Haqqı tapdanan fermer nazirdən kömək istədi... - "...nazir Ramil Usubovun əziyyətinə heyfim gəldi"
Tarix: 26-10-2015, 08:42 | Çap et
«Təzadlar»ın elektron poçtuna daxil olan aşağıdakı məktubu ürək ağrısı ilə oxuduq… Sonra şikayətçi ilə əlaqə saxladıq, bəzi dəqiqləşdirmələr apardıq. Bu barədə növbəti yazıda bəhs olunacaq… Aşağıda şikayətnaməni təqdim edirik. Şikayət daxili işlər naziri cənab Ramil Usubova xitabən yazılıb. Y.Kərimov yazır: Hörmətli cənab nazir Ramil Usubov! Hörmətli «Təzadlar» qəzeti redaksiyası! Cənab nazir, ölkə Prezidenti İlham Əliyevin sahibkarlığın, xüsusən də aqrar sahədə çalışan fermerlərin fəaliyyətini stimullaşdırmaq üçün mühüm sərəncamlar imzalayır və bu bizi daha yaxşı çalışmağa, ölkəmizdə ərzaq bolluğu yaratmağa ruhlandırır. Lakin təəssüflər olsun ki, bürokratik əngəllər hələ də qalmaqdadır və biz sahibkarlar yerlərdə belələri ilə təkbaşına mübarizə aparmaq zorundayıq. Ən pisi odur ki, bu işdə bizə arxa durmalı olan hüquq mühafizə orqanları nəinki pozulmuş hüquqlarımızın bərpası üçün bizə kömək etməyə çalışır, əksinə, özləri bizə əngəl yaradır, badalaq vururlar. Cənab nazir! Sizə Kürdəmir rayon Polis Şöbəsində mənim başıma gətirilənlərlə bağlı müraciət edirəm. İnanıram ki, səmimiyyətlə danışdığım dəhşətli anları törədənlərin cəzalandırılmasını təmin edəcəksiniz. Beləliklə, ərz edim ki, mən, Kürdəmir rayon sakini Yusif Kərimov, 2013- cü ilin sentyabır ayında 150 baş qoyun heyvanı alaraq Qəbələ rayon sakini Rəhim Rəhimovun icarəsində olan Sor-sor kəndinə yaxın yerləşən qışlaq əraisində saxlamağa başladım. Fermanı adablaşdırmaq, tövləni təmir etmək, ərazidə olan şoranlaşmış sahəni yumaq kimi şərtlərlə şifahi razılaşaraq yerləşdim Sonra fermaya 2014-ci ilin may ayında qanunsuz, daha doğrusu, saxta sənədlərlə sahiblənmiş Sor-sor kənd sakini Akif Adıgözəlov zorla fermaya soxuldu. Onun sənədlərini saxta adlandırmağımın səbəbi isə 16 aprel 2014-cü ildə Kürdəmir İcra Başcısının dəyişildiyi günə verilmiş sərəncamın keçmiş başçının adından olması və Rəhimov Rəhimin heç bir imtinası və başqa səbəb olmadan onun icarə müqaviləsinə elə həmin gün xitam verilməsidir. 16 aprel 2014-cü il tarixə sərəncam almış Akif Adıgözəlov 2014-cü ilin may ayının 25 də "ara sakitləşəndən sonra" fermaya gəlib heç bir dövlət məmurunun iştirakı olmadan oranı zəbt etdi. Fermada tövlə bir olduğu üçün biz qoyunları məcburən birləşdirdik. Mən 2013- cü ilin sentyabr ayından qonşuluq etdiyim Akif Adıgözəlovun səmimi etdiyi etiraflarda onun etdiyi xuliqanlıqlardan xəbərdar idim. O, mənə tez- tez mal-heyvan oğurlamağından və polislərlə əlbir olaraq oğurluq hadisəsini başqasının üzərinə necə atdığını danışırdı. Bundan başqa, Akif Adıgözəlov mənə Kürdəmir rayon polis şöbəsinin rəisi Oqtay Məmmədovla münasibətinin yaxşı olması nəticəsi olaraq ondan etdiyi xuliqanlığa görə 18000 manat istənilmiş pul əvəzində bu əməlini 4500 manata ört-basdır etdiyini də danışmışdı. Mən onun bəzi danışıqları kimi, bu hadisəni danışmasını da telefonuma yaza bilmişdim, təqdim etməyə hazıram… Odur ki, özünün bildirdiyi kimi desək, "Kürdəmir polis rəisi Oqtay Məmmədovun himayə etdiyi" Akif Adıgözəlovdan uzaq olmaq üçün təcili başqa otlaq sahəsi axtarmağa və ətraf kəndləri gəzməyə başladım. Razılaşdığımıza görə fermada gecə mən qalmalı idim, gündüz isə Akifin oğulları qoyunları otarmalı idi. Mənim axtarışım ya cibimə ya da heyvanıma uyğun gelmədiyi üçün 2 aya yaxın çəkdi. Mən bu müddətdə heyvanların sayının sabit qalmadığı üçün (Akif mal alveri etdiyi ücün her gün 5- 10 qoyun gətirib 5- 10 qoyun aparırdı) heyvanımı saya bilmirdim və məcbur olub müvəqqəti də olsa harasa çıxmalı oldum və Akifə 4- 5 günə mən gedəcəm deyə elan etdim.
