"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                     Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                 

Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb - 20 ildir davam edən məhkəmə prosesi və ...
Tarix: 15-02-2022, 10:37 | Çap et
Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb
Uzun illərdir ki, mətbuatda Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 45 saylı binanın qarşısında, “Azərsu” ASC-nin balansında olan və Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 800, 1000, 1200 və 1400 mm-lik dörd ədəd yüksək təzyiqli magistral su kəmərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinin zəbti ilə bağlı Azərbaycan məhkəmələrində araşdırmalar davam edir. Az qala 20 ildir ki, Azərbaycan məhkəmələri çox sadə bir məsələni həll etməkdə acizlik nümayiş etdirirlər. Proses saqqız kimi uzandıqca-uzanır.

Həmin torpaq sahəsini ələ keçirməyə çalışan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq işçisi Tamara Həmidova bunun üçün müxtəlif vaxtlarda Bakı şəhəri Nizami Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə bağladığı müqavilələr əsasında torpaq sahəsinin I qrup əlil qardaşı Həmidov Cəlal Əli oğlunun adına rəsmiləşdirilməsinə nail olub.

2014-cü ildə “Azərsu” ASC Nizami Bələdiyyəsinə, Həmidov Cəlal Əli oğluna, Bakı şəhəri Nizami Bələdiyyəsinə və başqalarına qarşı Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarın etibarsız hesab edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair 7-129/7q nömrəli 07.03.2003-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə iddia “Azərsu” ASC-nin iddiası qismən təmin edilib, Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarı etibarsız hesab edilib. Yuxarı instansiya məhkəmələri qərarı qüvvəsində saxlayıb.

Sonradan məlum olub ki, magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi təyinatı ilə Həmidov Cəlal Əli oğlunun icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Həmidovun qəyyumu Tamara Həmidova arasında 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi bağlanıb.

Məhkəmə qaydasında mübahisələndirilən 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi məhkəmə araşdırması zamanı icarə müqaviləsinin ləğv edilməsindən yayınmaq məqsədilə Tamara Həmidova 20 aprel 2018-ci il tarixində 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyəti 20 aprel 2018-ci il tarixində 7-183/10q saylı ləğv etməyə dair bildirişlə qarşılıqlı razılıq əsasında 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edilib. İşə baxan məhkəmə mübahisə predmeti olan müqavilənin artıq ləğv edilməsi səbəbindən işin icraatına xitam verib.

Torpaq sahəsinin əlindən çıxmaması üçün hər cür varianta əl atan Tamara Həmidova Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yenidən əlbir olaraq eyni torpaq sahəsinə dair 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi bağlayıb. Tamara Həmidovanın dələduzluğunun kulminasiyası odur ki, icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət, icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bağlanması ilə bağlı bütün bu 3 iş eyni gündə baş verib. 20 aprel 2018-ci il tarixi isə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi son iş günü olub.

20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin qanunsuzluğunun başqa bir səbəbi isə icarə müqaviləsinə görə torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və abadlıq işlərinin görülməsi əsası ilə bağlıdır. Cəlal Həmidovun əqli qüsurlarına görə ona I qrup əlillik dərəcəsi verildiyini nəzərə alsaq, əqli qüsurlu, anlaqsız, öz hərəkətlərinin mənasını başa düşməyən, vergi orqanında qeydiyyatda olmayan bir şəxsə Bakı şəhərinin mərkəzi hissəsində və strateji mövqedə olan, dəyəri milyonlarla ölçülən ərazinin 49 il müddətinə icarəyə verilməsi bu sənədləşmələrdə açıq-aşkar korrupsiya faktının mövcudluğuna işarədir.

Üstəlik, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən 4 yüksək təzyiqli magistral su kəmərinin üzərində yerləşən torpaq sahəsinin əqli qüsurları olan I qrup əlilin icarəsinə verilməsi korrupsiya əməli ilə yanaşı, həm də minlərlə şəxsin həyat və sağlamlığı üçün dəhşətli təhlükədir.

Hazırda Cəlal Həmidovun qəyyumu Tamara Həmidova ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında bağlanmış 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi də məhkəmə qaydasında mübahisələndirilir və Bakı şəhəri Nizami Rayon Məhkəməsində iş üzrə məhkəmə araşdırması aparılır.

Eyni zamanda Tamara Həmidova ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılmış cinayət işi üzrə araşdırma davam edir.

Həm Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın, həm də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Nicat Naibovun icraatında olan işlər üzrə araşdırmalarla bağlı hər iki dövlət orqanı 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsini, torpaq sahəsinin ilkin cizgi-sxemini və başqa sənədləri rəsmi sorğularla Bakı şəhər İcra Hakimiyyətindən tələb ediblər. Hətta müstəntiq Nicat Naibov şəxsən dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə gedərək icraatında olan cinayət işi ilə bağlı sənədləri tələb edib. Lakin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev Tamara Həmidova ilə əlaqəyə girərək aylardır ki, qeyd edilən dövlət orqanlarının tələblərini təmin etmir, həm icarə müqaviləsinin ləğvi, həm də yeni icarə müqaviləsinin bağlanması ilə bağlı cinayət əməllərini ört-basdır etmək üçün sənədlərin təqdim edilməsini əngəlləyir.

Həmçinin 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin mübahisələndirilməsi ilə bağlı Tamara Həmidova ilə cinayət əlaqəsində olan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Eyyub oğlu Qədimquliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Ələkbərov məhkəmə araşdırmasının aparılmasına mane olmaq üçün işin guya kommersiya məhkəməsinə göndərilməli olması ilə bağlı vəsatət və şikayətlər edib. Hətta bununla kifayətlənməyən Ramil Qədimquliyev Tamara Həmidovaya dəstək vermək, Muxtar Mustafayevin məhkəmə araşdırması dövründə Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətlərini tam nəzarətdə saxlaması üçün özü ilə birlikdə “Ədalət” vəkil bürosunda 1 ildir fəaliyyət göstərən vəkil Yavər Yavərzadənin BŞİH vəkili kimi rəsmiləşdirilməsinə nail olub.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Bu gün, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Bu gün, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Bu gün, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Bu gün, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Bu gün, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Dünən, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Dünən, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Dünən, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Dünən, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Dünən, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Dünən, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Dünən, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Dünən, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Dünən, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru