Jurnalistdən “Bank Respublika”ya ağır ittiham .....                     “Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” .....                     ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib .....                     15 gün qazsız qalacaq rayona .....                     İlan sancan aktyordan xəbər var: .....                     Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? .....                     11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib .....                     "Unibank"da ixtisarlar .....                     Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında .....                     ABŞ bu günlərdə İranla saziş bağlaya bilər .....                     ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR .....                     Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ .....                     Prosesi Azərbaycan Ordusu başlatdı .....                     Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib .....                     "Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü .....                     Sülh sazişi bu il imzalana bilər .....                     Birinin borcuna görə hamının suyunu kəsən komendatdan .....                     Bakıda 22,5 milyon manata .....                     Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? .....                     Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? .....                     Paşinyana yaxın kanal Karapetyanı ələ saldı .....                     “ITOCHU” Azərbaycandan çıxmır .....                     İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü .....                     Paşinyan niyə Putinə tez-tez zəng edir? .....                     Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub .....                     "Birinci ağzından vurdum, dişləri qırıldı" .....                     Onlayn ticarət mağazaları BAĞLANACAQ? .....                     “Dələduzluğun kökünü kəsmək üçün…” .....                     Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır .....                     Səhmdarlar qərar verdi: .....                     DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı .....                     Culfaya yeni icra başçısı təyin edilib .....                     Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib .....                     Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub .....                     Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub .....                     Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU .....                     Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi .....                     Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu .....                     "Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" .....                     Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı .....                 

Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı - İLGİNC FAKTLAR
Tarix: 15-02-2024, 09:39 | Çap et
Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki, elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.

Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.

Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.

Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?

Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?

İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.

Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.

Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.

Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.

Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jurnalistdən “Bank Respublika”ya ağır ittiham - “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”
Bu gün, 17:45
“Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” - DETALLAR
Bu gün, 17:44
ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib - "Reuters"
Bu gün, 17:41
15 gün qazsız qalacaq rayona kompensasiya veriləcək?
Bu gün, 17:39
İlan sancan aktyordan xəbər var: - "Böyük qorxu keçirdim"
Bu gün, 17:32
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? - İTTİHAM VAR...
Bu gün, 17:23
11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib - TƏFƏRRÜAT
Bu gün, 17:19
"Unibank"da ixtisarlar - 150 nəfər işdən çıxarılıb
Bu gün, 17:18
Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında
Bu gün, 17:10
ABŞ bu günlərdə İranla saziş bağlaya bilər - KİV
Bu gün, 17:00
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Bu gün, 16:52
Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ - Görünəni odur ki...
Bu gün, 16:41
Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər
Bu gün, 16:39
Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib
Bu gün, 16:37
"Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü
Bu gün, 16:36
Sülh sazişi bu il imzalana bilər - “Paşinyan 300 min imza ilə buna getsə…”
Bu gün, 16:34
Birinin borcuna görə hamının suyunu kəsən komendatdan ŞİKAYƏT VAR
Bu gün, 16:32
Bakıda 22,5 milyon manata Təbiət Tarix Muzeyi yaradılacaq
Bu gün, 16:29
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - SİYAHI
Bu gün, 16:28
Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 16:23
Paşinyana yaxın kanal Karapetyanı ələ saldı
Bu gün, 16:19
“ITOCHU” Azərbaycandan çıxmır – SOCAR-la əməkdaşlıq genişlənəcək
Bu gün, 15:57
İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü
Bu gün, 15:53
Paşinyan niyə Putinə tez-tez zəng edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:50
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub p “Vedomosti”
Bu gün, 15:33
"Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Bu gün, 14:43
Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Bu gün, 14:38
“Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Bu gün, 14:36
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - NƏ BAŞ VERİR?
Bu gün, 13:09
Səhmdarlar qərar verdi: - Şirkət ləğv olunur, borclar hesablanacaq
Bu gün, 13:07
DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 13:05
Culfaya yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:02
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:59
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:52
Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:49
Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu - FOTO
Bu gün, 12:39
"Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" - Gəncə sakinləri şikayətçidirlər
Bu gün, 12:29
Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
Bu gün, 12:17
Deputatdan kartdan-karta qərarına ETİRAZ - "Əhali də daha çox ona yönələ bilər..."
Bu gün, 12:12
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Bu gün, 12:08
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya düşməməyə” çağırıb
Bu gün, 11:59
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb - AÇIQLAMA
Bu gün, 11:49
"45 manatlıq köçürməyə görə kartımız bloklanıb" - Vətəndaş Leo Bankdan şikayətçidir
Bu gün, 11:47
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et - DİQQƏT
Bu gün, 11:42
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - SİYAHI
Bu gün, 11:33
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR... - İLGİNC İDDİALAR...
Bu gün, 11:18
Azərbaycanda qızını boğan ata həbsdə öldü - azadlığa çıxmağa 3 ili qalmışdı...
Bu gün, 11:08
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən XƏBƏR VAR
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru