Tramp ABŞ-ın Britaniyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb
Tarix: 23-06-2017, 08:24 |
Çap et
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Britaniyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu vəzifəyə Amerika futbolu üzrə “New York Jets” klubunun sahibi Robert Vud Consonun namizədliyini irəli sürüb.
Məlumata görə, R.Conson 30 ildən çoxdur ki aktivlərin idarə olunması üzrə öz adını daşıyan özəl bir şirkətə rəhbərlik edir.
R.Consonun namizədliyinin ABŞ Senatında səsverməyə çıxarılacağı gözlənilir.