Qətər Körfəz ölkələrinə meydan oxudu — "Ölkəmizi müdafiə etməyə hazırıq"
Tarix: 3-07-2017, 09:53 |
Çap et
Qətərin müdafiə naziri açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, Halid əl-Atiyyə lazım olsa, ölkəni müdafiə etməyə hazır olduqlarını bildirib.
Digər tərəfdən isə Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn nümayəndələri böhranla bağlı Misirdə bir araya gələcəklər. Səudiyyə, BƏƏ və Bəhreyn xarici işlər nazirləri çərşənbə günü Qahirədə görüşəcəklər.
Belə bir görüşün fonunda qətərli nazir ingilis telekanalına müsahibə verib: "Hərbi müdaxilə mərhələsinə gəlməməyə ümid edirik. Amma biz həmişə hazırıq. Ölkəmizi müdafiə etməyə hazırıq. Qətər tarix boyu asanlıqla udula bilən loxma olmadığını sübut edib".