«Kürdəmir RPŞ-nin zabiti Aqil Kərimov vərəq-qələm götürüb akt tərtib etməyə başladı və Akifə qoyunlarının sayının düz olub olmadığını soruşdu…»
Bundan 2- 3 gün sonra 2014-cü ilin iyil ayının 31-i Akif Adıgözəlov mənim xəbərim olmadan fermaya polislər dəvət edərək heyvanlarımızı polislərin iştirakı ilə ayırdı. Bu "qoyun ayırma mərasimində" 4 polis, 3 Sor-sor kənd sakinləri, Akif Adıgözəlov, 2 oğlu və mən iştirak etdik. Qoyunlarımızı mənim çəpərlədiyim yerə saldıq, əvvəl Akifin qoyunlarını bir- bir tutub oradan çıxardıq. Kürdəmir RPŞ-nin zabiti Aqil Kərimov vərəq-qələm götürüb akt tərtib etməyə başladı və Akifə qoyunlarının sayının düz olub olmadığını soruşdu, Akif «Mənim qoyunlarımın sayı düzdür» dedi. Sonra mənim qoyunlarımı saymağa başladıq və 32 baş əskik olduğunu gördük. Akifin oğlu Rahim heç birimizin xatırlaya bilmədiyi, nə vaxtsa ölmüş bir quzunun mənim olduğunu boynuma qoyaraq mənim əskik qoyunumun sayını 31-ə endirdi. Kürdəmir Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Mehman Novruzovun tapşırığı ilə əvvəlcədən əskik olduğu bilinən qoyunları ört-bastır etmək üçün fermaya gəlmiş özünü "şerif" adlandıran Aqil Kərimov çox böyük canfəşanlıq göstərərək mənim qoyunlarımı yenidən "qəhəl" adlandırdığımız yerə saldıraraq çeşidlər üzrə saydırdı. Akifin, oğlanlarının və mənim də bildiyim sayları müqayisə edərək itmiş heyvanlarımın nə ana qoyun, nə də quzu olmadığı, yalnız cavan 22- 25 kiloqramlıq toğluların olduğunu müəyyən olundu. Güya bütün bunları qeydə alan polislər Akifi elə oradaca möhkəm sorğu-sual etməyə başladılar. Mənə «Narahat olma, burda qaranlıq heç nə yoxdu bu heyvanı başqa adam oğurlaya bilməz» deyən polislər Akifin gətirdiyi bəhanələri hamının gözü qarşısında ələ salaraq gülürdülər.
