Əlixan Musayev Səudiyyə Ərəbistanının səfiri ilə hansı statusda görüşüb? - QALMAQAL
Tarix: 8-03-2014, 11:24 |
Çap et
DİA.AZ: - Azərbaycanda dini müstəvidəki gərginlik hələ də davam edir. Bu barədə DİA.AZ-a məlumat yollayan mənbə iddia edir ki, Azərbaycan vəhabilərinin «xavaric» qanadının lideri olan Əlixan Musayevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə münasibətlərini qaydasına salması və hətta özünü ayrı-ayrı yerlərdə DQİDK-nin eksperti kimi təqdim etməsi, ona daha da geniş imkanlar açıb.
Mənbə iddia edir ki, Əlixan Musayev bu həftənin ikinci günü Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub və ölkənin dini durumunu müzakirə edib. Bu isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qəzəblə qarşılanıb. Və hətta QMİ-yə çağrılan Əlixan Musayevdən hesab da sorulub. O isə özünü DQİDK-in eksperti oldduğunu önə sürərək, səfirlə də bu qiyafədə görüşdüyünü bildirib.
dia-az.site-a daxil olan məlumatda bildirilir ki, Əlixan Musayevin bu hərəkəti ilə bağlı QMİ Şeyxin vətənə dönüşündən sonra əməli tədbir görəcək…