Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                 

AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
Tarix: 24-06-2013, 12:23 | Çap et
AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
SABİQLƏR XOF İÇİNDƏ

Xəbər verildiyi kimi, srağagün axşam saatlarında Prezident Administrasiyasının sabiq şöbə müdiri, 2005-ci ildə də sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevlə bərabər həbs olunan, amma sonradan azadlığa buraxılan Akif Muradverdiyev yenidən həbs edilib.

Dünən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Akif Muradverdiyevin vəkili Fuad Ağayev ittihamları rədd edib və bildirib ki, çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur.
Redaksiyamıza daxil olan bir başqa məlumatda isə Akif Muradverdiyevin həbsinin bəzi sabiq yüksək vəzifəli şəxslərdə narahatlıq yaratdığı deyilir. Onlar prosesin davamlı ola biləcəyindən və özləri ilə bağlı da sərt cəza tədbirlərinə əl atılacağından narahatdırlar.
Məsələ burasındadır ki, bu il seçki ili olduğu üçün bir müddət əvvəldən bəzi sabiq məmurlar aktivləşmişdilər. Onlar üstüörtülü şəkildə hakimiyyətə ünvanlanan mesajlarda yeni vəzifə umacaqlarını dilə gətirirdilər. Belə sabiqlərin leksikonundan onların əks təqdirdə müxalifətlə yaxınlaşa bilmək istəkləri hiss olunurdu.
Məsələn, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev YAP-ın son qurultayından kənarda qalmasına sərt reaksiya vermiş, onun reaksiyası o qədər kəskin olmuşdu ki, hətta bəzi YAP funksionerləri Haqverdiyevin ümumiyyətlə, partiyadan uzaqlaşdırılmalı olduğunu dilə gətirmişdilər.
Və yaxud: son qurultaydan sonra adı YAP Siyasi Şurasından çıxarılanlar arasında olan sabiq maliyyə naziri Əvəz Ələkbərov özü haqqında qəbul edilən bu qərarla bağlı açıqlama vermiş və demişdi: "YAP Siyasi Şurasından uzaqlaşdırılmağımla bağlı xəbəri eşidəndə çox məyus oldum". Sabiq maliyyə naziri daha sonra əlavə etmişdi: "Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi". Ələkbərovun sözlərindən onun çox incik düşdüyünü açıq hiss etmək mümkündür.
Sabiqlərdən Maksim Musayev, Sirus Təbrizlinin, "Quska" ləqəbli Hüseyn Abdullayevin son vaxtlar tənqidi çıxışlarının dozalarını artırdıqlarını xatırlatmaq da yerinə düşərdi.
Bir müddət əvvəl saytlardan birinə qısa açıqlama verən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin yenidən hökumətdə vəzifə alıb-almayacağı barədə suala həm lakonik, həm də incik şəkildə "perspektivdə heç nə gözləmirəm" cavabı verdiyi də yaddan çıxarılmamalıdır.
YAP-a və hökumətdəki bəzi çevrələrə sərt tənqidlər ünvanlayan Sirus Təbrizlinin, Maksim Musayevin son açıqlamalarında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin keçmiş xidmətlərini qabartması, hazırda isə onun partiyadan və hökumətdən kənarda qalmasını pisləmələri də diqqətçəkicidir. Bəziləri ehtimal edirlər ki, Əli Nağıyevlə hazırda da yaxın münasibətdə, dostluq əlaqələrində olan bu şəxslər həm də sabiq nazirin karyera baxımından indiki durumundan narazı əhval-ruhiyyədə olduğunu nümayiş etdirirlər.
Diqqətçəkici bir başqa məqam isə müəyyən KİV-lərdə müxalifətin yeni birliyi olan Milli Şuraya bəzi sabiqlərin qoşula biləcəyinə dair informasiyaların yer almasıdır. Eks məmurların məhz həmin informasiyalar fonunda fəallıq göstərməyə başlaması əlbəttə, xeyli düşündürücüdür.
Bu situasiyada Akif Muradverdiyevin həbsinin bəzi sabiq məmurlarda boş yerə xof yaratmadığını hesab etmək olar. Onlar bu həbsi həm də özlərinə bir xəbərdarlıq kimi qəbul edirlər. Ən xırda siyasi "ÇP" buraxmalarının özlərinə baha başa gələcəyindən qorxurlar.
Hər halda bu qorxunun əsaslı, yoxsa əsassız olduğunu tezliklə prosesləri izləyib görəcəyik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru