Bu parlament seçkisində nəzərə alınacaq mühüm faktor... - Kimlər mandatsız qalacaq...
Tarix: 13-08-2015, 10:21 | Çap et
 Azərbaycanda bəzi deputatlar eyni zamanda bir neçə vəzifəni icra edir. Qanunvericilik təşəbbüsü ilə çıxış etməli, seçicilərinin problemlərinə diqqət ayırmalı olan deputatın bu vəzifələrinin öhdəsindən gəlmədiyi halda əlavə vəzifələr tutması heç anlaşılan da deyil. Əksəriyyət əmindir ki, millət vəkillərinin bir neçə vəzifə tutmaqla ortaya keyfiyyətli iş qoya biləcəyinə inanmaq olmaz. Məsələn, xeyli əvvəl saytlardan biri deputat rektorların universitetdəki fəaliyyətini, tələbələrin onlarla görüşmək imkanlarını araşdırarkən ortaya maraqlı nəticə qoymuşdu. Adının çəkilməsini istəməyən tələbələrdən biri demişdi: “Bunun üçün əvvəlcə gərək prorektorun köməkçisi ilə görüşəsən, əgər onun razılığı olsa, prorektorun özü ilə görüşürsən. Ən zəruri hallarda isə rektorla görüşə bilərsən. Onun üçün də gərək bir ay əvvəl qəbula düşəsən”. Belə faktlar yüzlərlədir. Seçici deputatını axtaranda çox vaxt parlamentlə iş yeri arasında əsir-yesir qalır. Məsələnin hüquqi tərəfi də var. Belə ki, konstitusiyanın konkret müddəalarına əsasən deputatın bəzi vəzifələr tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Anna Yasanın 89-cu maddəsində, MM deputatlığından məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi bölümündə deyilir: MM deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir: dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)”. Azərbaycanda deputatların başqa vəzifələr də tutmasının bir neçə tipik örnəyinə diqqət salaq: YAP-çı deputat Səməd Seyidov həm də 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur. Bitərəf millət vəkili Rəfael Hüseynov isə 1993-cü ildən AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. Deputat Nizami Cəfərov Beynəlxalq Atatürk Mərkəzinin rəhbəri, Yaqub Mahmudov isə 2004-cü ildən AMEA Tarix İnstitutunun direktorudur. Başqa bir bitərəf deputat Novruzəli Aslanov isə 2003-cü ildən Qızıl Aypara Cəmiyyətinin prezidentidir. Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru postunu da tutur. Göründüyü kimi, deputatların bəziləri qanuna məhəl qoymayıb bizneslə məşğul olur və ya dövlət vəzifəsi daşıyır. Bir müddət əvvəl millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov başqa vəzifə daşıyan, yaxud biznes fəaliyyəti ilə məşğul olan deputatların vəzifələrindən azad edilmələrinin vacibliyini vurğulayıb: "Onlar ya mandatı təhvil verməlidirlər, ya da ki, vəzifədən getməlidirlər. Aidiyyəti qurumlar bununla bağlı lazımi tədbir görməlidir. Bunu ölkə Konstitusiyası, seçki qanunvericiliyi tələb edir. Mən məsələni çox aydın şəkildə qoymuşam. Sözügedən deputatlar qeyri-qanuni mandat alıblar". Əldə etdiyimiz məlumata görə, Milli Məclisdə təmsil olunan şəxslərin başqa vəzifə tutması, yaxud biznes fəaliyyəti ilə məşğul olması məsələsi artıq yüksək dairələrdə də müzakirə mövzusudur. Orada da hesab edirlər ki, istər KİV-in, istərsə də ictimaiyyətin bu məsələdə narazılıqları haqlıdır. Ona görə də qarşıdan gələn parlament seçkilərində mandat sahibi olmaq istəyənlər seçim qarşısında qalacaqlar. Onlar ya millət vəkilliyini, ya da digər vəzifələrini, yaxud bizneslərini seçməli olacaqlar. Yüksək siyasi dairələrdə hesab edirlər ki, belə bir addımın atılması iki baxımdan önəmlidir. Birinci, Milli Məclis KİV-də və ictimai rəydə davamlı şəkildə müzakirə olunan çox ciddi bir qınaqdan qurtulacaq. Bu həm də ali qanunverici orqanın imicinin cəmiyyətdə yaxşılaşması istiqamətində önəmli addıma çevriləcək. İkinci, millət vəkillərinin öz seçiciləri ilə təmas imkanı artacaq. Onlar vətəndaşların problemlərinin həlli istiqamətində çalışmaq üçün daha çox vaxt qazanacaqlar ki, bu da ölkədə sosial-iqtisadi gərginliyin artdığı bir vaxtda hakimiyyət üçün insanların narazılıqlarını yumşaltmaq, kontrol altında saxlamaq üçün yeni fürsət rolu oynayacaq. Bir sözlə, payızda keçirilməsi proqnozlaşdırılan seçkilər başqa vəzifə, yaxud vəzifələr daşıyan, eyni zamanda biznes fəaliyyəti olan millət vəkilləri üçün hasan olmayacaq. Onların vəzifələri, yaxud biznesləri ilə mandatları arasında seçim etmək məcburiyyəti qarşısında qalacaqları ehtimalı kifayət qədər yüksəkdir. Bu ehtimalın nə qədər real olub-olmadığını isə yəqin ki, qarşıdakı həftələr bizə tam dəqiqliyi ilə göstərəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
|