Serbiya NATO-dan qorunmaq üçün Rusiyadan qırıcı alır
Tarix: 3-07-2017, 10:53 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Serbiya 2017-ci ildə Rusiyadan "MiQ-29" qırıcıları və ağır zirehli kəşfiyyat tankları alacaq. Bu barədə ictimaiyyətə ölkənin dövlət başçısı Aleksandr Vuçiç məlumat verib.
Qeyd edək ki, Serbiya Rusiyadan qırıcı və hərbi texnika almaqla NATO-nun mümkün müdaxiləsinə hazırlaşır. Hərbi alyans 1999-cu ildə ölkəyə avia zərbələr endirmişdi.
Serbiya bundan əlavə Rusiyadan radar və hava hücumundan müdafiə vasitələri də almağı düşünür.