«Təhqiqatçı Aqil Kərimov mənə «Akifin qoyunları oğurladığını gözlərimlə görmədiyim üçün işim bir az çətindir» deyə bildirdi, «Amma 5 qoyun versən sənin qoyunlarını qaytararıq» deyə bazarlıq təklif etdi…»
Hətta indiki kimi yadımdadır ki, az qala dili dolaşan Akif deyəndə ki, Yusifin qoyunlarını çaqqal yeyib, bu zaman polislər Akifə verdikləri "Çaqqal necə tanıdı Yusifin qoyunlarını? Sən çaqqalın məharətinə bax ki, onları necə ayırıb? Bəlkə o, iki ayaqlı çaqqal olub?" bu kimi suallarla məni də güldürdülər. Lakin sən demə, bütün bu səhnəciklər məni yola vermək üçün imiş. Kürdəmirdən gəlmiş polis qrupuna rəhbərlik edən Aqil Kərimov məni elə arxayınlaşdırdı ki, hətta ondan aktın bir nüsxəsini belə istəməyi unutdum. 10 günə yaxın hər gün zəngləşərək mənə darıxma "Özümə məxsus araşdirma aparıram" deyən Aqil Kərimov mənə telefonla qoyunlarla əlaqədar bəzi suallar verirdi… Təxminən avqust ayının 10-da Aqil Kərimov mənə zəng vurub görüşmək istədiyin bildirdi, amma Akif görməsin deyə fermaya gəlmək istəmədiyin bildirdi. Mən də bir yenilik olduğunu düşünüb onun yanına getdim. Aqil Kərimov mənə «Akifin qoyunları oğurladığını gözlərimlə görmədiyim üçün işim bir az çətindir» deyə bildirdi, «Amma 5 qoyun versən sənin qoyunlarını qaytararıq» deyə bazarlıq təklif etdi və mən Akifin polislərlə əlbir olub etdiyi cinayətlər barədə əvvəllər mənə danışdıqlarını xatırladığım üçün razılaşdım.
«Kürdəmir rayon polis şöbəsinin əməliyyatçısı Aqil Kərimovun nəyi necə axtardığını anlayandan sonra nazir Ramil Usubova rəsmi müraciət etdim və qara günlərim də bundan sonra başladı…»
Bundan 10 gün sonra Aqil Kərimov yenidən məni görmək istədiyini bildirdi, mən yenə onun görüşünə getdim. Aqil Kərimov məni maşınına dəvət etdi və mən oturan kimi «Rəis qoyunun birini istəyir» dedi. Mən onları heç bir iş görmədiyini Aqilə xatirlatdım, amma polis "Mənə heç olmasa bir hinduşka da olsa ver" deyərək əl çəkmirdi. Mən bunu telefona qeyd etdim. Aqil Kərimovdan qoyunlar sayılarkən tərtib etdiyi aktı istədim o, isə «Orada nə akt olub, nə də şahid» deyərək cavab verdi. Mən Kürdəmir rayon prlis şöbəsinin əməliyyatçısı Aqil Kərimovun nəyi necə axtardığını anlayandan sonra nazir Ramil Usubova rəsmi müraciət etmək qərarına gəldim. Elə qara günlərim də bundan sonra başladı.
«Kürdəmir RPŞ-nin rəis müavini Mehman Novruzovun 03.09.2014 tarixdə polis şöbəsində oğrunu müdafiə etdiyini görəndə nazir Ramil Usubovun əziyyətinə heyifim gəldi…»
01 sentyabr 2014-cü ildə poçtla nazirliyə göndərdiyim ərizəmə görə Kürdəmir rayon polis şöbəsinin rəis müavini Mehman Novruzov məni 03.09.2014 tarixdə polis şöbəsinə dəvət etdi. Qoyunlarımı oğurlamış şəxsi Mehmanın otağında görəndə Akifin «Polislərə çoxlu rüşvət vermişəm» deməyin xatırlayaraq ruhdan düşdüm. Rəis müavini Mehman Novruzov əvvəl Akifin jest olaraq mənə 10- 15 qoyun vermək istədiyini, guya ki, mənə yazığı gəldiyini, yoldaşlıq etdiyini və qoyunlarını caqqalların yeyərək zərərə düşdüyünü qoyun oğrusu Akifin adından danışmağa başladı və əlavə olaraq öz adından mənə əgər şikayətimi geri götürsəm, nə vaxtsa işim düşərsə o da mənim xahişimi yerinə yetirəcəyinə söz verdi. Bu zaman onun