
Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə 1,2,3,4,5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini “Hünər-İnşaat” Firması həyata keçirəcək.
Pravda.az-ın xəbərinə görə, sifarişçi “MİDA” MMC-dir.
Xərclənəcək vəsaitin həcmi isə 23 071 668 AZN-dir.
Tərəflər müqavilə bağlayıb.
























