Sahil Babayev keçmiş naziri hədəfə gətirir - 50 milyon manata yaxın yeyinti...
Tarix: 12-09-2018, 12:22 |
Çap et
DİA.AZ: - Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin maliyyə xərclənmələrinin daxili təftişi ilə bağlı göstəriş verən hazırki nazir Sahil Babayev ilginc faktlar əldə edib. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaqlardan informasiya daxil olub.
Xəbəri verən mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, söhbət milyonlarla dövlət vəsaitinin keçmiş nazir Səlim Müslümovun dövründə mənimsənilməsindən gedir.
Mənbənin söylədikləri:
"Təbii ki, araşdırmalar ciddi faktları üzə çıxardığından Sahil Babayev bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmaq zorunda qalıb. Bu isə o deməkdir ki, Sahil Babayev Səlim Müslümovla bağlı faktları hüquqi araşdırmaya təqdim edib".
Mənbə onu da əlavə edib ki, yaxın vaxtlarda bu barədə rəsmi məlumatlar ictimailəşəcək: "Təxminən 47 milyon manata yaxın pul ortada yoxa çıxıb. Bu, aydınlaşdırılmalıdır".
Daha geniş materialımız olacaq. Bizi izləyin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.