Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır - Dəyişikliklər də olacaq
Tarix: 22-03-2016, 12:09 |
Çap et
DİA.AZ: - Dövlət Gömrük Komitəsində böyük ixtisar gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.
Xəbəri verən qaynağın iddialarına görə, DGK-nin mərkəzi aparatı da daxil olmaqla, digər qurumlarını da əhatə edəcək ixtisar prosesi zamanı 1000-ə yaxın gömrüçünün işsiz qalacağı gözlənilir.
Mənbə dia-az.life-a açıqlamasında bildirib ki, bu prosesin ardından isə DGK rəhbərliyinə də əl gəzdiriləcək: "Aydın Əliyev və eyni zamanda 2 müavin, habelə, DGK-nin rəhbərliyində təmsil olunan bir neçə orta ranqlı məmur da görəvindən alınacaq".
Xatırladaq ki, Aydın Əliyevin vəzifəsindən azad ediləcəyi haqda xəbəri hələ bir neçə gün əvvəlindən diqqətinizə təqdim etmişdik.