«Nurçu ovu» kampaniyası ARDNŞ-nin rəhbərliyinə keçdi? - Şirkətdə dəyişiklik xəbəri yayıldı - Gərginlik
Tarix: 19-03-2014, 11:12 |
Çap et
DİA.AZ: - Bu arada DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Verilən xəbərə görə Dövlət Neft Şirkətinin iki rəhbər işçisi bu saatlarda vəzifələrindən azad edilib.
Xəbəri verən mənbə iddia edir ki, onlar ARDNŞ-də yüksək post tutublar: «Hələlik qərar rəsmən elan olunmayıb. Amma şirkətin prezidentin Rövnəq Abdullayev onlara bu barədə məlumat verib».
Onu da bildirək ki, dia-az.site olaraq xəbəri dəqiqləşdirə bilmədik. ARDNŞ-dən isə bu barədə kimsə danışmadı, yalnız məlumatsız olduqları bildirildi.
İşdən çıxarılanların kimliyi barədə isə bilgi yoxdur.
Xatırladaq ki, son günlər start düyməsi basılan «nurçu ovu»nda ARDNŞ-in də bir neçə siması hədəf kimi təqdim olunur.