Səlim Müslümovun işçisinin Yardımlıdan Yasamala əyri "transferi"... - İDDİALAR
Tarix: 9-07-2015, 09:00 | Çap et
 Qəzetimizin ötən saylarında biz dəfələrlə istər paytaxt Bakıda, istərsə də respublikamızın rayonlarında fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərindən (ƏSMM) bəzilərinin işində müşahidə olunan neqativ hallar barədə tənqidi materiallar dərc etmişik. Təəssüflər olsun ki, bu qurumlar vətəndaşların sosial durumlarının yaxşılaşmasına yardımçı olmaq funksiyalarını heç də həmişə layiqincə yerinə yetirmirlər.Elə bu səbəbdən də son zamanlar ƏSMM-lərin əksəriyyətində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları yenidən ölkə mətbuatında müzakirəyə çıxarılan aktual mövzulardan birinə çevrilmişdir. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda da ƏSMM-lərin bir çox rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. O cümlədən, paytaxtın Yasamal rayonunun sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında burada fəaliyyət göstərən ƏSMM-nin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmuşdur. İlk növbədə məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Şabanova bəzi məcburi tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Gülnarə Şabanovanın Yasamal ƏSMM-nin rəhbərliyinə gəlməsi xüsusunda mətbuata açıqlamanı təqdim edən mənbə iddia edir ki, bu xanım ilkin olaraq, qanunsuz yolla direktor müavini təyin edilib. Belə ki, o, əvvəlcə müqavilə ilə həmin vəzifəyə yerləşdirilib. Qanuna görə həmin vəzifəyə müsabiqə ya müsahibə elan olunmalı və qalib namizəd həmin vəzifəyə təyin olunmalıdır. Bunun əvəzində isə, Gülnarə Şabanova 2014-cü ilin oktyabr ayında respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və bu zaman onun heç bir rəqibi olmayıb. Sonra nazirlik tərəfindən Yasamal rayon ƏSM Mərkəzinə rəsmiləşdirilib. Daha sonra mənbə qeyd edib ki, Gülnarə Salahova mərkəzin xadiməsi Süleymanova Yazgülü öyrədib ƏƏSM Nazirliyinə şikayətə göndərməklə, keçmiş müdirin işdən çıxarılmasına nail olub: “Bundan sonra, özü direktor vəzifəsini icra etməyə başlayan kimi ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, Gülnarə Salahova daha çox rüşvət toplamaq üçün mərkəzdə ünvanlı sosial yardıma dəxli olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib...”Qeyd etməyə bilmərik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə güclü himayədarlarının olması fikrini ortaya qoyur. Belə çıxır ki, ƏSMM rəhbərlərnin də əldə etdikləri çirkli pullar hələ də onların müdafiələrini əsaslı şəkildə təmin edə bilir. Etiraf etmək lazımdır ki, bu gün Yasamal ƏSMM-nin direktoru Gülnarə Salahovanın timsalında nəzər saldığımız problem, əslində ölkə miqyasında təcili həllini gözləyir. Təəssüflər olsun ki, hələ də bir çox şəhər və rayonlarda bu sahədə görülən işlərdə ən azından böyük boşluqların və bəlkə məhz bu səbəbdən yer alan kobud qanun pozuntularının mövcudluğu müşahidə edilir.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Bu gün, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Bu gün, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Bu gün, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Bu gün, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
|