Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                     Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? .....                     44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır .....                     Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” .....                     Onları teatrın dedi-qodusu ayırdı... .....                     Bayramovun "sərəncamı" icra olunacaqmı? .....                     AzəriQaz-da rəhbərlik də PİYADA QALIB .....                     Ukrayna və Rusiya arasında HAVA DURUMU... .....                     Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... .....                     "Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." .....                     "Filiala getdim və nəticə yoxdur..." .....                     "Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı .....                     Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... .....                     Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... .....                     İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? .....                     “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb .....                     DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                 

Bəylər Əyyubov BUNDA İTTİHAM OLUNUR... - Onun adından istifadə edərək...
Tarix: 20-07-2023, 09:08 | Çap et
Bəylər Əyyubov BUNDA İTTİHAM OLUNUR...
"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı şəhər sakini, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan bir neçə şikayət məktubunu dərc etmişik. Şikayətçi növbəti dəfə redaksiyamıza müraciət edərək, qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bir neçə müddətdir ki, ümumi dəyəri 1.833.000 manat (948.000 manat + 120.000 manat + 765.000 manat) olan, şəxsən mənim və ailəmin xüsusi mülkiyyətində olan əmlaklarımızın (evimizin, bağımızın və mağazamızın) Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun rəhbərliyi ilə, qohumları və himayədarlıq etdiyi şəxslər tərəfindən ələ keçrilmişdir.

Bu barədə, bir neçə ildir ki, bir çox dövlət qurumlarına və həmin qurumların rəhbərlərinə, o cümlədən də Ədliyyə naziri (bir müddət bundan əvvələ qədər Məhkəmə Hüquq Şurasının sədri olmuş) cənab Fikrət Məmmədova və tabeçiliyində olan bütün aidiyyəti qurumlara, Baş prokuror cənab Kamran Əliyevə və tabeçiliyində olan bütün aidiyyəti şəhər-rayon prokurorluq orqanlarına, İqtisadiyyat naziri Mikayıl Cabbarova və tabeçiliyində olan bütün aidiyyəti qurumlara tam, hərtərəfli, geniş məlumat vermişəm.

Yəni əmlaklarımızın qanunsuz əlimizdən alındığını, onların geriyə özümüzə qaytarılmasını, müqəssir şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsini, bizlərə köməklik etmələrini yuxarıda adlarını qeyd etdiyim qurumların rəhbərlərindən dəfələrlə xahiş etmiş və imdad diləmişik. Sağ olsunlar, qanunamüvafiq tədbir görə və mənə köməklik göstərə bilməsələr də, dolayısıyla və yaxud da birbaşa bildirmişlər ki, bu işin arxasında Bəylər Eyyubov dayanmışdır.

Bu işin arxasında həqiqətən də Bəylər Eyyubovun durduğuna, əmlaklarımızın həqiqətən də onun adamları tərəfindən ələ keçirildiyinə tam əmin olmaq üçün həyat yoldaşım tərəfindən bir neçə dəfə, 2022-ci ildə şəxsən Bəylər Eyyubovun özünə, rəsmi müraciətlər olunmuşdur. Təəssüflər olsun ki, bu günə kimi heç bir cavab və əhəmiyyət belə verilməmişdir.

Bundan sonra, 29.03.2023-cü il tarixdə şəxsən öz adımdan Bəylər Eyyubova özüm teleqram vurmuşam.

25.03.2023-cü il tarixdə göndərdiyim həmin teleqramın mətnini olduğu kimi əlavə edirəm:

“Hörmətli Bəylər müəllim!

Qısaca olaraq diqqətinizə çatdırıram ki, bir tək yaşadığım evimiz mafioz məmurlar tərəfindən əlimizdən alınmış və düşünülmüş şəkildə Sizin adamlara ötürülmüşdür. Ona görə ki, gələcəkdə geriyə qaytara bilməyək.

Həqiqətən də bu gün, dolayısı ilə və yaxud da birbaşa bütün məmürlar təsdiq edirlər ki, bizim evimiz Sizin adamlardadır.

Bundan başqa, mağazamızı söküb, yerində yüksəkmərtəbəli bina tikən MTK-nın arxasında da Siz dayanmısınız. Ona görə də bu günə kimi MTK rəhbərliyi mağazamızin dəyərini ödəməkdən boyun qaçırır.

Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov hüquq müstəvisində evimizin qaytarılmasına nə qədər səy göstərsə də, köməklik edə bilmədi. Çünki Sizinlə üzləşmək - qabaqlaşmaq istəmədi.

Biləsiniz ki, mən, ailəm və uşaqlarım küçələrdə qalmışıq, kirayələrdə yaşayırıq.

Hörmətli Bəylər müəllim!