oğrunu müdafiə etdiyini görəndə nazir R.Usubovun min bir əziyyətinə heyifim gəldi… Mən rəis müavininə polisə dilənməyə deyil, oğurlanmış qoyunlarımın tapılması üçün dövlətimə sığındığıma görə gəldiyimi xatırlatdıqda, bazarlığının baş tutmadığını görərək birdən birə 180 dərəcə dəyişdi. Rəis müavini Mehman Novruzov mənim namaz qıldığım əhli sünnə məscidinin "vahabilərin" təsiri altında olduğunu, mənim də saqqallılarla bir sırada namaz qıldığım üçün onlardan biri olduğumu və ümumiyyətlə, əhli sünnənin yalançı olduğunu, onlara nifrət etdiyini və sair təhqiramiz sözləri yüksək səslə deməyə başladı. Mən belə bir talerant ölkədə yaşadığımızı, dinimizi rahat yaşamağımız üçün hər bir şərait yaratmış prezidentimizin məni əhli sünnə namazı qıldığım üçün yalançı saymadığına inandığımı və din ayrı seçkiliyi salan adamların ölkə bütövlüyümüzün düşməni olduğunu və qonşu ölkələrin xüsusi xidmət orqanlarına işləyəndən başqası olmadığını və s. bildirdim. Onun bütün bu saydıqlarının mənim qoyunlarımın oğurlanmasına və mənim polisdə olma səbəbimə heç bir dəxli olmadığını ona bildirmək istəsəm də mənim sözlərimi kəsərək oğrunun yanında səni "basaram içəri" deyərək məni təhqir etməyinə davam etdi. Sonra təhqiqatçı Aqil Əhmədovu çağıraraq bizdən izahat almağı ona tapşırdı. Mən Aqil Əhmədovu görəndə təhqiqatı onun aparacağına sevindim, çünki Akiflə mənim qoyunlarımı ayırmağa gəlmiş polislərdən biri də o olmuşdu. Nə qədər insafsız olsa da şahidi olduğu mənzərə, orada sahə rəisi Aqil Kərimovun Akif Adıgözəlova verdiyi suallar və özünü itirmiş Akifin verdiyi dolaşıq və şübhəli cavablar Aqil Əhmədovun və mənim gözümüz qarşısındaydı.
«10 sentyabr 2015-ci ildə təhiqatın qərarını alanda başımdan tüstü çıxdı…»
Məndən izahat alarkən də təhqiqatçı Aqil Kərimov mənə «Narahat olma, mən əlimdən gələni edəcəm ki, sən qoyunlarını ondan alasan» deyərək məni sakitləşdirməyə çalışdı. Polis şöbəsindən çıxan Akif məndən əvvəl valideyinlərimin yanına gedib Mehman Novruzovun məni necə təhqir etdiyini və polislərin məni tezliklə hansısa bəhanəylə tutacaqlarını və başqa öz şəxsi iyrənc fikirlərini qoca ata- anama catdırmışdı. 10 sentyabr 2015-ci ildə təhiqatın qərarını aldım. Başımdan tüstü çıxdı… Qərarda yazılmışdı ki, Mustalıyev Bayram adlı bir şəxs deyir ki, Yusifin qoyunları əskik deyildir. Mənim artıq 3 ildir ki, tanıdığım, nə danışmağı, nə də yazmağı bilməyən bu adamın izahatında qoyunlarımızı ayırarakən orada iştirak etdiyini və mənim qoyunlarımın sayının düz olduğunu iddia etməsi gülməli idi…
Təhqiqatçı Aqil Kərimov: «Mən rəis Oqtay Məmmədovun, prokurorun muavini Eynulla müəllimin istəmədiyi qərarı verə bilmərəm»
Mən bu gülməli (11 iştirakçıdan yox, orada olmayan anlaqsız adamdan alınan izahatla çıxan) qərarı alar- almaz, polisə qaçdim və təhqiqatçı Aqil Kərimovu tapıb «Bu nə deməkdir, sən ki, orada olmusan, mübahisələri, əskikliyi gözlərinlə görmüsən, məgər Bayram orada olub? Bayram danışa bilir???» deyə suallar verdim. O isə səmimi olaraq «Sənin məsələn yuxarıda həll olunub, mən rəisim Oqtay Məmmədovun, prokurorun muavininin istəmədiyi qərarı verə bilmərəm. Bilirsən ki, Prokurorun müavini Eynulla müəllim birbaşa