"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                     Maaş artımında sürücülər unudulub? .....                     Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                 

VAQİF AXUNDOVUN "ŞPİON" OVU
Tarix: 26-12-2011, 16:14 | Çap et
VAQİF AXUNDOVUN "ŞPİON" OVU

"SİZ RƏİSƏ XƏYANƏT ETMİSİNİZ, SİZƏ BU ÖLKƏDƏ YER YOXDUR"

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları - baş leytenant Asif Lətifov və çavuş Seymur Əlicanov işdən qanunsuz olaraq uzaqlaşdırılmaları ilə bağlı uzun müddət müxtəlif dövlət instansiyalarına, o cümlədən XDMX-nin rəisi Vaqif Axundova müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Bu səbəbdən XTMD-nın sabiq əməkdaşları öz hüquqlarını məhkəmədə bərpa etmək niyyətindədirlər. Artıq onlardan biri - baş leytenant Asif Lətifov işə bərpa olunmaq və buraxılmış aylara görə əmək haqqının ödənilməsi tələbi ilə Səbayel rayon Məhkəməsində XDMX-nin rəisi Vaqif Axundova qarşı iddia qaldırıb. Dekabrın 28-də Səbayel rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə prosesi keçiriləcək.

Bu arada isə Asif Lətifov və Seymur Əlicanovun XDMX-dən işdən uzaqlaşdırılmalarının əsl səbəbi bəlli olub. Belə ki, bir müddət əvvəl XDMX rəisinin qəbuluna düşməyə çalışan Seymur Əlicanov müraciətləri nəticəsiz qaldıqda Milli Təhlükəsizlik naziri Eldar Mahmudova ərizə ilə müraciət edib. Onun şikayəti MTN rəhbərliyi tərəfindən XDMX-nin rəisi Vaqif Axundova göndərilib. V.Axundov isə XDMX-nın kadrlar şöbəsinin rəisi, qaynı Hüseyn Əhmədova şikayətçini qəbul etməyi tapşırıb.

Seymur Əlicanov deyir ki, MTN-ə yazdığı məktubdan sonra Hüseyn Əhmədov onu qəbuluna çağırtdırıb: "Hüseyn Əhmədov məni qəbul etdi və ünvanıma təhqiredici ifadələr işlətdi. Qaynatamın və qaynımın məhkumluğunu əsas gətirib dedi ki, Allahına şükür et ki, səni Asif Lətifov kimi 157e maddəsi ilə işdən çıxarmamışıq. Bildiyiniz kimi, 157e maddəsi (xidməti uyğunsuzluğa görə) ilə işdən çıxarılanlar sonradan dövlət strukturlarında işə qəbul edilmirlər. Hüseyn Əhmədov mənimlə söhbəti zamanı "Asif Lətifov MTN-in şpionudur, səni də o öyrədib ki, MTN-ə ərizə yazasan. Sən də ona qulaq asıb MTN-ə ərizə yazmısan".

Seymur Əlicanov MTN-lə heç bir əlaqəsi olmadığını bildirdikdə isə Hüseyn Əhmədov onu "müxalifətə qoşulmaqda" ittiham edib: "Mən heç vaxt siyasi partiyalara qoşulmamışam, qoşulmayacağam da".

Beləliklə, XDMX rəisi Vaqif Axundovun Asif Lətifov və Seymur Əlicanovun MTN-lə əlaqələri olduğunu ehtimal etdiyi üçün onları işdən çıxardığı qənaəti yaranır. Hüseyn Əhmədovun Seymur Əlicanova dedikləri də bunu təsdiq edir. Digər tərəfdən, son günlər mətbuatda yayılan xəbərlərə görə, MTN şefi Eldar Mahmudovla XDMX rəisi Vaqif Axundov arasında narazılıqlar var. Bunun Eldar Mahmudovun XDMX-ni MTN-nin tabeliyinə keçirmək istəyi ilə bağlı olduğu bildirilir. Bu səbəbdən iki general arasında mübarizə getdiyi, Vaqif Axundovun rəhbərlik etdiyi qurumda nəzarəti gücləndirməyə çalışdığı bildirilir.

Seymur Əlicanov onu da deyir ki, sonuncu dəfə XDMX-da olarkən, Vaqif Axundovun köməkçisi ona "zəhmət çəkib, prezidentə yazmayın, onsuz da şikayətləriniz bizə göndərilir" deyib: "Bununla demək istəyirlər ki, özünüzü yormayın, onsuz da sizin şikayətinizə baxılmayacaq. Təəssüf ki, bizim müxtəlif dövlət qurumlarına müraciətlərimiz şikayətçi olduğumuz XDMX rəhbərliyinə göndərilir. Əlbəttə ki, bu qurum bizim şikayətlərimizin obyektiv araşdırılmasında maraqlı ola bilməz".