Sizlərdən xahiş edirəm ki, yuxarıda qeyd etdiyim faktları qəbul edib, mənim əmlaklarımın qaytarılmasına göstəriş verin. Əks təqdirdə məni qəbul edin və mənim əmlaklarımın Sizin adamlarda olmaması barədə mənə xəbərdarlıq edin(Qeyd: 28.08.2022-ci il tarixdə həyat yoldaşım, Sizə Ərizə ilə müraciət etmişdir və geniş məlumat vermişdir).

Qabaqcadan minnətdarlığımızı bildirirəm”.

Cənab Prezident!

Mənim ailəmə qarşı törədilmiş cinayətlərin və əmlaklarımın qanunsuz yolla mənimsənilməsinin qarşısında dövlət qurumları rəhbərlərinin aciz qalması, qanunvericilik daxilində heç bir tədbir görə bilməmələri və bu günə kimi Bəylər Eyyubov tərəfindən müraciətlərimizə, vurduğumuz TELEQRAM-a cavab verilməməsi, susqunluq nümayiş etdirilməsi bir daha təsdiq edir ki, mənə və ailəmə məxsus bir tək yaşayış evimiz, bağımız və mağazamıınz Bəylər Eyyubovun rəhbərliyi ilə, onun adamları tərəfindən ələ keçrilməsi həqiqətdir.

Hörmətli Prezident!

Bu günədək Bəylər Əyyubovun rəhbərliyi ilə, onun adamlarına ötürülmüş mənə və ailəmə-uşaqlarıma məxsus əmlaklar bunlardır:

1. Valideynlərim tərəfindən alınmış, mənə və nəvələrinə verilmiş, mənim xüsusi mülkiyyətimdə olan, Bakı şəhərinin “Tarqovı” adlanan ərazisində, Nizami küçəsi ev 53, mənzil 41 ünvanında, sahəsi 237 kv.m, minimum dəyəri 948.000 manat olan bir tək yaşayış evimiz;

2. Valideynlərim tərəfindən alınmış, mənə və nəvələrinə verilmiş, mənim xüsusi mülkiyyətimdə olan, Suraxanı rayonu, Hövsan Qəsəbəsində 6 sotun içində, minimum dəyəri 120.000 manat olan bağ evimiz;

3. Həyat yoldaşıma məxsus, Suraxanı rayonu, Yeni Günəşi qəsəbəsi, yaşayış massivində yerləşən, 154,37 kv.m sahəsi, minimum dəyəri 765.000 manat olan mağazamız. Hansı ki, bu mağaza Bəylər Eyyubovun himayədarlıq etdiyi MTK tərəfindən sökülmüş və yerində bina tikilmişdir. Bu günə kimi bir manat belə kompensasiya ödəməmişlər və heç ödəmək fikirləri də yoxdur.

Cənab Prezident!

Əmlaklarımızın qaytarılması ilə bağlı tərəfimizdən bütün dövlət dtrukturlarına, o cümlədən Suraxanı rayon Məhkəməsinə və sonuncu dəfə Bakı İnzibat Məhkəməsinə müraciət edilmişdir. Ancaq ümumi dəyəri 1.833.000 manat olan əmlakları, hansı dövlət qurumu, hansı dövlət məmuru, hansı məhkəmə, hansı hakim Bəylər Eyyubovun qorxusundan, ya Bəylər Eyyubovdan və yaxud da onun adamlarından geriyə alıb bizə qaytara bilər? Aydın məsələdir ki, bu gün nə elə bir məmur, nə elə bir nazir, nə də elə bir məhkəmə-hakim var!

Ola bilsin ki, Sizə ünvanladığım bu müraciətdən sonra mənə, ailəmə və uşaqlarıma qarşı təxribat törədilsin. Onsuz da, bu kimi təxribatları qabaqcadan, gözümüzün qarşısına alıb Sizə müraciət edirik. Çünki çıxılmaz durumdayıq. Mən uşaqlarım və ailəm küçələrdə - kirayələrdə yaşayırıq.

Hörmətli Prezident!

Yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, ilk öncə mənim və ailəmin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, daha sonra bir tək yaşayış evimizin, bağımızın və mağazamızın Bəylər Eyyubouvdan və yaxud da onun adamlarından alınıb mənə və uşaqlarıma qaytarılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Qabaqcadan öz adımdan və ailəmizin adından Sizə minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Bu gün, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Bu gün, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Bu gün, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Bu gün, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Bu gün, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Bu gün, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Bu gün, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Bu gün, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Bu gün, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Bu gün, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Bu gün, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Bu gün, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Bu gün, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Bu gün, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Bu gün, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Bu gün, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00
"Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49
Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39
Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36
İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
DİA-AZ-da təmir gedir...
Dünən, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru