"Fondun inşa etdiyi uşaq bağçasını ələ keçirmək istəyirlər" - Yardımlıdan Prezidentə MÜRACİƏT
Tarix: 25-02-2022, 10:42 | Çap et
 Yardımlıda 2 saylı uşaq bağçasının binasının yerli məmurlar tərəfindən özəlləşdirilməsi cəhdinə qarşı cərəyan edən narazılıqlar davam edir. DİA.AZ demokratik.az-a istinadla bildirir ki, Yardımlı sakinləri bu məqsədlə ölkə başçısına açıq müraciət ünvanlayıblar. Müraciətdə aşağıdakılar yazılıb:
"Möhtərəm cənab prezident!
Təəssüf hissilə bildiririk ki, Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun və əlaltılarının şəxsi maraqları ilə Heydər Əliyev fondunun maliyyə dəstəyilə inşa edilmiş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının binası özəlləşdirilmək üzrədir. Bizdə olan məlumata görə, hazırda həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsi üçün addımlar atılır, sənədləşdirmələr həyata keçirilir.
Tam məsuliyyətimizlə bildiririk ki, 2014-cü ildə xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü və qayğısı sayəsində inşa edilərək rayonumuzda körpələrin istifadəsinə verilmiş binanın yararlılıq vəziyyətinə dair sənədlər və rəylər məqsədli şəkildə saxtalaşdırılmışdır. Yararlı bina açılışından cəmi bir neçə ay sonra məhz yerli məmurların diqtəsi və mənimsəmə eşqilə yararsız kimi qeyd edilmişdir. Nəticədə də uşaq bağçasının fəaliyyəti Yardımlı MRX-nın İnfeksion (yoluxucu xəstəliklər) şöbəsinin yaxınlığında məmurlardan birinə məxsus əmlaka köçürülmüşdür. Hesab edirik ki, tikilməsində bircə qəpik qatqıları olmayanların bir binanı özlərinə qamarlamaq istəkləri, həm də bu məqsədlə uşaqların sağlamlığını təhlükəyə atmaları bağışlanmaz haldır.
Yardımlı İHB-nin diqtəsilə hazırlanmış sənədlərdə o da aydındır ki, Yardımlı şəhər 2 saylı uşaq bağçası inşa edilərkən rayon rəsmiləri bilə-bilə layihələndirmə işlərini Biləzəmi adlanan ərazidə sürüşmə zonasına salmışlar və körpələr evinin məqsədli şəkildə məhz orada inşa edilməsinə şərait yaratmışlar. Məqsədləri sonradan "sürüşmə" bəhanəsi uydurmaq olmuşdur.
Hazırda ələ keçirilməkdə olan bina istismar üçün tam yararlıdır, heç bir uçma-dağılma korruziya təhlükəsi də yaşamır. Bunu isbat edən yetərli dəlillər mövcuddur. Həmin binaya adi təftiş keçirmək, FHN-in mütəxəssislərinin binanın istismara yararlılığına dair müayinə aktı yazmaq yetərlidir ki, bizim dediklərimiz təsdiqini tapsın və məmurların maxinasiyası və çirkin niyyətləri üçün planladıqları hər şey ortaya çıxsın.
Mövzunun aidiyyatı dövlət qurumlar tərəfindən də qulaqardı edilməsi müşahidə edilir. Ölkəmizdə uşaq bağçalarının illərdir ki, yerli icra hakimiyyətinin balansında olması da sözügedən özbaşınalığa yol açan haldır. Hazırda bağçaların İHB-lərdən alınıb Təhsil nazirliyinin balansına keçirilməsi prosesi gedir və bu sevindirici hadisə inanırıq ki, yararlı binanın özəlləşdirilməsinin qarşısının alınmasında müsbət rol oynayacaq.
Möhtərəm cənab prezident!
Yuxarıda sadaladığımız halları və sözügedən binanın qeyri yollarla yerl İHB tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün SİZLƏRDƏN XAHİŞ EDİRİK: Yardımlı şəhər 2 saylı körpələr evi - uşaq bağçasının köhnə binasının istismara yararlı olub-olmamasının araşdırılması və binanın saxta yollarla özəlləşdirilməsinin qarşısının alınması üçün müvafiq komissiya yaradılmasına, faktların araşdırılmasına və bu işlərdə əli olan yerli məmurların cəzalandırılmasına təcili göstəriş verəsiniz". Hörmətlə; İmzaladılar - Sadiyev Əkbər Səxavət oğlu, Piriyev Vaqif Ağahüseyin oğlu, Fərhadov İmaməli Abasalı oglu, Sadiyev Tahir Saxavət oğlu, Mirzəyev Rəfi Xanış oğlu və başqaları...



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Neft bahalaşdı
Bu gün, 09:09 |
|
|
|
| • İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33 |
|
|
|
| • Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28 |
|
|
|
| • Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09 |
|
|
|
| • "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55 |
|
|
|
| • İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48 |
|
|
|
| • Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46 |
|
|
|
| • Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29 |
|
|
|
| • Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54 |
|
|
|
| • Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40 |
|
|
|
| • DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13 |
|
|
|
| • Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04 |
|
|
|
| • Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57 |
|
|
|
| • "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49 |
|
|
|
| • “Çevik” azadlığa çıxdı
Bu gün, 05:48 |
|
|
|
| • Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44 |
|
|
|
| • Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01 |
|
|
|
| • Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59 |
|
|
|
| • Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50 |
|
|
|
| • Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29 |
|
|
|
| • İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23 |
|
|
|
| • Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19 |
|
|
|
| • Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16 |
|
|
|
| • "Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14 |
|
|
|
| • Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57 |
|
|
|
| • David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52 |
|
|
|
| • Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50 |
|
|
|
| • "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47 |
|
|
|
| • Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26 |
|
|
|
| • Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22 |
|
|
|
| • Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10 |
|
|
|
| • Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06 |
|
|
|
| • Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53 |
|
|
|
| • AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52 |
|
|
|
| • Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36 |
|
|
|
| • Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10 |
|
|
|
| • Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07 |
|
|
|
| • Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05 |
|
|
|
| • Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07 |
|
|
|
| • "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03 |
|
|
|
| • Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00 |
|
|
|
| • Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35 |
|
|
|
| • “Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29 |
|
|
|
| • “Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25 |
|
|
|
|