Seymur Əlicanov XDMX rəhbərliyini daha bir məsələdə ittiham edir: "Mənə deyirlər ki, qaynatanın məhkumluğu var, səni ona görə işdən çıxarmışıq, yaxın qohumu məhkum olunan şəxs XDMX-da işləyə bilməz. Hal-hazırda XDMX-də polkovnik rütbəli bir nəfər işləyir, o, üç dəfə məhkum olunub. Ancaq heç buna fikir verən yoxdur. Üç dəfə məhkum olunan həmin şəxsin qardaşı isə XDMX-da şöbə rəisinin müavinidir. Hal-hazırda qardaşı və atası ölüm üstündə türmədə yatan, eləcə də özü məhkum olunmuş insanlar var ki, XDMX-da işləyirlər. Amma buna göz yumulur. Mənim qaynatam 80-cı illərdə bir il icbari iş aldığına görə ona qatı cinayətkar adı verirlər. Qohumu və ya özü məhkum olunan şəxs XDMX-da işləyə bilməzsə, onda niyə belə adamların hələ də orada işləməsinə göz yumurlar? Qanundan danışırlar, qanunun həmin adamlara niə şamil olunmur? Qanun yalnız bizim üçündür? Bu onu göstərir ki, idarədə kadrlara münasibətdə ayrı-seçkilik siyasəti aparılır".

Seymur Əlicanov XDMX rəisi Vaqif Axundovun dəfələrlə idarədə hər ailədən bir nəfərin işləməsinin mümkün olduğunu dediyini, ancaq bu qaydanı elə onun özünün pozduğunu da bildirdi: "Vaqif Axundovun qaynı, Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun oğlu qvardiyadan təxris olunandan bir gün sonra ona leytenant rütbəsi verilib və XDMX-də işə götürülüb. Hüseyn Əhmədovun qardaşı isə BTC boru kəmərinin Sumqayıt tikinti sahəsinin rəisidir. Onun XDMX-da işləyən başqa qohumları da var. Bundan başqa birinci şöbənin rəisi Yusif Babayev oğlunu və qardaşı oğlunu, eləcə də dostluq etdiyi bir şəxsin oğlunu XDMX-da işə düzəldib. Vaxt var idi, Hacı Məmmədov Prezident Aparatına (indiki Prezident Adminstrasiyası- red.) gələndə Yusif Babayev onun qabağında mil dayanırdı. Aparatın liftinə kimi onu müşayiət edirdi. Hacı Məmmədovun axtarışa verilən Mersedes 600 markalı avtomobili də bizim idarədən çıxdı. Bütün bunlar niyə araşdırılmır?"

Seymur Əlicanov Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun onu hədələdiyini də bildirdi: "Hüseyn Əhmədov mənə dedi ki, "gedib mətbuat konfransı keçirirsiniz, qorxmursunuz, başınıza bir iş gətirərlər? Siz rəisə xəyanət etmisiniz. Sizə bu cəmiyyətdə yer yoxdur. Çıxın gedin bu ölkədən". Biz bu barədə MTN-də Anar adlı zabitə məlumat verdik və bildirdik ki, həyatımıza təhlükə olduğu üçün Norveç səfirliyinə müraciət edəcəyik.

Azərbaycanda "JEK" müdirindən Prezidentə qədər hamının qəbul günü var. Amma 4 il yarımdır ki, Vaqif Axundovun qəbuluna düşə bilmirik. İşdən çıxarılandan sonra Niyazi Hacıyevdən xahiş etdim ki, məni generalın qəbuluna sal. Ona dedim ki, cənab general, mən həmin adamam ki, prezidentə həmişə sadiq olmuşam, 55 gün Gəncə türməsində işgəncələrə və təhqirlərə məruz qalmışam, amma Heydər Əliyevin əleyhinə izahat yazmamışam. Bu gün də prezidentə sadiqəm. O isə mənə dedi ki, "sən o vaxt lazım idin, indi lazım deyilsən, get qollarını çırmala, başqa işdən yapış, get, fəhlə işlə. Bu da prezidenti mühafizə edən generalın öz əsgərinə cavabı.

Mənim evimdə 5 yaşlı oğlum böyüyür. Sabah mən onun suallarına nə cavab verəcəyəm? İşdən nəyə görə çıxarıldığımı necə izah edəcəyəm?"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru