11 saylı Regional Ekologiya İdarəsindən damğa necə oğurlanıb? - İLGİNC İDDİALAR...
Tarix: 2-02-2024, 09:32 | Çap et
 Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş kimi.
Məlum olduğu kimi ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də ağacların, meşələrin qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini dəfələrlə bildiriblər.
Bu gün ölkəmizdə yeni yaşıllıqların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinə, müxtəlif yerlərdə ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq ölkəmizin bəzi böyük meşə massivlərində qanunsuz ağac kəsilmələri hələ də davam etdirilir. Bunun səbəbi nədir? Meşələrin mühafizəsinə birbaşa cavabdeh olan qurumların diqqətsizliyi, yoxsa məmur özbaşınalığı?
Azərbaycanda ana təbiətə biganəlik haradan başlayır? Təbii ki, qeyri peşəkar idarəetmədən və hərislikdən. Qeyd edək ki, sözügedən rayonların meşələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarət dairəsindədir. İdarənin direktoru Nəsimi Nəsibovdur. Onun bu vəzifədə nə vaxtdan çalışması barədə məlumat olmasa da bir diroktor kimi cavabdeh olduğu rayonların meşələrinin talan edilməsi ilə bağlı xəbərlər saysız hesabsızdır.
Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi, Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi.
Ən son video materiallar isə bu günlərdə sosial şəbəkələrdə eko fəallar tərəfindən yayılıb. Videoda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasından N147 saylı damğanın oğurlandığı iddia edilir. Damğanın oğurlanması faktı İdarənin direktoru Nəsimi Nəsibova nələrin bahasına başa gələcək, bu günlərdə aparılan yoxlamalardan sonra bəlli olacaq.
Qeyd edək ki, 11 saylı Regional Ekologiya idarəsinin nəzarətində olan meşələrin kütləvi şəkildə qırılmasının başında məhz direktor Nəsimi Nəsibovun və onun müavini Rahib Ağayevin durduğu barədə bir çox meşəbəyinin yuxarı instansiyalara etdikləri şikayətlərdə də öz əksini tapıb. Məlumatlara görə onların nəzarətində olan meşə massivlərində ağaclar qanunsuz kəsilərək parket, odun kimi satışa çıxarılır. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallı, Yardımlı, Cəlilabad rayonlarında onlarla çox taxta-şalban və qapı-pəncərə sexinə ağaclar məhz 11 saylı Regional Ekologiya İdarəsinin direktor müavini Rahib Ağayevin göstərişi ilə daşındığı bildirilir. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin direktoru Nəsimi Nəsibov və müavini Rahib Ağayev meşə təsərrüfatı sahəsini özlərinin bir nömrəli gəlir mənbəyinə çevirmişlər. Təbii ki, Nəsimi Nəsibov bu yollarla yığılan pulları təkcə yemir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinə də çatdırır. Nəticədə meşələrin mühafizəsi və bərpası qalıb bir yana, ərazidə ekoloji sistem məhv olunur. Bəs Muxtar Babayev nə edir?
Yuxarıda qeyd etdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə başda Muxtar Babayev olmaqla bütün bu baş verənləri ancaq seyr edirlər. İndi tək nazir kimi deyil, həm də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti kimi. Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin 7 yanvar 2024-cü ildə imzaladığı Sərəncamla COP29-un Prezidenti müəyyən edilib. Görək Muxtar Babayev həm nazir, həm də COP29-un Prezidenti kimi bu videolara baxıb necə münasibət göstərəcək.
Aktualinfo.org

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
Bu gün, 18:18 |
|
|
|
| • “A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini – "AZƏRİŞIQ"LA BAĞLADI
Bu gün, 18:12 |
|
|
|
| • Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib - Ermənistan mediası
Bu gün, 18:01 |
|
|
|
| • Jurnalistdən “Bank Respublika”ya ağır ittiham - “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”
Bu gün, 17:45 |
|
|
|
| • “Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
| • ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib - "Reuters"
Bu gün, 17:41 |
|
|
|
| • 15 gün qazsız qalacaq rayona kompensasiya veriləcək?
Bu gün, 17:39 |
|
|
|
| • İlan sancan aktyordan xəbər var: - "Böyük qorxu keçirdim"
Bu gün, 17:32 |
|
|
|
| • Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? - İTTİHAM VAR...
Bu gün, 17:23 |
|
|
|
| • 11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib - TƏFƏRRÜAT
Bu gün, 17:19 |
|
|
|
| • "Unibank"da ixtisarlar - 150 nəfər işdən çıxarılıb
Bu gün, 17:18 |
|
|
|
| • Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında
Bu gün, 17:10 |
|
|
|
| • ABŞ bu günlərdə İranla saziş bağlaya bilər - KİV
Bu gün, 17:00 |
|
|
|
| • ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Bu gün, 16:52 |
|
|
|
| • Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ - Görünəni odur ki...
Bu gün, 16:41 |
|
|
|
| • Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər
Bu gün, 16:39 |
|
|
|
| • Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib
Bu gün, 16:37 |
|
|
|
| • "Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü
Bu gün, 16:36 |
|
|
|
| • Sülh sazişi bu il imzalana bilər - “Paşinyan 300 min imza ilə buna getsə…”
Bu gün, 16:34 |
|
|
|
| • Birinin borcuna görə hamının suyunu kəsən komendatdan ŞİKAYƏT VAR
Bu gün, 16:32 |
|
|
|
| • Bakıda 22,5 milyon manata Təbiət Tarix Muzeyi yaradılacaq
Bu gün, 16:29 |
|
|
|
| • Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - SİYAHI
Bu gün, 16:28 |
|
|
|
| • Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 16:23 |
|
|
|
| • Paşinyana yaxın kanal Karapetyanı ələ saldı
Bu gün, 16:19 |
|
|
|
| • “ITOCHU” Azərbaycandan çıxmır – SOCAR-la əməkdaşlıq genişlənəcək
Bu gün, 15:57 |
|
|
|
| • İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü
Bu gün, 15:53 |
|
|
|
| • Paşinyan niyə Putinə tez-tez zəng edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:50 |
|
|
|
| • Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub p “Vedomosti”
Bu gün, 15:33 |
|
|
|
| • "Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Bu gün, 14:43 |
|
|
|
| • Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Bu gün, 14:38 |
|
|
|
| • “Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Bu gün, 14:36 |
|
|
|
| • Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - NƏ BAŞ VERİR?
Bu gün, 13:09 |
|
|
|
| • Səhmdarlar qərar verdi: - Şirkət ləğv olunur, borclar hesablanacaq
Bu gün, 13:07 |
|
|
|
| • DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
| • Culfaya yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:02 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 13:00 |
|
|
|
| • Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:59 |
|
|
|
| • Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:52 |
|
|
|
| • Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:49 |
|
|
|
| • Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • "Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" - Gəncə sakinləri şikayətçidirlər
Bu gün, 12:29 |
|
|
|
| • Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
Bu gün, 12:17 |
|
|
|
| • Deputatdan kartdan-karta qərarına ETİRAZ - "Əhali də daha çox ona yönələ bilər..."
Bu gün, 12:12 |
|
|
|
| • "4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Bu gün, 12:08 |
|
|
|
| • Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya düşməməyə” çağırıb
Bu gün, 11:59 |
|
|
|
| • Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • "45 manatlıq köçürməyə görə kartımız bloklanıb" - Vətəndaş Leo Bankdan şikayətçidir
Bu gün, 11:47 |
|
|
|
| • Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et - DİQQƏT
Bu gün, 11:42 |
|
|
|
| • Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - SİYAHI
Bu gün, 11:33 |
|
|
|
|