təhqiqata nəzarət edir…». Mən Aqil Əhmədovdan son olaraq "Bəs vicdanına nə dedin, nazir Ramil Usubovun etimadına nə deyirsən?» deyə soruşanda isə o, pensiyaya çıxmağıma 3- 4 il qalıb yəqin vicdanım məni başa düşər deyə cavab verdi. Bir neçə gün sonra Akifin dayısı oğlu Teymur mənə dedi ki, Akif qohumlarına danışırmış ki, polisə və prokurorluğa 2 min manat xərcim çıxdı. Mən qoyunlarımın tapılması üçün məcbur olub DİN-nin elektron ünvanına şikayət məktubları yazmağa başladım. Məni təhqir etdiyi üçün rəis müavini Mehman Novruzov barədə isə Prezidentə, Respublikanın Baş Prokurorluğuna, DİN-nə, OMBUDSMAN-a, MTN-nə yazdım. Cənab Nazirimiz Ramil Usubovu 20-30 dəfə narahat edəndən sonra nəhayət ki, məni Kürdəmir rayon Polis Şöbəsinin rəisi Oqtay Məmmədovun qəbul etmək istədiyini dedilər. Mən polis şöbəsinə gəldim, növbətçi məni rəis müavini Mehman Novruzovun otağına apardı. Müavin mənə rəisin məşğul olduğunu və onun ismarıcını mənə çatdırmaq üçün ona tapşırdığını bildirdi və mən əyləşdim. Mehman Novruzov mənə əvvəl Cənab Nazirimizin ölkəmizdə siyasi xadimlərdən biri olduğunu və belə kiçik məsələlər barədə onu narahat etməyə dəymədiyini bildirdi. Sonra şikayətlərimin boş şey olduğunu, yəni onsuz da o məktublar baxılması üçün yenidən Kürdəmir rayon Polis Şöbəsinə göndəriləcəyini və onların da eyni cavabı mənə yazacaqlarını bildirərək vaxtımı və teleqramlara xərclədiyim pulumu boş yerə sərf etdiyimi xatırlatdı. Sonda isə özünə məxsus gözəl bir formada mənə nota verdi: «Nədənsə, siz sələflərin evindən silah çıxanda hamı polisə inanır…». Mən bu qəbulla bağlı yenə Cənab nazir Ramil Usubova şikayət ərizəsi yazdım. 14.11.2014-cü il tarixdə məni DİN-nin Baş Cinayət Axtarış İdarəsindən Məmməd adlı şəxs qəbul etdi. Məmməd mən içəri girən kimi "A bala, niyə gedib məhkəməyə müraciət etmirsən?" deyə sual verdi. Mən salamsız kalamsız aldığım bu suala "Sizin rayonlardakı əməkdaşlarınızın qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri barədə sizə şikayət etməyəcəyiksə, bu böyüklükdə nazirlik və buradakılar nəyə və kimə lazımdır?" deyərək sualla cavab verdim.
«DİN-nin Daxili Təhqiqat İdarəsindən Nizaməddin müəllimin gəldi, məndən soruşdu ki, «Oğrunu öz gözlərinlə görübsənmi?»
Məmməd (Mamed deyə çağırırdılar) müəllim mənim arxamda dayanmış əməkdaşına məni çıxarmağı əli ilə işarə etdi. Hərəmizin 1 cümlə danışdığımız bu qəbuldan sonra mənim gücüm yenə cənab nazir Ramil Usubova üz tutmağa və kağız qələmə, cavabsız qalan məktublara çatdı. Ötən ilin noyabrın axırlarında məni Kürdəmir rayon Polis Şöbəsinə dəvət edərək DİN-nin Daxili Təhqiqat İdarəsindən Nizaməddin müəllimin gəldiyini dedilər. Məni qoyun oğurluğu ilə əlaqədar sual cavab edən Nizaməddin müəllim məndən, ancaq oğrunu öz gözlərimlə görüb-görmədiyimi soruşurdu…
«Mən rəis müavininin mənə bazarlıq təklifini, oğrunun yanında məni təhqir etməsini, polisin məndən rüşvət istəməsi faktını təsdiq edən səs yazısını fleşkada DİN-dən ona təqdim etdim…»
