“İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                 

Sabunçuda işi çətinə düşənlər... - ASAN-xidmət da çarə qıla bilmir - ŞİKAYƏT VAR
Tarix: 27-10-2015, 08:57 | Çap et
Sabunçuda işi çətinə düşənlər... - ASAN-xidmət da çarə qıla bilmir
Bəs bu hünər yoxdursa, hansı hökmdən danışmaq olar?! Hünərsiz hökmlərin bolluğunda isə qardaşlıqdan necə dəm vurasan?! Xülasə...Balaca məmurların özbaşınalığından böyüklərə yazdıqlarımın baxılması üçün elə balacaların özünə də qaytarıldığını gördükdə sarsıldım.Doğrudanmı biz hələ 16-cı əsrdəyik?! Axı güclü idarəçilik ənənələrimiz olub! Elə indi də ASAN XİDMƏT-imiz dünyaya nümunədir. Bəs mənim haqq işim niyə ÇƏTİNƏ düşüb?” Axı mən də müsəlmanam, cənablar!” - deyib haray salsam da, səsimə səs vermədilər. Üz tutdum məhkəmələrə.

Deyim ki, iddiama üç instansiyada- mülki, inzibati-iqtisadi və bir apellyasiya məhkəməsində baxılıb. Hər üç məhkəmədə traktorla 30-a yaxın meyvə ağacını məhv edən, xəbər vermədən ev, hasar dağıdan, saxta sərəncamla istifadəmdə olan torpaqda tikinti aparmağa şərait yaradanlar qaldı bir kənarda. Əvəzində məni çəkdilər məhşər ayağına; niyə torpağı zəbt etmisən? Niyə tikinti aparıbsan? Bələdiyyə niyə səninlə icarə müqaviləsi bağlayıb? Evinin qalan hissəsini də söksələr, nə edərsən? Və sair... Sonuncu sualın müəllifi Bakı şəhər 2 saylı inzibati-iqtisadi məhkəməsinin hakimi Xaliq İmanov yalançılıqda bütün rekordları təzələdi. Guya iddia əri- zəmdə göstərdiyim sənədlər təqdim olunmayıb,ev də sökülməyib, hasar da uçurulmayıb. İcranın saxta sərəncamı, sındırlmış ağaclar barədə ağzına su alan hakimin gözünə nə vaxtsa sökülüb “təmizlənmiş” metal tor hasar göründü.

Sabunçuda işi çətinə düşənlər... - ASAN-xidmət da çarə qıla bilmir

Kəşf etdi ki,ərazidə “ yol genişlənməsi” baş verdiyindən “obyektlər geri çəkilib”... Bəh , bəh,bəh! Eynilə Sabunçu İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədovun ağ yalanları möhtərəm hakim Xaliq İmanovun ifadəsində!!!

Sabunçu rayon məhkəməsində isə, bələdiyyə qarşısında 1980-ci ildən istifadəmdə olan 250 kv.m. məlum torpaq sahəsinin mülkiyyətimə verilməsi üçün iddia qaldırdım. Gülünc vəziyyət yarandı. Başladılar fal açmağa ki, torpaq bələdiyyənin mülkiyyətindədir, yoxsa dövlətin? Bu yerdə icranın vəkili özündən çıxdı, nə çıxdı... Torpaq Məcəlləsinin 47-ci və bir yığın maddələri qatıb qarışdırdı. Mən isə Mülki Məcəllənin 178.6 maddəsini qalxan edib 30 ildən artıq etirazsız istifadəmdə olan torpağın mənə də verilməsini əsaslandırdım. Hüquq cəngavərləri artıq xorla düşdülər üstümə ki,sən çox incəliyi başa düşmürsən. Bu qanun 2000-ci ildən qüvvəyə minib, yəni hələ 15 il də gözləməlisən. Sakitcə məsləhət gördüm ki,gedin Konstitusiya Qanununun 149.7 maddəsini oxuyun. Bakıxanov bələdiyyəsinin vəkili isə əl atmadığı yalan qalmadı. 2005-ci ildən bəri yuxarı təşkilatlara torpağın mənə verilməsi üçün məktublar yazan bu idarə 2008-ci ildən tikdiyim tikili barədə mənimlə icarə müqaviləsi də bağlayıb, vergiyə də cəlb edilmişəm, 10m.80qəp. 21.06 2011-ci ildən isə qəsəbədə yaradılan qeyri-qanuni tikililərin qeydə alma komissiyasına ərizə ilə müraciət etmişəm. Məhz bu bələdiyyənin verdiyi eskiz əsasında elə o vaxtdan torpaq (ildə 37m.50 qəp.) və əmlak (ildə 6m.) v e r g i l ə r i n i ödəməkdəyəm. 2009-cü ildən 2014-cü ilədək olan müraciətlərimə eyni cavab verilib: “torpaq sahələrinin xəritəsi hazır olan kimi ərizənə baxılacaq.” Elə bu bəhanə ilə də məhkəmənin iclasları aydan aya keçirilərək proses 8 ay uzadılıb. 01.05.2015-ci il tarixdən(bu haqda məhkəmədə vəsatət qaldırmağıma baxmayaraq) İcra hakimiyyəti SAXTA sərəncamla Anar Bağırov adlı şəxsin qalan ağacları da məhv edib sahəmdə kafe tikməsinə şərait yaratmış, bələdiyyə də buna göz yummuşdur. Əmlak komitəsindən aldığım arayış gözlənilməz oldu: “Torpaq bələdiyyəyə məxsusdur”. Əslində buna şübhəm də yox idi. Bu zaman başqa əmma tapdılar: “Ümumi istifadədə olan torpaqdır, mülkiyyətə vermək olmaz”. Nəhayət , mənim də vəkilim dilə gəldi ki, bu torpaq qeyri-qanuni zəbt olunan torpaqdir. Bura ancaq “Bələdiyyə torpaqlarının idarə edilməsinə dair qanunun 16.3 bəndi şamil edilməlidir. Qanunda isə yazılıb ki, tikinti məqsədilə zəbt olunmuş qeyri-qanuni istifadədə olan bələdiyyə torpaqları bu qanun qüvvəyə minənədək, yəni 12.12.2008-ci il tarixinədək ya geri alınmalı, ya da istifadəçinin mülkiyyətinə verilib, vergiyə cəlb olunmalıdır. Bakıxanov Bələdiyyəsi isə 2008 və 2011-ci illərdən iddiaçını vergiyə cəlb etsə də, torpağı mülkiyyətinə verməmiş, Anar Bağırov kimilərə satmaq üçün süründürməçiliyə yol vermişdir. Məsələ burada da bitməli idi. Nədənsə bələdiyyədən torpağın ümumi istifadədə olması barədə sənəd tələb edildi. Üç gün sonraya təyin ediilən iclasda da tələb olunan sənəd təqdim olunmadı. Əsl möcüzə bundan sonra baş verdi. “Müşavirə” otağına getməklə qayıtmağı bir olan hakim axır ki, qətnaməni oxudu: “...torpaq ümumi istifadədə olduğu üçün tələb təmin edilməsin...” Elə buna da bəh, bəh, bəh...

