Mandat uğrunda davaya kimlər və necə qatılıb?... - Sabiqlər hərəkətdə...
Tarix: 18-08-2015, 10:28 | Çap et
 Bu ilin payızında keçiriləcək parlament seçkilərində bəzi sabiq deputatların və keçmiş məmurların da iştirakı gözlənilir. Onlar bu istəklərini hələlik açıq şəkildə biruzə vermirlər. Bunun da səbəbi həmin keçmiş millət vəkillərinin seçkidə iştirak üçün “yuxarılar”dan hələlik heç bir razılıq ala bilməmələridir. Bunu son günlərdə bəzi sabiqlərin mətbuata verdiyi açıqlamalar da təsdiqləyir. Maraqlıdır ki, həmin açıqlamalarda sabiqlərdən heç biri özlərinin deputatlıq arzusunu birmənalı şəkildə inkar etmir, daha çox, mücərrəd, ümumi sözlərlə kifayətlənirlər. Bu da onların deputatlıq istəklərinin olduğunu dolayı yolla təsdiqləyir. Məsələn, dünən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, sabiq millət vəkili Nizami Xudiyev deyib ki, “Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi verib-verməmək haqqında hələ ki bir qərara gəlməmişəm. Qərara gələn kimi özüm bu haqda məlumat verəcəyəm. İndi isə heç nə deyə bilmərəm”. O bu barədə danışmağın çox tez olduğunu vurğulayıb: “Mənim deputatlığa namizəd olub-olmamağımın mətbuatda işıqlandırılmasını məqsədə uyğun hesab etmirəm. Hələ vaxta var. Hər şeyi zaman göstərəcək”. Xatırladaq ki, Nizami Xudiyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub. 1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olmuş Əli Nağıyev isə bir neçə gün əvvəlki açıqlamasında bildirib ki, “Bu ilki parlament seçkilərinə qatılmağı qarşıma məqsəd qoymamışam. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm”. Əli Nağıyev mövzuya dair digər suallara cavab vermək fikrində olmadığını deyib: “Düşünürəm ki, dediklərim kifayətdir. Əlavə nəsə danışmaq fikrim yoxdur”. 1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun da builki parlament seçkilərində mandat qazanmaq istədiyinə dair iddialar var. Ələkbərov son illərdəki müsahibələrində yenidən vəzifədə çalışmaq arzusunu gizlətməyib. Amma onun bu gözləntiləri hələ ki, puç çıxmaqdadır. Bu ilin mayında Ələkbərov müsahibə verərək maliyyə naziri postundan uzaqlaşdırıldıqdan sonra ona müxtəlif vəzifə təklifləri olduğunu deyib: “Mənə müxtəlif vəzifələr təklif olundu. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri, istədiyim hər hansı bir nazirlikdə nazir müavini olmağım üçün təkliflər gəldi. Bundan əlavə, Ukraynada səfir olmağım üçün də təklif gəldi. Siyahını genişləndirə də bilərəm. Məsələn, məni Prezident Administrasiyasında aqrar siyasət şöbəsinin müdiri də qoymaq istəyirdilər. Mən bu şöbənin müdiri olmağa razılıq verdim. Çünki həm cənab prezidentin komandasında bu siyasəti davam etdirmək imkanım olacaqdı, həm də kənd təsərrüfatının problemləri mənə məlum idi. Ancaq bu da reallaşmadı”. İddialar bu yöndədir ki, vəzifə gözləntiləri davam edən Əvəz Ələkbərovu indi daha çox payızda keçiriləcək parlament seçkilərində mandat qazanmaq düşündürür. Amma bunun üçün ona hakim dairələrdən “yaşıl işıq” yandırılması lazımdır. Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da adı Milli Məclis üzvlüyünə iddia edənlər sırasında çəkilir. Hazırda YAP-ın Yasamal rayon təşkilatının sədri olan Əhmədov elə bu rayondan da millət vəkilliyinə namizəd olmaq istəyir. Ancaq sabiq “metro şefi”nin bu arzusuna “hə” dheyilib-deyilməyəcəyini zaman göstərəcək. 2015-ci ildə parlamentə düşmək eşqində olanlardan biri sabiq Maliyyə naziri Fikrət Yusifovdur. Rusiyayönümlü fiqur kimi bilinən Yusifov ilin əvvəllərində Azərbaycana qayıdıb və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzi təsis edib. O, mətbuatda xeyli aktivdir, müxcalifəti sərt tənqid edən açıqlamalar verir, məqalələr yazır və bununla görünür, öz yaxın keçmişini unutdurmaq, yenidən hökumətin etimadını qazanmaq və parlamentə düşməsinə “yaşıl işıq” yandırılmasına çalışır. Digər sabiq məmurlardan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun, sabiq təhsil naziri Misir Mərdanovun, “Azəriqaz”ın keçmiş rəhbəri Əlixan Məlikovun, “Azərsu”nun sabiq sədri Nizaməddin Rzayevin və bir neçə eks məmurun adlarının parlament seçkiləri ərəfəsində Milli Məclisə iddialı olaraq tez-tez gündəmə gəlməsi istisna olunmur. Keçmiş məmurların millət vəkili mandatı əldə edərək öz siyasi karyeralarını bərpa etmək cəhdləri nə qədər realdır? Onlardan hansıların üzünə bəxt güləcək? Bu suallara cavab vermək hələlik çox çətindir. Odur ki, həmin sualların cavabını əlahəzrət zamanın ixtiyarına buraxaq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
|