Hacıbala Abutalıbovun müavini torpaq oğuruluğunda ittiham olundu - Əlilin haqqı yeyilir
Tarix: 21-02-2014, 11:58 | Çap et
 Qarabağ müharibəsi veteranı Müşfiq Firuz oğlu Əhmədli və birinci qrup əlil Rüstəm Əli oğlu Əliyev şəxsi mülkləri olan torpaq sahəsindən məhrum ediliblər. Belə ki, Müşfiq Əhmədlinin 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə başqası sahib çıxıb.
Qarabağ müharibəsi veteranı Mərdəkan qəsəbəsindəki keçmiş bağlar ərazisindən qızının adına 5,6 sot torpaq alıb. 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış (“kupça”) əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb. “Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun baçısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər” - şikayətçi В«axar.azВ» saytına belə deyib.Qeyd edək ki, mübahisəli torpaq sahəsinə qarşı bir necə dəfə məhkəmədə iddia qaldırılıb və onlar təmin edilib. Bu haqda danışan torpaq sahibi Rüstəm Əliyev mübahisəli torpaq sahəsinin onun atasına verildiyini bildirib: “Hələ 1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim”. Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci ilin fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib. Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb.2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi E.Vəliyevanın iddiasını təmin etsə də, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir sərəncamı ortaya çıxıb. Həmin sənəddə E.Abdullayevaya verilən bağ sahəsinin uzun müddət istifadəsiz qalması əsas gətirilərək 2005-ci ilin oktyabrında 2549 saylı bağ sahəsi onun sərəncamından geri alınıb. Sonradan başçının müavini R.Pənahovun göstərişi ilə həmin sahə məhkəmə qaydasında R.Əliyevə verilib. O da əmlakının bir hissəsini qanuni sənədlərlə M.Əhmədliyə satıb. Son sənədi yenidən məhkəməyə təqdim edərək hüquqlarının tanınmasını tələb edən R.Əliyev bu problemlə üzləşməsində Rauf Pənahovu günahlandırıb.Onu da deyək ki, R.Əliyev hazırda iki ayağından məhrum olub və birinci qrup əlildir. Onun torpaq satdığı Müşfiq Əhmədli isə Qarabaq müharibəsinın iştirakçısı olub. Əsassız yerə əmlakları əlindən alınan hər iki vətəndaş ölkə rəhbərliyinə müraciət edərək bu ədalətsizliyə son qoyulmasını istəyiblər. Onu da deyək ki, dünən Bakı Apellyasiya Məhkəməsində R.Əliyevin qaldırdığı torpaq iddiasına baxılmalı idi.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Bu gün, 09:37 |
|
|
|
| • "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Bu gün, 09:31 |
|
|
|
| • Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Bu gün, 09:13 |
|
|
|
| • "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Bu gün, 09:03 |
|
|
|
| • "Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Bu gün, 08:50 |
|
|
|
| • "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Bu gün, 08:42 |
|
|
|
| • Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Bu gün, 08:34 |
|
|
|
| • Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Bu gün, 08:22 |
|
|
|
| • Pentaqon rəhbəri İranı hədələdi
Bu gün, 08:17 |
|
|
|
| • "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Bu gün, 07:53 |
|
|
|
| • Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Bu gün, 07:49 |
|
|
|
| • Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Bu gün, 07:45 |
|
|
|
| • “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Bu gün, 07:42 |
|
|
|
| • Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Bu gün, 07:39 |
|
|
|
| • Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35 |
|
|
|
| • Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33 |
|
|
|
| • "Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • "Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17 |
|
|
|
| • Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13 |
|
|
|
| • Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23 |
|
|
|
| • Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21 |
|
|
|
| • Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15 |
|
|
|
| • Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06 |
|
|
|
| • Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03 |
|
|
|
| • Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56 |
|
|
|
| • "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55 |
|
|
|
| • Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52 |
|
|
|
| • Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33 |
|
|
|
| • Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04 |
|
|
|
| • "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02 |
|
|
|
| • Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57 |
|
|
|
| • “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50 |
|
|
|
| • Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36 |
|
|
|
| • “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28 |
|
|
|
| • Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16 |
|
|
|
| • Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58 |
|
|
|
| • Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55 |
|
|
|
| • “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52 |
|
|
|
| • "Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40 |
|
|
|
| • Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
| • Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29 |
|
|
|
| • ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47 |
|
|
|
| • “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41 |
|
|
|
| • ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37 |
|
|
|
| • “Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32 |
|
|
|
| • Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28 |
|
|
|
|