“İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                 

Balakən gömrüyündə hər bəhanə ilə pul yığırlar... - ŞİKAYƏT VAR
Tarix: 3-08-2015, 09:47 | Çap et
Balakən gömrüyündə hər bəhanə ilə pul yığırlar...
Daimi oxucularımız bilir ki, bizlər haqq tərəfdarı olaraq, redaksiyamıza hansısa qurum barədə ünvanlanmış şikayət və məlumatları hər dəfə işıqlandırmağa və gündəmə gətirməyə çalışırıq ki, ən azından şikayətçilərə problemlərinin həllində yardımçı olaq. Həmçinin hansısa qurumda edilən qanunsuzluqlara son qoyulsun. Elə bu gün redaksiyamıza şikayət məktubu ünvanlanıb ki, həmin şikayəti də dərc etməyi özümüzə borc bildik.

İlk olaraq qeyd edim ki, redaksiyamıza daxil olan şikayət Elşad Həmidov tərəfindən ünvanlanıb. Şikayətçi məktubunda qeyd edir ki, 18 İyul 2015-ci il tarixində biz üç yaxın dost yəni mən Həmidov Elşad Cavanşir oğlu, Həmzəyev Səbuhi və Hacıyev Oqtay Kamil oğlu Gürcüstanın Lagodexi sərhəd keçid məntəqəsindən Azərbaycana Balakən sərhəd keçid məntəqəsinə minik avtomobili ilə daxil olduq. Gürcüstan keçid məntəqəsində təxminən 2 dəqiqə ərzində yoxlanılmaqla Respublikamızın sərhəd keçidinə daxil olduq. Bu müddətdən sonra bizləri şoka salan hadisələr yaşadıq. Belə ki, Respublikamızın Balakən rayon sərhəd keçid məntəqəsində minik avtomobilimiz 5 saat qeyri-qanunsuz olaraq saxlanıldı. Avtomaşının sərhəd keçid məntəqəsindən buraxılmamasının səbəbi bizim Gürcüstan Respublikasından 380 lari (yəni 180 azn) və 200 lari (100 azn) dəyərində aldığımız velosipedlər olmuşdur. Əlbəttə ki, sürücünün minik avtomobilinin saxlanılması qeyri-qanuni bir əməldir. Biz bunun şahidi olduq və bütün baş verən özbaşınalıq halını tam detallı şəkildə videogörüntüyə aldıq. Videogörüntüdə Sərhəd Keçid məntəqəsinin dirnaqarası (növbə rəisi) "Mayoru" Sədi Sədilinin qeyri qanuni əməlləri danışıqları qeyd olunmuşdur. Yuxarıda adını qeyd etdiyim dövlət məmuru bizdən 115 azn tələb etdi və əlbəttəki bunun qeyri-qanunsuz olduğunu nəzərə alaraq öz etirazımızı bildirdik. Cavabında Dövlət məmuru: "burda belədir, 115 azn ödəyin özünüzə problem yaratmayın sakitcə keçin cavabını verdi". Biz bir anlıq özümüzü cinayətkar hesab etdik, halbuki, bu dırnaqarası Dövlət məmuru Azərbaycan Respublikası Nazirlər Kabinetinin В№ 305 Qərarından bixəbərdir. Qanuna əsasən, 2. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası - 2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. 2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar. 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra gömrük ərazisi) gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar. Şikayətçi qeyd edir ki, Balakən sərhəd keçid məntəqəsində olduğumuz zaman bir çox qanunsuzluqların şahidi olduq. Buna misal olaraq məndən 115 azn, mütəmadi olaraq bizə yaxınlaşan sərhəd keçid məntəqəsinin işçiləri, monopolistlərin bizi həmin məbləği verməyə razı salmaq, saatlarla insanların keçid məntəqəsində incidilməsi (yəni əsasız olaraq gözlədilməsi), bizə məmurların hədə-qorxu gəlməsi (burda elə oğlanlar deyib vermirik lakin sonda razılaşıb), saatlarla sürücülərin qapıda gözlədilməsi (halbuki, keçid məntəqəsində məmurların oturub siqaret çəkdiyinin şahidi olmuşuq), soruşduqda bizə cavab olaraq lazım gəldikdə çağıracağıq. Bizi o dərəcəyə gətirib çatdırdılar ki, biz aldığımız velosipedlərin burada saxlanma məntəqəsinə verilməsini istədik lakin bizə saxlanma məntəqəsi bağlıdır, səhərə qədər gözləməlisiniz cavabını verdilər. Bundan başqa bizdən istənilən məbləği verməmək üçün Gürcüstana geri dönüb digər keçid məntəqəsindən daxil olmağı istədik lakin, buna belə icazə verilmədi. Cibimizdən halal pulla aldığımız, əziyyət çəkib gətirdiyimiz əşyaları hansısa savadsız dövlət məmuruna görə sərhəd keçid məntəqəsindən keçirə bilmirik, sizcə bu acınacaqlı hal deyilmi? Kim bunlara bu səlahiyyəti verir? Nə üçün qanunlarımıza riayət olunmur? Bu şəxslər kimlərə güvənir? Başqa keçid məntəqələrini deyə bilmərəm, lakin Balakən sərhəd keçid məntəqəsində hadisələr çox acınacaqlıdır.

Məmurların insanlarla rəftarı tam etik qaydalara ziddir. Keçid məntəqəsində məmurlar insanların rahat gediş-gəlişini təmin etmək əvəzinə vətəndaşlara əziyyət verir, səbəbsiz gözlətdirir, qeyri-qanuni nəsə tələb edir, dayanacağa daxil olan hər bir avtomobilə elə hücüm çəkir ki, elə bil cinayətkar tutublar. Bizim avtomobilin sürücüsü Hacıyev Oqtay Kamil oğlu bu hadisənin şahidi olub, məmurlara "ay kişi dayanın nə edirsiz, nə baş verir? mən terrorist deyiləm, gəzməkdən gəlirəm" ifadəsini işlədib. Beş saat uzun gözləntidən sonra bizdən istənilən məbləğin verməyəcəyimizi başa düşərək bizə GMO (Gömrük mədaxil orderi) hazırladılar. Bu GMO tam əsassız, qeyri-qanuni, velosipedlərin qiyməti 220 azn qeyd edilmiş (əlimizdə malın satınalma qəbzləri oluğu halda), şişirdilmiş qiymətlər əks etdirən qanunsuz sənəd hazırlamışlar. Mən ödəyəcəyim məbləğin artıq hər hansı bir məmurun cibinə deyil, dövlət büdcəsinə keçəcəyini bildiyim üçün 90,48 azn məbləğin ödənilməsinə razılıq verdim. Razılıq verməmin səbəbi də, şənbə günü heç bir dövlət qurumlarının ( Gömrük Komitəsinin qaynar xətti, Korrupsiyaya dair mübarizə idarəsi, Prezident Aparatı, və digər güc strukturlarının) işləmədiyi üçün olmuşdur. Şikayətçi Elşad Həmidov yuxarıda qeyd olunan qanunsuzluqları nəzərə alaraq şikayətinə baxılmasını istəyir. O qeyd edir ki, haqlı olduğum sübuta yetirilərsə ödədiyim əlavə 90.48 azn məbləğin mənə geri verilməsində mənə köməklik edəsiniz. Həmçinin bilməyinizi istərdim ki, mən və dostlarım bütün güc strukturlarına bu özbaşınalıqla bağlı rəsmi məktub yazacağıq. İnanırıq ki, haqq və ədalət öz yerini tapacaq.
A.Səfərli








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru