Orta məktəblərdə məzuniyyət pulu davası... - İTTİHAM VAR
Tarix: 13-07-2016, 09:44 | Çap et
 Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan neqativ hallardan, məktəbin direktoru Nuranə Mirzəyevanın yol verdiyi özbaşınalıqlardan bəhs edən tənqidi materiallar dərc etməkdəyik. Bu xüsusda yeni aldığımız məlumatda 170 saylı və 215 saylı məkəblərin müəllimləri arasında yaranmış qarşıdurmanın qısa bir müddət ərzində bu müəssisələrin rəhbərlikləri səviyyəsində münaqişəyə çevrildiyi bildirilir. Məlumatları bizimdovr.az-a təqdim edən mənbə xəbər verir ki, dünənə qədər “can bir qəfəs” rəfiqələr, etibarlı və səmimi dostlar kimi ad çıxarmış bu iki məktəb direktoru bircə günün içərisində az qala ən barışmaz düşmənə çevriliblər. Səbəb isə əlbəttə ki, yenə də pul bölgüsüdür. Dərc etdiyimiz son materialda biz artıq göstərmişdik ki, 170 saylı məktəbdə “evdə təhsil” proqramı üzrə dərs saatlarının bölgüsü ilə bağlı artıq müəyyən problemlər yaşanmaqdadır. Həm də bu problemlər “legioner” müəllimlərlə əldə olunmuş ilkin razılaşma şərtlərinin pozulması ilə bağlıdır. Mənbənin deməyinə görə, bu müəllimlər arasında 215 saylı məktəbin təmsilçiləri üstünlük təşkil edir. Səbəb isə budur ki, həmin məktəbin direktoru Sevinc xanım Nuranə Mirzəyeva ilə yaxın rəfiqədirlər, daha doğrusu olublar. İlkin olaraq, müəllimlər öz rəhbərləri arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirərək, məktəblər arası səviyyəyə qaldırmaq ideyasını heç də dəstəkləməyiblər. Mənbənin iddiasına görə, 170 saylı və 215 saylı məktəbin müəllimləri arasında yaranmış narazılıq və qarşılıqlı ittihamlara, daha sonra isə əməlli-başlı dava-dalaşa da məhz müəllimlərə təklif olunan şərtlərin eyni olmaması səbəb olub. Gərginliyin kulminasiya nöqtəsi isə, 170 saylı məktəbin müəllimələrindən birinə çatmalı olan məzuniyyət pulunun 215 saylı məktəbin müəlliməsinin adına yazılmasından sonra yaşanıb. Belə ki, 215 saylı məktəbin müəlliməsi adına yazılmış pulu “əsil sahibinə” qaytarmaqdan imtina edib. Elə bundan sonra da tərəflər arasında əsil “müharibə” başlayıb. Əvvəlcə Nuranə Mirzəyeva öz işçisini sakitləşdirməyə çalışıb. Bunun üçün o, hətta müəllimənin anasına da telefonla zəng edib. Daha sonra isə, Nuranə xanım 215 saylı məktəbin direktoru Sevinc xanımla da əlaqə saxlayaraq, ondan öz işçisinə təsir göstərməyi tələb edib. Elə bu əsnada da direktorların sözləri “çəp gəlib” və neçə illərin “dostluğu” əməlli-başlı pozulub.
Yeri gəlmişkən, kimsə düşünə bilər ki, müəllimin aldığı məzuniyyət pulu nə böyük məbləğdir ki, ona görə rəfiqələr və pedaqoqlar arasında dava da düşsün. Amma xatırladaq ki, burada söhbət məhz “evdə təhsil” proqramı üzrə tədris edən müəllimlərdən gedir. Onlara yazılan əmək haqları isə, kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Məsələn, mənbə bildirir ki, 170 saylı məktəbin müəlliməsi olan Tamilla Şirməmmədovanın adına yazılmış məzuniyyət pulu 5000 (beş min) manat təşkil edib ki, bunun da 1000 manatını həmin müəllimə direktora verib. Nuranə xanım isə, bu müəlliməni bütün məktəbə örnək olaraq göstərir. Eyni zamanda da, aldığımız açıqlamaya görə, 170 saylı məktəbdə hazırda bütün digər müəllimlərin məzuniyyət pullarından “tutmalar” həyata keçirilir. Mənbə bildirir ki, bu yığımların məbləği “evdə təhsil” proqramına cəlb olunmuş müəllimlər üçün 500-600 manat, digərləri üçün isə 250-350 manat civarında müəyyənləşdirilib.
Sonda bir neçə kəlmə də 170 saylı məktəbdə dərs deyən bəzi müəllimlərin “pedaqoji səviyyələri” barədə fikir söyləmək istərdik. Deməliyik ki, Nuranə xanımın müavini, Ofeliya Mehdiyevanın “facebook” səhifəmizdə dərc olunmuş yazılara verdiyi şərhlərdə işlətdiyi ifadələrlə tanış olarkən adamın tükləri biz-biz olur. Sanki bu şərhlərin müəllifi bir pedaqoq, həm də xanım pedaqoq yox, bütün ömrünü küçə və bazarlarda keçirmiş, ədəb-ərkan qaydalarından, etik normalardan tam bixəbər olan bir kişidir. Nə deyəsən belə müəlliməyə? Və nə gözləyəsən bu müəllimənin dərs dediyi məktəbin işindən?
Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Bu gün, 18:10 |
|
|
|
| • 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Bu gün, 18:06 |
|
|
|
| • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Bu gün, 18:02 |
|
|
|
| • İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Bu gün, 18:01 |
|
|
|
| • Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:49 |
|
|
|
| • “MİDA”dan 23 milyonluq layihə
Bu gün, 17:44 |
|
|
|
| • “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Bu gün, 17:29 |
|
|
|
| • Elgizin yeni verilişi efirə çıxdı
Bu gün, 17:26 |
|
|
|
| • İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Bu gün, 17:23 |
|
|
|
| • Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Bu gün, 17:21 |
|
|
|
| • “Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Bu gün, 17:19 |
|
|
|
| • Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Bu gün, 17:16 |
|
|
|
| • "Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Bu gün, 17:14 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Bu gün, 17:12 |
|
|
|
| • Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Bu gün, 17:11 |
|
|
|
| • Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Bu gün, 17:08 |
|
|
|
| • Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Bu gün, 17:04 |
|
|
|
| • Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55 |
|
|
|
| • Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51 |
|
|
|
| • BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
| • Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41 |
|
|
|
| • Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39 |
|
|
|
| • Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37 |
|
|
|
| • İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32 |
|
|
|
| • Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28 |
|
|
|
| • “Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18 |
|
|
|
| • Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16 |
|
|
|
| • Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09 |
|
|
|
| • Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06 |
|
|
|
| • Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
| • Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55 |
|
|
|
| • Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51 |
|
|
|
| • Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40 |
|
|
|
| • Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
| • Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36 |
|
|
|
| • İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11 |
|
|
|
| • Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10 |
|
|
|
| • YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09 |
|
|
|
| • İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06 |
|
|
|
| • Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00 |
|
|
|
| • Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48 |
|
|
|
| • Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24 |
|
|
|
| • Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
| • Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15 |
|
|
|
| • Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
| • Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59 |
|
|
|
| • “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54 |
|
|
|
| • Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52 |
|
|
|
|