib filmdəki qızla evləndi” - İllər sonra ETİRAF etdi
Bu gün, 02:20 |
|
|
|
| • Tramp İranla danışıqların dayandırılmasını əmr edib - CNN
Bu gün, 02:12 |
|
|
|
| • Ucar İcra Hakimiyyətindən "Hinal Proje"yə bir gündə 4 tender: Layihələr eyni şirkətə yağdı - İcazə verin şübhələnək...
Bu gün, 02:11 |
|
|
|
| • Pezeşkian Əliyevlə Azərbaycan dilində danışdı - Bakı-Tehran münasibətlərində müsbət dönüş
Bu gün, 02:08 |
|
|
|
| • "Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bu gün, 02:06 |
|
|
|
| • Mustafa Abbasbəyli vəzifəsindən azad olundu - AÇIQLAMA
Bu gün, 00:01 |
|
|
|
| • İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:18 |
|
|
|
| • Doğum sayı kəskin çökdü: - “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
Dünən, 18:12 |
|
|
|
| • Əsgərliyə getmədiyi üçün "tac"landırılan "qanuni oğru" öldü
Dünən, 18:03 |
|
|
|
| • Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb - SİYAHI
Dünən, 17:59 |
|
|
|
| • Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Dünən, 17:53 |
|
|
|
| • “Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və...
Dünən, 17:47 |
|
|
|
| • Aşıq Hüseyn Saraçlının nəvəsindən sonra oğlu da vəfat etdi
Dünən, 17:42 |
|
|
|
| • Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib - DETALLAR
Dünən, 17:41 |
|
|
|
| • Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Dünən, 17:31 |
|
|
|
| • Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 17:29 |
|
|
|
| • “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Dünən, 17:25 |
|
|
|
| • Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Dünən, 17:15 |
|
|
|
| • Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
| • Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Dünən, 17:11 |
|
|
|
| • “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Dünən, 17:01 |
|
|
|
| • Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Dünən, 16:58 |
|
|
|
| • AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Dünən, 16:53 |
|
|
|
| • "Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Dünən, 16:51 |
|
|
|
| • Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Dünən, 16:45 |
|
|
|
| • Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Dünən, 16:38 |
|
|
|
| • Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Dünən, 16:32 |
|
|
|
| • Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Dünən, 16:18 |
|
|
|
| • Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Dünən, 16:14 |
|
|
|
| • Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Dünən, 16:11 |
|
|
|
| • Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Dünən, 16:08 |
|
|
|
| • “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Dünən, 16:06 |
|
|
|
| • “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Dünən, 16:04 |
|
|
|
| • Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Dünən, 16:00 |
|
|
|
| • Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Dünən, 15:54 |
|
|
|
| • “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Dünən, 15:51 |
|
|
|
| • “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Dünən, 15:48 |
|
|
|
| • Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Dünən, 15:47 |
|
|
|
| • "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Dünən, 15:37 |
|
|
|
| • Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Dünən, 15:27 |
|
|
|
|