Bundestaqda PKK terror təşkilatını dəstəkləyən deputatlar var - Türkiyənin XİN rəhbəri
Tarix: 12-08-2017, 11:30 |
Çap et
"Almaniya parlamentində PKK terror təşkilatını fəal şəkildə dəstəkləyən deputatlar var."
SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.
Onun sözlərinə əsasən, bəzi almaniyalı deputatlar PKK-nı terror təşkilatları siyahısından çıxarmağa çalışırlar.
“PKK terrorçularının Almaniya deputatları tərəfindən dəstəklənməsi qəbuledilməzdir.”, - Türkiyənin XİN rəhbəri söyləyib.