Mən bu mənasız suallara etiraz etdikdə isə o, «Mənim işim oğurluq deyil, polislərin hərəkətləridir», deyə cavab verdi. Mən də ona rəis müavininin mənə bazarlıq təklifini, oğrunun yanında məni təhqir etməsini, polisin məndən rüşvət istəməsi faktını təsdiq edən səs yazısını fleşkada ona təqdim etdim… Qoyun sayılanda orada iştirak etmiş polislərin adlarını ona deyərək orada tərtib olunmuş aktın gizlədilmə səbəbini soruşdum, amma cavab ala bilmədim. Tək Kürdəmir polisləri deyil, hətta 102 xidməti də mənim şikayətlərimi artıq qeydə almirdi. 02.12.2014-cü il tarixdə yaşadığım evə gedərkən Beyi kənd sakini Sahib Alcanov qarşımı kəsib Heydər Əliyev prospektində məni sürüməyə başladı. Mənə məxsus həyətyanı sahəyə çəpər çəkmək istədiyini bildirən Alcanov əgər ona mane olaramsa, məni döyərək öldürəcəyini bildirdi. Mən saat 14:00 radələrində DİN-nin 102 xidmətinə zəng vurdum, onlar mənə əgər polis şöbəsinə gedib ərizə verməsəm şikayətimin əsassız sayılacağını bidirdilər. Mən 14:30-da polis şöbəsində oldum və ərizəmi növbədə olan təhqiqatçıya təqdim etdim. 11 aydır ki, nə ərizəmi nə də DİN-nin 102 xidmətinə verdiyim məlumatı tapa bilmirəm. Mən DİN-nə şikayət yazdıqca Kürdəmir polis rəisinin müavini olan, DİN-nin keçmiş cinayətkar əməkdaşı Hacı Məmmədovun gündəliyini özünə stolüstü kitab etmiş "balaca Hacı" ləqəbi ilə tanınan Mehman Novruzovun mənim haqqımda olan planları getdikcə daha iyrənc bir hal almağa başlayırdı. 2014-cü ilin dekabırın 19-da mənim çöl otlaq sahəsində 2 baş inəyimi ov tüfəngi ilə vurub öldürdülər.
«"Balaca Hacının" dəstəsi 05.01.2015-ci ildə mənə elə həmin sahədə hücum etdi…»
Polisə zəng vurdum, dedi həkim rəyi al… Həkim dedi ki, sabah gələrəm, səhər də gedib gördük caqqal bir hissəsin yeyib. Nəticədə rəy ala bilmədim, inəklər getdi... "Balaca Hacının" dəstəsi 05.01.2015-ci ildə mənə elə həmin sahədə hücum etdi. Müqavimət göstərməyim deyə ağzıma ov tüfənginin lüləsini dirəyərək məni boğan bu üç nəfərdən ibarət silahlı dəstə mən özümdən gedənə qədər məni boğub sonra hərəkətsiz qaldığımı gördükdə isə öldüyümə əmin olub meyidimi döyməyə başlayıblar. Mən özümə gələndə ağız-burnumun qan içərisində olduğun gördüm və dərhal 102 xidmətinə zəng vurdum, hadisə yerınə gəlmiş polislər mənim halımı görüb dəhşətə gəlmişdilər. Təəssüf olunmalı hal odur ki, mənə yardım etmiş polis Orxan Ağayev səhəri gün məni ekspertə apararaq yüngül xəsarət diaqnozu qoydu və «Məhkəməyə müraciət edin» deyən bir təhqiqat qərarı qəbul etdi. DİN-nin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini, palkovnik Fərzəliyevə, həmin idarənin daha 2 nəfər üzdən tanıdığım əməkdaşına, İstintaq İdarəsinin rəis müavini Teymura, Təhqiqar İdarəsinin rəis müavini Vuqara, Kürdəmir rayon polis şöbəsinin rəisi Oqtay Məmmədova, bu yaxında dünyasın dəyişmiş CAB- nin rəisi Qafura, CAB-nin ənəkdaşı Namiqə, təhqiqatçı Orxana şəxsən adlarını və atalarının adlarını dediyim bu adamları polis "guya ki" hələ də axtarır. Polis sistemində adlarını şəxsən bircə Ramil Usubova demədiyim bu şəxslər isə öz kəndlərində və ətraf fermalarda "qoçuluqlarını" davam edir və hər yerdə məni misal cəkərək «Bizdən aralı dur, yoxsa səni də Yusifin halına salarıq» deyirlər. Özlərinin dediyinə görə Mehmana arxayın olan Rəşad- Eltən- Ülfət üçlüyünü aşkar etməyim bəs eləməyib, gücüm çatsaydı aparıb polisə özüm təslim edərdim.
