Elton Məmmədov tərəfindən aldadılan sahibkarlar aksiya anonsu verdi... - NARAZILIQ VAR...
Tarix: 22-10-2015, 11:11 | Çap et
 Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində sahibkarlara qarşı təzyiqlərin olmasını önə çəkərək bununla bağlı sərt cəzalanmaların olacağını bildirib. Prezident həmin toplantıda açıq şəkildə bəyan etdi ki, yoxlama və təftiş adı altında sahibkarların sıxışdırılması baş verir ki, bütün bunlara da təcili olaraq son qoyulmalıdır. Ölkə başçısının bu sərt tapşırığından sonra bu sahədə inqilabi islahatlara rəvac verilib. Artıq sahibkarlara qarşı qanunsuz əməllər törədənlərin sərt şəkildə cəzalandırıldığının şahidinə çevrilməkdəyik. Bununla yanaşı prezidentin göstərişi ilə sahibkarların yoxlanılması halları 2 il müddətinə dayandırılıb. Belə ki, Nazirlər Kabinetindən verilən tapşırıqlara uyğun olaraq, 2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Layihəyə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda İ.Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Qeyd edək ki, dövlət başçısı tərəfindən verilən sözügedən qərarlar sahibkarlar üçün geniş fəaliyyət üfüqləri açıb. Bütün bunlardan sonra isə prezidentin dəstəyindən ürəklənən sahibkarların qarşılaşdıqları haqsızlıqlarla bağlı açıq şəkildə danışması müşahidə olunur. Əgər bu vaxta qədər sahibkarlar nədənsə çəkinərək onlara olunan təzyiqlərlə bağlı çıxış etməkdən çəkinirdisə artıq indi əks prosesin şahidiyik. Elə “Unikal” qəzetinə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun əməllərini ifşa edən şok müraciətin daxil olması da bu baxımdan maraq doğurur. “Unikal” qəzetinə daxil olan məlumatda bildirilir ki, millət vəkili Elton Məmmədov Bakı Beynəlxalq Avtovağzalında sahibkarlara qanunsuz satdığı yerin pulunu qaytarmaq isəmir və bu da özlüyündə yeni etiraz dalğasının yaranmasına gətirib çıxarıb. Əldə etdiyimiz informasiyaya görə, artıq Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən sahibkarlar üzləşdikləri haqsızlığa etiraz əlaməti olaraq aksiyaya hazırlaşırlar. Bu barədə məlumat verən sahibkarın sözlərinə görə, yüzlərlə sahibkar qanusuz bölgünün qurbanı olub və indi onlar arzuolunmaz durumla qarşılaşıblar. Sahibkarları ayağa qaldıran olayın təfərrüatlarını isə sahibkar belə təsəvür edir: В«Avtovağzaldakı ticarət mərkəzi fəaliyyətə başlayanda Elton Məmmədovun sağ əli sayılan və pul yığımı prosesini həyata keçirən Əli adlı şəxs yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan ara yerləri də biznesmenlərə satıb, bəzilərini isə icarəyə verdi. Yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan həmin ara yerlər sahibkarlara 20-30 min manata başa gəlib. Amma yeni rəhbərlik gələn kimi qanunun tələblərinə əsaslanaraq, həmin obyektləri sökməyə başlayıb. Biz isə bir ətək pul verib, obyekt düzəltmişik, buradan ailələrimizin gündəlik ruzisini qazanırıq. Məsələ bundan ibarətdir ki, illərdir bizə obyektimizin qanunsuz olduğunu deməyiblər. Əgər bizim obyektlər doğrudan da qanunsuz idisə, Elton Məmmədov və onun Bakı Beynəlxalq Avtovağzalındakı adamı Əli niyə bu yerləri bizə satırdı? Ona görə də biz pulumuzu tələb edirik. Amma indi ortalıqda nə Əli var, nə də Elton Məmmədov. Əgər qısa müddətdə pulumuzu geri qaytarmasalar, etiraza başlayacağıq”. Cənab prezident sahibkarlara şərait yaradılması üçün bütün lazimi addımları atdığını və bu addımların onlar tərəfindən böyük məmnuniyyətlə qarşılandığını bildirən müraciət müəllifləri baş verənlərə görə Elton Məmmədovun cəzalandırılmasını tələb edirlər: “Hazırda nə edəcəyimizi bilmirik. Elton Məmədov və adamları pulumuzu mənimsəyib aradan çıxmağa çalışır. Müvafiq orqanlardan xahişimiz odur ki, pozulmuş hüququmuzun bərpası üçün bizə yardımçı olsunlarВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04 |
|
|
|
| • İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59 |
|
|
|
| • Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52 |
|
|
|
| • Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49 |
|
|
|
| • Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41 |
|
|
|
| • 18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38 |
|
|
|
| • "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36 |
|
|
|
| • Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18 |
|
|
|
| • "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03 |
|
|
|
| • "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01 |
|
|
|
| • Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58 |
|
|
|
| • "Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48 |
|
|
|
| • Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43 |
|
|
|
| • Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20 |
|
|
|
| • Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15 |
|
|
|
| • Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11 |
|
|
|
| • “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09 |
|
|
|
| • Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54 |
|
|
|
| • Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50 |
|
|
|
| • Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36 |
|
|
|
| • Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40 |
|
|
|
| • Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38 |
|
|
|
| • "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34 |
|
|
|
| • Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25 |
|
|
|
| • Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50 |
|
|
|
| • 30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47 |
|
|
|
| • Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44 |
|
|
|
| • Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41 |
|
|
|
| • Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33 |
|
|
|
| • Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
| • Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27 |
|
|
|
| • "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21 |
|
|
|
| • ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
| • Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37 |
|
|
|
| • Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33 |
|
|
|
| • Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28 |
|
|
|
| • Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23 |
|
|
|
| • “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19 |
|
|
|
| • Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02 |
|
|
|
| • Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59 |
|
|
|
| • "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45 |
|
|
|
| • "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39 |
|
|
|
| • Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37 |
|
|
|
| • "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31 |
|
|
|
| • Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13 |
|
|
|
| • "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03 |
|
|
|
| • "Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50 |
|
|
|
|