"Bütün dinsizləri öldürəcəyəm" - Barselona terrorçusu
Tarix: 18-08-2017, 09:30 |
Çap et
Barselonada idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən Dris Oukabir adlı şəxsin iki il əvvəl qanlı olay törədəcəyi haqda anons verdiyi ortaya çıxıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki. terrorçu sosial şəbəkə hesabında dinsizləri məhv edəcəyini yazıb.
“Dünyanın kralı olduğum zaman bütün dinsizləri öldürəcəyəm. Bundan sonra yalnız müsəlmanların yaşamağına icazə verəcəyəm”- terrorçu 2 il əvvəl yazıb.
Qeyd edək ki, terror aktı nəticəsində 13 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.