Sabunçuda işi çətinə düşənlər... - ASAN-xidmət da çarə qıla bilmir

Bələdiyyə sədrinin dedikləri hakim Elşən Kazımovun ifasında!

İnzibati-iqtisadi məhkəmənin çıxardığı qərardaddan apellyasiya şikayətimə “baxış”uzun çəkmədi. Hakimin əsaslandığı yalan faktları dəlillərlə ifşa edib çıxışımı yazılı şəkildə, yeni faktlarla hakim Valeh Ağayevə təqdim etdim.Yenə nədənsə cavabdeh tərəf gəlmədiyindən bələdiyyə nümayəndəsindən soruşdular ki,niyə vergi alırsınız. (heç işə dəxli var?) O da növbəti yalana imza atdı: “banka ödəyib poçtla göndərirlər.Dedilər,siz də poçtla geri qaytarın”. Nümayəndə yenə qızara-qızara susdu.”Məhkəmə iclası” burada da bitdi. Hakimlər “müşavirəyə” girib çıxdılar: “iddia təmin edilməsin”. Yenə də bəh,bəh,bəh...
Qarşıda hələ Ali məhkəmələr var. Hələ çox “bəh, bəh”lər olacaq.Avropa məhkəmələrinə yol axtarıram. Ancaq qorxuram ki, bu məmur tayfası Şəhrəbanu xanımdan da zirək tərpənib təkcə Avropa məhkəməsi yerləşən Parisi yox, bütün Avropanı partladalar. Onda bəs özümüzü kimlərə oxşadarıq? Hara şikayət edərik? Düşünürəm, elə Afrikaya müraciət etsəm, yaxşı olar,axı orada da cəngəllik qanunları hökm sürən cəngəlliklər az deyil...Hər halda onların təcrübəsi Avropadakından da çox olar!
Hörmətlə; Sərraf Əsəd Muğanlı

Redaksiyadan: Bu maraqlı yazı bir daha göstərir ki, yerində olmayan bəzi kiçik məmurlar, şahı qanun hesab edən bəzi hakimlər vətəndaşları qəsdən dövlətdən narazı salmaqda maraqlıdırlar. Vətəndaşları haqsız incidən, onları qəsdən dölətdən narazı salan MTN generallarının aqibəti Prezident cənab İlham Əliyevin qətiyyəti nəticəsində hamıya məlumdur. Bu baxımdan inanırıq ki, oktyabrın 28-də Ali Məhkəmədə olacaq prosesdə hakim Zakir Quliyev, noyabrın 6-da Apellyasiya məhkəməsində keçiriləcək prosesdə hakim Toğrul Əliyev obyektiv qərar çıxarmaqla ədalətin bərpasına nail olacaqlar və bununla da vətəndaşın dövlətdən narazı salınmasına son qoyulacaq.\\tezadlar.az\\
Mövzunu diqqətdə saxlayacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru