Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                 

Gəncədən təhsil naziri Mikayıl Cabbarova istefa dəvəti gəldi – Elmar Vəliyevi tərifləyənlər naziri hədəfə aldı - İLGİNC
Tarix: 16-08-2014, 11:50 | Çap et
Gəncədən təhsil naziri Mikayıl Cabbarova istefa dəvəti gəldi – Elmar Vəliyevi tərifləyənlər naziri hədəfə aldı
DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə təhsil naziri Mikayıl Cabbarovun arasında ciddi ədavət var. Bu faktı artıq Gəncədən DİA.AZ-a göndərilən və Gəncə ziyalıları adından imzalandığı iddia olunan yeni müraciətin mətnindən də duymaq olar.

Qeyd edək ki, müraciətin 50 nəfər tərəfindən imzalandığı iddia olunsa da, anonim olduğu faktdır. Lakin burada əsas maraqlı məqam, müraciətin məhz Gəncə şəhərinin rəhbərliyinin sifarişi ilə hazırladığının aşkar surətdə mətndən duyulmasıdır.

DİA.AZ olaraq təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Hörmətli cənab Nazir ,məlum olduğu kimi, Azərbaycan təhsili çox bərbad gündədir.Bu müraciəti imzalayanların içərisində professor da var, elmlər doktoru da var, dosent də var, orta məktəb direktoru da var .Biz- hamımız təhsildə ,elm sahəsində uzun müddət işləmiş adamlarıq.Lakin təqiblərə görə mətbuat işçilərindən anonimliyimizin qorunmasını xahiş edirik.

Bizə çox maraqlıdır ,necə ola bilər ki, Azərbaycan təhsili təhsildən çox-çox uzaq olan bir nazir və onun komandası tərəfindən idarə olunur.Müəllimlərin aldığı 150-200 manat maaş

onun heç bir tələbatını ödəmir, heç olmasa keçmiş nazir Misir Mərdanov bu barədə dəfələrlə öz çıxışlarında qeyd edirdi.Təhsil sistemini düzəltmək üçün, birinci növbədə müəllimlərin maaşlarının əsaslı şəkildə artırılmasına nail olmaq lazımdır.Bundan sonra pillə-pillə təhsilin digər problemlərinin həllinə nail olmaq olar.Hal-hazırda respublikamızın orta məktəblərində tədrisin səviyyəsi sıfır vəziyyətindədir .Universitetlərə qəbul olunan tələbələr repetitorların və xüsusi hazırlıq kurslarının zəhməti hesabınadır.Siz isə təhsilin səviyyəsini, keyfiyyətini qaldırmaq əvəzinə bu işdə səriştəniz olmadığına görə qanunlarımıza zidd, mənasız qaydalar icad edirsiniz:müəllimlərin and içdirilməsi, müəllimlərin qiymətləndirilməsi, dərs prosesinin uzadılması(əgər məktəblərdə dərs keçilmirsə, bu müddəti uzatmaq nə dərəcədə doğrudur?) Əgər qiymətləndirməkdirsə, ilk növbədə bir dövlət qulluqçusu kimi nazirlik aparatı işçilərinin fəaliyyəti qiymətləndirilməlidir. Bunu biz müəllimlər yox, Dövlət Qulluğu haqqında qanun belə tələb edir və yaxud da and içməkdirsə bir dövlət qulluqçusu kimi Təhsil Nazirliyinin aparat işçiləri and içsinlər.Bunu da Dövlət Qulluğu haqqında qanun tələb edir.Onlar isə and içə bilməzlər, çünki nazirliyin aparatına cəlb edilmiş işçilərin əksəriyyəti ya dövlət qulluğunda heç vaxt çalışmamış, ya da ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçməmiş adamlardır.

Siz vəzifəyə gələndən apardığınız kadr dəyişikliklərinə baxanda nazirlikdə işini bilən təcrübəli mütəxəssislərin təhsildən uzaqlaşdırıldığını görürük. Bu professional kadrların yerinə isə dövlət qulluğunda heç vaxt çalışmayan, heç bir təcrübəsi olmayan, təhsil sisteminə ümumiyyətlə bələd olmayan kadrlar Təhsil Nazirliyi aparatına gətirilmişdir. Gəlin, bunların bir neçəsini sadalayaq:

İlk növbədə, nazir müavini Ceyhun Bayramov. Ceyhun Bayramovun yaxından uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmamışdır. Bu kadr dəyişikliyi dövlətdən təhsilə ayrılmış vəsaiti asan yolla mənimsəmə məqsədi daşıyır. Çünki, Ceyhun Bayramov ölkənin baş xəzinədarı Azər Bayramovun qardaşıdır. Eyni zamanda Ceyhun Bayramov Gədəbəy rayonundandır ,Sizin sinif yoldaşınız və dostunuzdur.

