Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                 

Hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu Konstitusiya aktı kimi qəbul edir - NARAZILIQ!
Tarix: 4-03-2022, 15:28 | Çap et
Hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu Konstitusiya aktı kimi qəbul edir
DİA.AZ: - "Torpaqlarımıza yağı saldırısının ilk günündən AMEA-nın aspirantlıq şöbəsində təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub Qarabağ uğrunda savaşa getməyim və bu yolda ağır baş beyin kontuziyası alaraq şərəfli qazi adı qazanmağım kimə gizlin olsa da, son xidmət yerim olan DİN Daxili Qoşunlarına gizlin olmaz". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məaqlədə daha sonra bildirilir: "Di gəl , bu hərbi qurum özünün 1-ci dərəcəli Qarabağ qazisinə hərbi qanunvericiliyin tələbinə uyğun olaraq nə işdənçıxarma pulu, nə geyim - əşya kompensasiyası, nə məzuniyyət – ezamiyyət pulu, nə sığorta ödənişi , nə sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə xidmət ili , pensiyası düzgün hesablanıb, nə rütbəsi artıb, nə sosial-tibbi, mənzil güzəştləri tətbiq edilib , nə inzibati və məhkəmə təminatı , nə müraciət etmək, nə də özbaşınalıqdan müdafiə hüququ tanınıb. Əksinə, özbaşınalıqdan Prezidentə və baş prokurora müraciət Daxili Qoşunlar Baş İdarəsinin özünün(mü?) 1-ci dərəcəli Qarabağ qazisindən 30 milyon manat “şərəf haqqı” tələb etməsi ilə sonuclanıb. Bəs ali dövlət hakimiyyəti orqanları , Baş prokuror , Maliyyə Nazirliyi, Hesablama Palatası , Ombudsman – insan hüquqları üzrə müvəkkil bu açıq- aşkar insan hüquqları pozuntusuna, tənqidə - müraciətə görə təqib olunmağa, bütün hüquq və güzəştlərdən məhrum edilməyə nə deyir? Bəs hərbi qanunvericiliyin icrasına və tətbiqinə nəzarət etməli olan hərbi prokurorluq görəvini necə yerinə yetirir? Nə yazıq, hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu, saxtalığını, Konstitusiyaya, qanuna hörmətsizliyini qeyri-prosessual sifarişlə Konstitusiya aktı kimi qəbul edir. Hərbi prokurorluğun hərbi qanunvericilikdən nəyin qarşılığında xəbərsiz olduğu bir yana , heç “iddianın mümkün sayılmaması” ilə “iddianın təmin edilməməsi” anlayışlarının fərqini də bilməməsinin nədən qaynaqlandığı qaranlıqdır. Qanunların icrasına və tətbiqinə nəzarət edən orqan bilmir ki, iddianın mümkün sayılmaması haqqında qərardad işə mahiyyəti üzrə baxılmaması deməkdir? !

Milli Məclisin parlament nəzarəti altında şikayəti araşdırmağa məcbur olan hərbi prokurorluğun hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi 12 yanvar 2022-ci ildə günün ikinci yarısında izahatımı aldı və. ..ertəsi gün 13 yanvar 2022-ci il tarixli məktubla şöbə rəisi, ədliiyə polkovniki Aydın Ələsgərov bildirdi ki, işdənçıxarma pulunun , geyim-əşya kompensasiyasının, məzuniyyət – ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın , mənzil təminatı və digər ödənişlərin verilməsi, desant-hücum taburunun komandiri olduğum halda olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsinin yazılaraq pensiyamın tabeliyimdə olanlardan 2-3 dəfə az olması , hesablama vərəqinin verilməsi, əlilliyə görə pensiyaya əlavələrin verilməsi və məhkəmə təminatı hüququna qadağanın aradan qaldırılması Prokurorluq orqanlarının səlahiyyətinə aid deyildir. Təbii ki, bu başdansovdu cavabdan yuxarı prokurora şikayət etdim və şikayətimə yenə də Aydın Ələsgərov “ 13 yanvarda cavab verilməsi” cavabı ilə cavab verdi . Yenə də Milli Məclis Aparatının dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Eldar Əsgərov yardımıma çatıb şikayətimin araşdırılmalı olmasını Baş prokurorluğun nəzərinə çatdırıb, Milli Məclisə məlumat verilməsini bildirdi. Obyektiv araşdırılma aparılmasını gözlədiyim halda, hərbi prokurorluğun şöbə müdiri Aydın Ələsgərovun 28.02.2022 tarixli DİN-in Daxili Qoşunlarının (DQ) yalan, saxta məlumatını Konstitusiya aktı kimi qəbul edən cavabı ilə üzləşdim. Hərbi prokurorluq yazır ki, 12.01.2022-ci il tarixli izahatımda DİN-in Daxili Qoşunlarında xidmət edən heç bir vəzifəli şəxsin məndən pul və sair maddi nemət istəmədiyini bildirmişəm. Bəli, bildirmişəm ki, məni heç Daxili Qoşunlar Baş İdarəsinin qapısından içəri buraxmırlar, mənimlə düşmən kimi davranırlar, harda məndən rüşvət tələb edəcəklər? Amma məndən rəsmi qaydada Prezidentə və baş prokurora müraciət etdiyimə görə 30 milyon “şərəf haqqı” tələb edilməsi haqqında iddia ərizəsini və məhkəmə bildirişi və s. sənədlər prokurorluğa təqdim edilib. Xidmət ilimin güzəştlə 4 il 15 gün olduğunu bildirən şöbə rəisi, DQ-də xidmətimin bir

