Hakimiyyət şok dəyişikliklərə gedir - Nüfuzlu nazirlərdən biri ilə bağlı ŞOK QƏRAR
Tarix: 28-02-2014, 11:44 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, aparılan struktur islahatı ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov işindən azad edildi. Amma yayılan informasiyalara görə, kifayət qədər ciddi hakimiyyət yanlısı hesab edilən sabiq baş metroçunun yeni vəzifə ilə mükafatlandırılacağı da gözləniləndir.
Amma bu arada DİA.AZ-a başqa bir informasiya daxil olub. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda qeyd olunur ki, hakimiyyətin köhnə eşalondan «vurduğu» yeganə kadr Tağı Əhmədov olmayacaq.
Mənbə iddia edir ki, yaxın günlərdə, bəlkə də bu gün nüfuzlu nazirlərdən birinin də vəzifəsindən alınması gözlənilir.
Onu da bildirək ki, həmin nazirin kimliyi barədə redaksiyamıza informasiya verilib və yaxın vaxtlarda əlavə şərhlərlə birgə geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
Yalnız bir məqamı diqqətinizə çatdırırıq ki, hədəfdə olan nazir kifayət qədər nüfuza malik olmaqla yanaşı, iqtidar düşərgəsinin əsas dayaqlarından biri kimi diqqətə gəlməkdədir…