«Təhqiqatçı aldadaraq məndən nazir Ramil Usubovun adına təşəkkür məktubu da aldı…»
24.02.2015-ci il tarixdə məni DİN-nin Təhqiqat İdarəsinin rəis müavini Vüqar qəbul etdi, Cənab Nazirin adından mənə şikayətlərimə yenidən baxılacağına və obyektiv qərar qəbul ediləcəyinə söz verdi. Aldadaraq məndən nazir Ramil Usubova təşəkkür məktubu alan Vuqara onun sözünün 3 gün çəkmədən qüvvədən düşdüyünü demək üçün yenidən qəbuluna girmək istəsəm də o məni qəbul etmədi. Cənab Nazir! Hörmətli redaksiya! Kürdəmir polisi o qədər mənə qarşı çalışırdı ki, 29.04.2015 tarixdə İmamalı Alcanovun əlində aşkar etdiyim saxta sənəd barəsində onlara yazdığım şikayət ərizəm heç təhqiqata çatmamış, araşdırılma aparılmamış elə növbətçi hissədən mənə cavab yazdılar ki, məhkəməyə müraciət edin. Kürdəmir rayon Polis Şöbəsi mənim adımı görən kimi oxumadan araşdırmadan kompüterində olan hazır şablon bir cümləni "məhkəməyə müraciət edə bilərsiz" cümləsini çapa verib göndərir ünvanıma. 25.05.2015-ildə qoyunlarımı sayanda 3 baş əskik olduğunu gördüm və yenidən DİN-nin 102 xidmətinə zəng vurdum və səhəri gün təhqiqatçı Aqil Əhmədova izahat verdim. Çoban qoyunlarımı təhvil götürərkən tərtib etdiyim akti isə təhqiqatın rəisi Rafiqə şəxsə təqdim etdim. İndi nə akt var, nə də qoyunlar. Rolis az qaldi ki, guya çobanı şərlədiyimə görə məni tutsun. Hansı ki, 2- 3 gün sonra çobanım Məhəmmədin oğlu və yeznəsi başqa- başqa yerlərdən oğurlayıb satdıqları qoyunlara görə həbs edildilər, amma mənim qərarım verilmişdi deyə o qoyunların içərisindən mənimkilər çıxmadı.
«DİN-nin Baş CAİ-dən palkovnik Fərzəliyev qəbul etdi, mənə «Artıq polisdən sənə bir fayda olmayacaq, ya prokurorluğa, ya da məhkəməyə get» dedi…»
Sonra qəbul üçün vurduğum teleqramlara görə iyun ayında məni DİN-nin Baş Cinayət Axtarış İdarəsindən palkovnik Fərzəliyev qəbul etdi. Olduqca səmimi danışan Fərzəliyev mənə «Artıq polisdən sənə bir fayda olmayacaq, ya prokurorluğa, ya da məhkəməyə getsən bəlkə nəsə alınar» deyə ümidimi üzmədi. Mən ondan soruşanda ki, niyə məktublarıma eyni şablon cavablar verilir, niyə nazirlik araşdırma aparmır, mən Nazirə yazıram, nazirlik Kürdəmirə göndərir, Kürdəmir də mənə yazır ki, məsələ araşdırılıb, razı deyilsənsə get məhkəməyə… Hörmətli cənab nazir Ramil Usubov! Bir məqamı xatırladım ki, cənab Prezident İlham Əliyevin min zəhmətlə qurub möhkəmlətməyə çalışdığı dövlətçilik, bu dövlətçiliyin təməlindən biri olan və Sizin böyük zəhmətinizlə nüfuz qazandırmağa səy göstərdiyiniz polisin adı və imici Kürdəmir rayon Polis Şöbəsinin rəhbər işçilərinin fəaliyyətsizliyi sayəsində gözdən salınır. Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbər işçilərinin barəsində ölkənin siyasi rəhbərliyinin qəbul etdiyi qərar alqışa layiqdir. Çünki bu dövlət hamımızındır, onu hamılıqla qorumalıyıq. Polis də elə. Polis təkcə polisdə çalışanların deyil, hər birimizindir!
«DİN-də məni dinləyən Fərzəliyev məni Respublika Prokurorluğuna müraciət etsəm hər şeyin yaxşı olacağına inandırırdı…»
Bəli, yəqinki görürsünüz ki, araşdirma obyektiv aparılmayıb. Oğru şəxsən mənim üzümə deyib ki, polisə pulumu vermişəm… Prokurorun müavini Eynulla müəllim mənim üzümə deyib ki, «Oğru deyir, Yusfin 31 yox, 32 qoyunu əskik idi…». Cənab nazir, üzərimə tüfəng çəkmiş, məni döymüş şəxslər rahat gəzir, Kürdəmirdə ərizələrimə baxılmır... Məni DİN-də tam dinləyən Fərzəliyev artıq mənim qərarımın verildiyini və mənim şikayətlərimin guya yalan olduğu barədə lazımı şəxslərə məruzə olunduğunu və mənim məktublarımın onlara heç vaxt çatmayacağını mənə izah edərək məni Respublika Prokurorluğuna müraciət etsəm hər şeyin yaxşı olacağına inandırırdı. Təsəvvür edirsinizmi, belə rəhbər işçilər DİN-nin, nazir kimi Sizin, polisin… nüfuzunu necə «qoruyur»! İdarənin əməkdaşları nazirlikdən çıxarkən məni başa salmağa çalışırdılar ki, prokurorluğa yazacağım ərizədə araşdırmanın yalnız prokurorluqda aparılmasını istədiyimi qeyd edim ki, onların da qulağı dincəlsin. Cənab Nazir, Sizin qəbulunuza girmək istəyim bu dəfə məni İstintaq İdarəsində rəis müavini Teymur müəllimlə görüşdürdü. Fərzəliyevdən fərqli olaraq Kürdəmir polislərinin bu hərəkətlərini özbaşnalıq sayan Teymur müəllim işi istintaqa götürərək araşdıracağın söz verdi. Bir həftə sonra Kürdəmir rayon polis şöbəsinin rəisi Oqtay Məmmədov mənə yenə də dəyişməz cavabını göndərdi. Etdiklərindən az qala utanan Kürdəmir rayon polis şöbəsinin rəisi Oqtay Məmmədovun, nəhayət, yadına düşdüm ki, çağırıb soruşsun, sənə nə olub, nə istəyirsən? 29.07.2015- ci il tarixdə baş tutan "böyuk buluşmada" polis rəisi Oqtay Məmmədov mənim bütün şikayətlərimi dinlədi, hətta qovluqları otağına gətizdirdi.
«Şikayətlərimlə birbaşa əlaqədar olan işçiləri: rüşvət istəyəni, təhqiqatçıları, axtarışın işçilərini otağına yığan rəis bəzilərini söyüb-danladı, bəzilərinə son xəbərdarlıq etdi…»
Mənə 2 saatdan çox vaxt ayıran rəisin polis sistemində ən yaxşı insan olduğuna inanmağa başladım… Şikayətlərimlə birbaşa əlaqədar olan işçiləri: rüşvət istəyəni, təhqiqatçıları, axtarışın işçilərini otağına yığan bu "gözəl insan" bəzilərini söyüb-danladı, bəzilərinə son xəbərdarlıq, bəzilərinə isə tapşırıqlar verərək vətəndaşlarla belə rəftar etmək olmaz deyə onların dərsini verdi. Sonda mənə onların yanında «Səhər gəl bu məsələlərə yenidən baxılması üçün ərizə ver yenidən araşdirma başlansın və mən şəxsən nəzarət edəcəm» deyərək məni yola saldı.
«Nəhayət, başa düşdüm ki, Kürdəmirin polis rəisi Oqtay Məmmədovun hərəkətləri "Vətəndaş qəbul edildi" adlı teatr səhnəsindən bir parça imiş»
Səhəri gün polis şöbəsinə gəldim, növbətçi polis nəfəri təhqiqatçı Aqil Əhmədova zəng vurdu ki, Yusif gəlib. O da "denən vızqırtsın" deyə cavab verdi. Sonra mən axtarışın rəisinin əl telefonuna zəng vurdum, o da mənə səliqəli formada «Get başını sal aşağı qalan qoyunlarından muğayat ol!» dedi. Mən, nəhayət, başa düşdüm ki, dünən rəis Oqtay Məmmədovun hərəkətləri "Vətəndaş qəbul edildi" adlı teatr səhnəsindən bir parça imiş. Cənab nazir, artıq mənim üçün qoyunumun oğurlanması, təhqir olunmağım, döyülməyim, hətta öldürülməyim, evimin altında tank və ya peka- pulamyot gizlətmiş olmağım mənə adi gəlir. Nə deyim, sonda bu «teatrın» yumorla bitməsi üçün deyim ki, çox sağ olsun Kürdəmir rayon Polis Şöbəsinin rəhbərliyi və əmkdaşları ki, mənim belə soyuqqanlı yetişməyimə kömək edir… Bundan betəri də ola bilərdi… Mən hər şeyə hazır olmalıyam axı… (Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|