təqvim ilindən az olduğuna, 1991-93-cü illərdə zabit rütbəsində xidmətdə olmağım barədə DQ-də məlumat olmadığına görə, xidmət illərinə görə əlavənin verilməsindən imtina edilməsini qanuni sayıb. 1978-ci ildən zabit rütbəsi daşıyan şəxsin 13 il sonra -1991-ci ildə sıravi xidmətdə olması absurdluğunu bir qırağa qoyaq, axı Konstitusiya Məhkəməsinin 27.03.2014 tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarında doğrulanıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu zaman pensiyaya çıxmış hərbçilərə xidmətin güzəştli sayılan hissəsi tətbiq edilməlidir. Hərbi prokurorluq niyə Konstitusiyanı yox, Daxili Qoşunların qanunsuzluğunu müdafiə edir? Eyni zamanda, NK-nın 23 noyabr 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib hesablanması üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarının 10-cu bəndində SSRİ dövründəki xidmətin də xidmət illərinə əlavə edilməsi doğrulanıb. Hərbi prokurorluğun bu qərardan da xəbəri yoxdur? Olsaydı, DİN DQ-nin yalanınını, qanunsuzluğunu , müdafiə nazirinin 05.06.2002 tarixli əmrini NK-nın həmin qərarından, Konstitusiyadan üstün tutmazdı. Sözügedən qərarın 3a bəndində yazılıb ki, səhhətinə görə tərxis olunanlara vəzifə və rütbə maaşlarının beşqat həcmində işdənçıxarma pulu verilir. DİN-in tabeliyində olan Daxili Qoşunların NK-nın “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 20.04.2000 tarixli 73 saylı (04.12.2001-ci ildən DQ-yə də aid edilib) qərarını yox, müdafiə nazirinin Qarabağ qazisinə aidliyi olmayan əmrini əsas tutub işdənçıxarma pulunu verməkdən imtinasını hərbi prokurorluq hansı haqla haqlı sayır? Bu qərarın 2-ci bəndində daxili işlər orqanlarının əməkdaşlarının xidmət zamanı yaralanma (travma , kontuziya) səbəbindən xidmətdən azad edilməsi zamanı ərzaq payı çıxılmaqla təminat xərcliyinin ƏLLİ MİSLİ MİQDARINDA birdəfəlik kompensasiya ödənilməsi doğrulanıb. DİN DQ və hərbi prokurorluq müəyyən edib ki, daxili işlər nazirinin əmri ilə 07.08.2007-ci ildə geyim attestatı və cədvəli ləğv edildiyindən geyim-əşya kompensasiyasının verilməsi mümkün olmayıb. Nağıla baxın, gah müdafiə, gah da daxili işlər nazirinin əmri qanundan, NK-nın qərarından üstün tutulur . Bəs məzuniyyət, ezamiyyət pulu niyə verilməyib? Bəs “Hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə görə, ehtiyatdan xidmətə qəbul edilən hərbi qulluqçulara xidmət müddətindən asılı olmayaraq onların hərbi rütbəsindən bir -üç pillə yuxarı hərbi rütbə verilə bilməsi? Buna da nazirlər qadağa qoyub? Bəs “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992 tarixli qanunun 15v və 23b maddələrinə əsasən 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına minimum pensiya məbləğinin uyğun olaraq 300 və 100 faizlik miqdarında əlavə niyə hesablanmayıb? Buna kim qadağa qoyub? O ki qaldı döyüşçüyə mülki kimya vəzifəsinin yazılmasına, buna heç bir əmrlə haqq qazandırmaq olmaz. Təsəvvür edin, döyüşlərdə , hücum əməliyyatlarında iştirak edən , yaralanan döyüşçüyə kimyaçı yaxud meyxanaçı vəzifəsi yazılıb! (?) Yox bir xor döyüşçüsü! Hərbi prokurorluğun NK-nın qərarlarını DQ-nin yalanından aşağıda tutması bir yana, bu yalanı olduğu kimi köçürüb Konstitusiya aktı kimi hüququ pozulan qaziyə və qanunverici orqana sırıması ölkədə insan hüquqlarının qorunmadığını tam çılpaqlığı ilə ortaya qoyur. Belə çıxır, nazirlər qanunlara, fərmanlara, qərarlara əmrləri ilə qadağa qoymaqla məşğuldurlar , nəzarətedici qurumlar , özəlliklə prokurorluq bu “baş-ayaq” qadağa hüququ”na haqq qazandırır?

Hərbi prokurorluğun hərbi qanunvericilikdən xəbərsiz olmasını təkcə savadsızlıqla bağlamaq mümkün deyil. Nədən neçə ildir “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” , “Hərbi xidmətkeçmə haqqında” və s. qanunlar , NK-nın qərarları diqqətə çatdırılır. Və belə savadsızlıqla, axı mühüm post tutulması da attestasiya oluna bilməz. Bir də məhkəmə qaydasında da hərbi qanunvericiliyin tələbinə yox, iddianın mümkün sayılmaması sifarişinə əməl edilir. İddianın mümkün sayılmaması isə işə mahiyyəti üzrə baxılmaması deməkdir və prokurorluq da

işi mahiyyəti üzrə araşdırmaqdan imtina edir. Vətəndaş (qazi) neyləsin, kimə üz tutsun? Problem ondadır ki, hərbi qurumların qeyri-prosessual sifarişi ilə çıxarılan hoqqa (başqa ifadə mümkün deyil ) qərarlar da verilmir ki, Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək mümkün olsun. Hələ ki , ölkədə “dedığım dedığdır” özbaşınalığı hökm sürür. Konstitusiyadan yararlanmaq isə yataqdan oğurlanmaq, 30 milyon manat tələb edilməsi ilə sonuclanır".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Bu gün, 08:03
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru