Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar... - BƏS SONRA?
Tarix: 12-03-2022, 10:05 | Çap et
 "Şəhərimizin Məhsəti qəsəbəsinin qaz problemini yazmısınız. Oxuduq, baxdıq ki, yerli qaz idarəsi bizi də neçə ildir eyni qaydada aldadır. 20-dən çox ailə şəhərin mərkəzində – dəmiryolu vağzalının yaxınlığında evini odunla qızdırır. Ölkənin adını daşıyan küçəyə qaz xətti çəkilmir. Halbuki, bu ərazidə fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahələri satılanda vədlər başdan aşırdı”. Bunu Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər deyir. Bir neçə gün əvvəl şəhərin başqa küçələrindən də illərdir ki, qaz xəttinin olmamasından Meydan TV-yə şikayətlər gəlmişdi. "Bu qış da çətin keçdi”
Azərbaycan küçəsindəki fərdi evlər son bir neçə ildə inşa edilib. Ərazidəki kommunal problemlər sakinlərin davamlı şikayətlərindən sonra tədricən həllini tapmağa başlayıb. Ancaq sakinlər demişkən, uzun müddətdir ki, mavi yanacaq məsələsində ilişib qalıblar. "Bu qışı da çox çətin keçirtdik. Uşaqlarımızın sağlam vaxtı olmadı. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, xeyri yoxdur. Bu boyda küçənin hansı səbəbdən qazlaşdırılmaması bizə məlum deyil, çünki heç bir qurum bizə konkret səbəb göstərmir. Eləcə deyirlər, imkan yoxdur”, – bunu küçə sakini Orxan deyir. "Ötən ildən iki-üç dəfə çox işıqpulu ödəyirik”
Sakin Ruhəngiz Qasımova isə deyir, iki ildən çoxdur ki, burada ev tikib, indi peşmandır: "Evi elektrik cihazlarıyla isidirik, elektrik bahalaşıb, ötən il də işıqpulu çox gəlirdi, ancaq indi ötən ikindən iki-üç dəfə çox işıqpulu gəlir, qazancımız yoxdur, ancaq işıqpulu xirtdəyəcəndir. Bu küçənin də qazi, şəhid ailələri, veteranları var. Bizi düşünmürlər, heç olmasa onların qeydinə qalsınlar. 100 metrlik məsafədə ana qaz xətti var, ordan küçəmizə qaz xətti gətirə bilərlər, ancaq bizi aldadırlar ki, qaz xətti 500 metr məsafədəki ana xətdən gətirilməlidir. Niyəsini soruşanda deyirlər, belə məsləhətdir. Bu, kimin məsləhətidir, onu bilmirik. "Azəriqaz”ın rəhbəri Ruslan Əliyev telefon xəttində qulağımız eşidə-eşidə rəisə şəxsən tapşırıq verdi, ancaq qaz xətti hələ də yoxdur”.
Ötən ilin yayında Ruhəngiz Qasımovanın həyat yoldaşı Kamil Qasımovun "Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevə davamlı elektron müraciətlərindən sonra şəxsən Ruslan Əliyev vətəndaşla əlaqə saxlayaraq problemlə maraqlanıb. Ruslan Əliyev paralel olaraq Gəncə Regional Qaz İstismar İdarəsinin rəisinə zəng vurub və ona həmin küçənin tezliklə qazlaşdırılmasını tapşırıb. "Hər dəfə müxtəlif bəhanələr gətirirlər”
Başqa sakin Marat Ələsgərovsa deyir, şəxsən özü bir neçə dəfə Gəncə Regional Qaz İstismarı İdarəsinə müraciət edib, gah ana qaz xəttinin uzaqda olması, gah da pul vəsaitinin olmaması kimi cavablar alıb: "Vətəndaş dövlətə həm də ona görə vergi ödəyir ki, dövlət ona yaşamaq üçün normal şərait qursun. Mənim uşaqlarım evdə soyuqdan əl-ayaqları dona-dona böyüyəcəksə, mən bu dövlətə niyə xeyir verməliyəm? Hansı evə baş çəksəniz, soyuqdəymədən xəstə yatan görərsiz. Biz də insanıq axı… Mən bir ailə başçısı kimi elektrik cihazından istifadə etdiyimə görə hər ay maddi zərərə düşürəm, elektrikin qiymətini bahalaşdırıblar, deyirlər, istəsən də budur, istəməsən də… Odun ondan da baha…”
Toplaşırlar, dərdləşirlər, dağılışırlar… Sakinlər tez-tez məhəllələrdə toplaşıb vəziyyətdən çıxış yolu axtarırlar. Onların hökumətdən istəkləri təxminən 100 metr aralıdakı ana xətdən evlərə qaz xətti çəkilməsidir. Başqa sakin Məhərrəm Cəfərovsa iki ildir ki, tikdiyi evinə mavi yanacaq olmadığına görə köçə bilmir: "Torpaq satıblar, söz vermişdilər ki, ilk növbədə qazlaşdırma işləri görüləcək, aldadıblar. Ev tikmişəm ki, balalarımı içərisinə yığım, ancaq onları burda soyuqdan qıra bilmərəm”.
Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, tezliklə sakinləri sevindirəcəklər, Azərbaycan küçəsi qazlaşdırılacaq. İdarədən deyilənə görə, hazırda Gəncənin bir neçə küçəsində qazlaşdırılma işləri aparılır. Azərbaycan küçəsi 97A ünvanının qazlaşdırılması da plandadır: "Yaxın vaxtlarda həmin ərazilərdə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi baş tutacaq”. Küçənin yolları da bərbaddır. Sakinlər yolların təmiri üçün aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55 |
|
|
|
| • İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48 |
|
|
|
| • Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46 |
|
|
|
| • Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29 |
|
|
|
| • Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54 |
|
|
|
| • Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40 |
|
|
|
| • DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13 |
|
|
|
| • Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04 |
|
|
|
| • Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57 |
|
|
|
| • "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49 |
|
|
|
| • “Çevik” azadlığa çıxdı
Bu gün, 05:48 |
|
|
|
| • Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44 |
|
|
|
| • Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01 |
|
|
|
| • Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59 |
|
|
|
| • Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50 |
|
|
|
| • Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29 |
|
|
|
| • İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23 |
|
|
|
| • Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19 |
|
|
|
| • Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16 |
|
|
|
| • "Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14 |
|
|
|
| • Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57 |
|
|
|
| • David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52 |
|
|
|
| • Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50 |
|
|
|
| • "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47 |
|
|
|
| • Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26 |
|
|
|
| • Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22 |
|
|
|
| • Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10 |
|
|
|
| • Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06 |
|
|
|
| • Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53 |
|
|
|
| • AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52 |
|
|
|
| • Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36 |
|
|
|
| • Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10 |
|
|
|
| • Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07 |
|
|
|
| • Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05 |
|
|
|
| • Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07 |
|
|
|
| • "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03 |
|
|
|
| • Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00 |
|
|
|
| • Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35 |
|
|
|
| • “Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29 |
|
|
|
| • “Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25 |
|
|
|
| • Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22 |
|
|
|
| • Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19 |
|
|
|
| • "Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12 |
|
|
|
| • "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01 |
|
|
|
|