Cənub regionumuzda "ekoloji soyqırım" gündən-günə şiddətlənir. Sizcə bu ekoloji soyqırıma münbit şərait yaradan kimlərdir?!
Əlbətdə, məsələ tam aydındır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Əbilovdur.
Son zamanlar Hirkan Milli Parklnda olan nəzarətsiz özbaşınalıq və digər ərazilərdə olan ağacların qanunsuz qurudulması, kəsilməsi və digər qazıntılar buna əyani sübutdur.
Lənkəranın Qurumba kəndində Lənkəran-Lerik avtomobil yolunun Qurumba kəndindən keçən hissəsinin sağ tərəfində 10 dan çox şam cinsindən olan ağaclar kəsilərək yerində böyük iki mərtəbəli tikili salınmışdır.
Ekologiya əməkdaşları tikiliyə rəy verən zaman görmürlər ki , bunun yerində ağac olub, və ya özlərin görməməzilyiə vurublar?
Peyk görüntülərindən ağacların həmin ərazidə olması tam əyani sübutdur.
Nyus.Az


























