Əsas Səhifə > Ölkə, Manşet > Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır

Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır


22-03-2016, 12:09
Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır
DİA.AZ: - Dövlət Gömrük Komitəsində böyük ixtisar gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib.

Xəbəri verən qaynağın iddialarına görə, DGK-nin mərkəzi aparatı da daxil olmaqla, digər qurumlarını da əhatə edəcək ixtisar prosesi zamanı 1000-ə yaxın gömrüçünün işsiz qalacağı gözlənilir.

Mənbə dia-az.site-a açıqlamasında bildirib ki, bu prosesin ardından isə DGK rəhbərliyinə də əl gəzdiriləcək: "Aydın Əliyev və eyni zamanda 2 müavin, habelə, DGK-nin rəhbərliyində təmsil olunan bir neçə orta ranqlı məmur da görəvindən alınacaq".

Daha bir dövlət qurumu böyük ixtisara hazırlanır

Xatırladaq ki, Aydın Əliyevin vəzifəsindən azad ediləcəyi haqda xəbəri hələ bir neçə gün əvvəlindən diqqətinizə təqdim etmişdik.

Geri qayıt