Aparat rəhbəri postuna gətirilən Mətin Eynullayev də təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi olmamış şəxsdir. Ən böyük vəzifəsi İçəri Şəhər Qoruğunda aparat rəhbəri olmuşdur. Bu təşkilat da mərkəzi icra hakimiyyəti orqanlarına aid olmayan bir təşkilatdır. Eyni zamanda,Mətin Eynullayev də Sizin sinif yoldaşınız olmuşdur. Nazir köməkçisi vəzifəsinə təyin olunan Əlipaşa Zeynalov- tibb təhsili olan bir şəxsin bu vəzifəyə gətirilməsi heç ağlasığan iş deyil. Deyilənlərə görə, bu Əlipaşa kefi istəyəndə işə gəlir və işdə olduğu müddətdə saatlarla Sizin iş otağınızda olur.Əlipaşa Zeynalov hansı qabiliyyətinə görə Sizin üçün dəyərlidir ki, Bakı Dövlət Universitetinin rektoruna xidmət edə biləcək Toyota avolon markalı minik maşını onun xidməti istifadəsinə verilmişdir.

Nazir köməkçisi Anar Mahmudov İçərişəhər Qoruğunda köməkçiniz olmuş, eyni zamanda aparat rəhbəri Mətin Eynullayevin qaynıdır. Anar Mahmudovun vəzifəyə təyin edilməsində səriştəsizliklə yanaşı,qohumbazlıq prinsipi də əsas götürülmüşdür. Anar Mahmudovun xidməti istifadəsində də “Hunday Sonata” markalı bir minik maşını vardır ki, bu da onun tutduğu vəzifəyə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, Təhsil Nazirliyində nazir köməkçisi vəzifəsi heç bir mərkəzi icra hakimiyyətində analoqu olmayan bir vəzifədir,özü də nazirin bir yox, bir neçə köməkçisi vardır.

Sizin Təhsil Nazirliyinə cəlb etdiyiniz kadrlar ,əsasən, sinif yoldaşlarınız, tələbə yoldaşlarınız, keçmişdə çalışdığınız iş yoldaşlarınız, yaxın dostlarınız və onların qohumlarıdır. Siz kadr islahatı apararkən Dövlət Qulluğu haqqında qanunun bütün tələblərini pozursuz. Belə ki, mərkəzi icra hakimiyyəti orqanlarına işçilərin qəbulu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunan imtahan, müsahibə və müsabiqədən keçdikdən sonra təyin oluna bilər. Aparılan kadr islahatlarından biri də xalanız oğlu Elnur Əliyevin nazirliyə əvvəl nazir köməkçisi, sonradan isə nazirlikdə şöbə müdiri vəzifəsi tutmaqla yanaşi Bakı Şəhəri Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmasıdır. Respublikamızda hal-hazırda ölkə başçısının sərəncamları və fərmanları ilə ölkənin ən yaxşı müəllimi adına layiq görülmüş, yüzlərlə təhsil sahəsində fəxri adlara layiq görülmüş pedaqoqlar olduğu halda, İçəri Şəhər Qoruğunun "jek" müdrinin bu cür böyük bir məsuliyyətli vəzifəyə təyin olunması çox təəccüblüdür. Görəsən bu jek müdiri müəllimlərə və peşəkar pedaqoqlara hansı ağıllı məsləhətləri verəcək? Elnur Əliyevin atası Aydın Əliyev bir neçə il bundan əvvəl işində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təqdimatı əsasında Təhsil nazirinin əmrinə əsasən Gəncə Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunmuşdur. Siz isə pensiya yaşında olan Aydın Əliyevi Bakı Rabitə və Nəqliyyat Kollecinə direktor təyin etmisiz.

Nazirlikdə uzun illər baş məsləhətçi və hüquq sektorunun müdiri kimi çalışmış, həm də gənc kadr olan Elmir Həsənovun heç bir səbəb göstərilmədən vəzifəsi aşağı salınmış və onun əvəzinə təhsil qanunundan və qanunvericiliyindən xəbəri olmayan kadr gətirilmişdir.

Nazirliyin kadrlar şobəsinin rəisi Fərzəli Qədirovun vaxtı ilə keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən nazir müavini postuna namizədliyi bir neçə dəfə Prezident Administrasiyasına təqdim olunmuş və Prezident Administrasiyası tərəfindən dəstəklənməmişdir .Belə olduğu halda Fərzəli Qədirovun vəzifəsinin davam etdirməsi çox böyük suallar doğurur. İlk növbədə, qeyd etmək lazımdır ki, Fərzəli Qədirov təhsildə kadr siyasətini aparmasına baxmayaraq,özü təhsildə heç də sağlam kadr deyildir. Danışdığının mahiyyətini bilməyən, səhv də olsa, düz də olsa rəhbərinə bəli deyən bir çənə mütəxəssisidir. Sizin apardığıniz yarıtmaz kadr islahatlarından biri yerlipərəstlik ideyalarına sadiq qalaraq, əslən Gədəbəy rayonundan olan, Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə şəxsən Ulu Öndər tərəfindən orta məktəblər üçün nəşr olunmuş dərsliklərdə bağışlanmaz, çox ciddi və kobud səhvlərin aşkar olunması nəticəsində dərslik şobəsinin müdiri vəzifəsindən azad olunan Əsgər Quliyevin yenidən həmin şöbəyə şöbə müdirinin müavini vəzifəsinə gətirilməsidir. Bir neçə müddət bundan öncə, ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuş Yadigar Əliyevi şantaj, böhtanla hədələyən Yusif Yusifov həmin universitetə rektor vəzifəsinə təyin olunmağa nail olmuşdur. Əslində Yadigar Əliyev təyin olunmamışdan əvvəl Yusif Yusifov rektor vəzifəsinə keçməyə çox cəhd göstərmişdir. Onun korrupsioner və həmin universitetdə rüşvətxorluğun başında durduğunu nəzərə alaraq rektor vəzifəsinə keçməsinin qarşısı alınmışdır.Bildiyiniz kimi,Yusif Yusifov Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır. Cavanşir Yusifov Maliyyə naziri Samir Şərifov və nazir müavini Azər Bayramovun sağ əlidir. Təhsil nazirinin müavini Ceyhun Bayramov, maliyyə nazirinin müavini Azər Bayramovun

qardaşı olduğundan, bu dəfə məqsədlərinə nail ola bilmişlər. Gəncə Dövlət Universitetində şəffaflığın bərqərar olunmasını təmin etmək istəyən, korrupsiya və rüşvətxorluğun qarşının alınması üçün əməlli başlı iş başına keçən Yadigar Əliyev Sizin tərəfinizdən günbəgün qaralanaraq, işinə kölgə salınaraq, məcburi ərizəsi alınmış və Yusif Yusifov rektor təyin olunmuşdur. Burada Misir Mərdanovun atasına qəni-qəni rəhmət düşür. Misir Mərdanov şərtlər, nə olsada belə, nə Cavanşir Yusifovun qardaşı Yusif Yusifovun rektor təyin olunmasına və nə də ki, Elnur Əliyevin atası pensiyaçı Aydın Əliyevin kollecə direktor təyin olunmasına imkan verməzdi.Respublikanın bütün mətbuat orqanları Gəncə Dövlət Universitetindəki anarxiyadan, özbaşınalıqdan, demək olar ki, hər gün yazır, amma nədənsə, heç tükünüz də tərpənmir , rektor isə öz yaxın ətrafı ilə söhbət zamanı "Kim nə yazır yazsın.O reytinqi olmayan saytlarda gedən cızma-qaraları kimdir oxuyan?Buranın yiyəsı mənəm.Məni də cənab nazir müdafiə edir"ifadələrini işlədir. Sizin GDU-da daha bir kadrınız tərbiyə işləri üzrə prorektor təyin etdiyiniz Asif Cavadovdur. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər H.Əliyevin əleyhinə təbligat aparırdı.Həmin seçkilər vaxtı LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi.Maraqlıdır, Yusif Yusibov tərəfindən" Psixologiya" kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı(Asif Cavadovun həyat yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır ?Dünən Heydər Əliyevin əleyhdarı olan bu şəxslər indi iqtidar cəbhəsindədir.... İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər?Hal hazırda universitetdə çirkli pulların yığılmasına Asif Cavadov başçılıq edir.Çox hörmətli Prezidentimiz İlham Əliyev həmişə məmur özbaşınalığını qətiyyətlə pisləmişdir.Asif Cavadovun oğlu Amil Cavadov isə avtoşluq edərək Ağstafa rayonunda bir nəfəri maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək həbs olunmaqdan qurtarmışdır.Bu da məmur övladlarının daha bir özbaşınalığı.

Bizə və mətbuatdan məlumdur ki, Gəncədəki xüsusi nümayəndəniz Ceyhun Mirzə vasitəsilə, təzyiq edərək bəzi məktəb direktorlarına Gəncənin icra başçısı əleyhinə danos yazdırırsız.Biz Elmar Vəliyevi tərifləmək niyyətində deyilik. Elmar Vəliyev ən yaxşı icra başçılarından biridir. Sizə sual vermək istəyirik: Elmar Vəliyevin Gəncə şəhəri üçün elədiyi quruculuq, abadlıq. inkişafla bağlı işlərin yüzdən birini Siz bu respublika üçün etmisinizmi? Ona görə də Sizi Elmar Vəliyevlə müqayisə etmək mumkün deyil.

Hörmətli cənab nazir, Siz heç bir elmi dərəcəsi olmayan, təhsil sisteminin incəliklərinə bələd olmayan bir nazirsiz.Təhsil sisteminə bələdçiliyiniz olmadığından, bu sistemin onurğa sütununu bilmədiyinizdən təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlamaq Sizin üçün çətindir .Siz, möhtərəm Prezidentimizin sizə göstərdiyi böyük etimadı doğrulda bilmədiniz.Ona görə də Azərbaycan təhsili naminə, xalqımızın övladlarının parlaq gələcəyi naminə istefa verməyinizi xahiş edirik”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru