Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                 

"Ağ göl"də QARA-QARA İŞLƏR... - Nazirə MÜRACİƏT OLUNDU
Tarix: 16-09-2021, 10:14 | Çap et
"Ağ göl"də QARA-QARA İŞLƏR...
Cənab nazir !
Bu gün dünyada ortaya çıxan ən böyük problemlərdən biri də meşə yanğınlarıdır.
Düzdür, həmişə belə hallar olub. Amma son bir ildə dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə baş verən meşə yanğınları ölçüsünə və miqyasına görə, müqayisəedilməzdir.
Hansısa sirli bir qüvvə dünyanın müxtəlif ölkələrində məqsədli şəkildə kütləvi yanğınlar törədir.
Qardaş Türkiyədə baş verən meşə yanğınları gözümüzün qabağında baş verdi. Yanğının ölçüsü və dərəcəsi o qədər böyük idi ki, hətta Azərbaycan və Rusiya kimi dövlətlər kömək əli uzatmağa məcbur oldular. Yəni hətta güclü dövlətlər də bu yanğınların öhdəsindən təkbaşına gələ bilmirlər. Əvvəlki illərdə olan yanğınlar lokal yanğınlar idi və dövlət özü bunun öhdəsindən asanlıqla gəlirdi.
Ancaq bu gün dünyada baş verən yanğınlar adi hadisələr deyil.
Bir daha təkrar edirik ki, hansısa mütəşəkkil bir mərkəz bu yanğınları törədir, belə demək mümkündürsə, bəşəriyyətin ağ ciyərləri olan meşələri məhv edir.
Bəli, meşələr bəşəriyyət üçün təmiz havadır, meşələr, yaşıllıqlar insanlar üçün ağ ciyərdir.
Bunu təkcə biz demirik.
Dünyanın təhlil və analiz mərkəzləri qeyd edir ki, baş verən meşə yanğınları adi təbiət hadisəsi, yaxud kiminsə ehtiyatsız hərəkətindən baş vermir. Bu məqsədli şəkildə törədilir. Yəni bu təbiətə, meşələrə, sonda insanlığa qarşı terrordur. Əbəs yerə “yaşıl terror” ifadəsi işlənilmir.
Bir məsləyə də toxunaq.
Deməli, 2 ildir ki, bəşəriyyət qorxunc xəstəlik olan koronavirusla mübarizə aparır. Bu xəstəliyin də mənbəyi və “ocağı” ağ ciyərlərdir.
Gördünüzmü, təbiətin ağ ciyərləri olan meşələr kütləvi yandırılır və…insanların da ağ ciyərləri qorxunc xəstəliklə üz-üzədir. Bu təsadüfi məsələ deyil.
Bəli, bəşəriyyət sınaq qarşısındadır.
Cənab nazir !
Xoşbəxtlikdən ölkəmizdə böyük miqyasda və yüksək dərəcədə meşə yanğınları baş vermir. Amma..
Amması odur ki, ölkəmizdə elə cinayətkar dəstələr var ki, onlar dünyada meşələri yandıran, məhv edən qüvvələrdən heç də “az iş” görmürlər.
Hətta bəzən zarafatla deyirlər ki, bizdə meşə yanğınları olmur, çünki bizdə meşə qalmayıb, çoxunu qırıblar.
Cənab nazir !
3 ildir ekologiya və təbii sərvətlər naziri vəzifəsindəsiniz.
Biz yaxşı başa düşürük ki, sizə öz sələfiniz – Hüseynqulu Bağırovdan ağır miras qalıb.
Biz zaman-zaman ekologiya nazirliyində baş verən neqativ hallarla bağlı tənqidi yazılar dərc etmişik. Və lazım gələndə dərc edəcəyik. Ancaq bizim əsas məqsədimiz bir media olaraq bu ümumi bəlaya qarşı sizinlə birgə mübarizə aparmaqdır.
Cənab nazir !
Bu mübarizədə bizim əsas şüarımız Ulu Öndərin dediyi fikirdir: “ Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər”.
Bəli, bundan artıq nə demək lazmdır ki, ölkəmizdə təbiətə qənim kəsilən cinayətkar şəbəkəni dayandırmaq mümkün olsun.
Cənab nazir !
Bu gün də həmin şəbəkə öz cinayətkar əməllərini davam etdirir. Amma DADI onların olsa da, ADI sizin olur.
Cəmiyyətimiz sizdən konkret fəaliyyət, kəskin addımlar gözləyir.
Axı, cəmiyyətin gözü qarşısında meşələrimiz məhv edilir, göllərimiz qurudulur, dağları bütünlüklə dağıdırlar.
Bəli, daş-kubik karxanası işlədənlər sözün həqiqi mənasında dağlarımızı, təpələrimizi məhv edirlər.
Cənab nazir !
Quranda da buyrulub ki, dağlar Yerin balansını qoruyur, təpələr iqlim üçün çox vacibdir və s.
Daş karxanasının sahibləri isə təkcə dağları, təpələri deyil, yerin təkini də dağıdırlar. Yerin qatları sıradan çıxarılır. Bu zəlzələlər üçün birbaşa zəmindir. Kimsə milyonlar qazanıb sərvət sahibi olacaq və millətimizi təbii fəlakətlərlə üz-üzə qoyacaq. Bunu Allah götürməz.
Cənab nazir !
Özünüz də gözəl bilirsiniz ki, hazırda bəşəriyyət kəskin iqlim dəyişikliyi ilə üz-üzədir.
Bizdə məhv edilən meşələr, torpağın sıradan çıxarılan qatı bizi dəhşətli fəlakətlə üz-üzə qoyur. Təbiətin qısası amansız olur. Bir gün bizdən qisasını alacaqdır.
Dənizi, torpağı, suyu, meşəni nə qədər hasarlamaq olar, axı.
Cənab nazir !
Təkcə Ağcabədidəki "Ağgöl Milli Parkında" baş verənlər bizi dəhşətə gətirir.
Burada donuz ovçuları, nadir quş, ördək, qaz ovlayanlar, balıqçılar, brokonyerlər təbiəti məhv edərək milyonlar qazanırlar. Təsəvvür edirsiniz hər bir balıqçı gündə 500 kq balıq ovlayır.
Ağcabədi meşələrini doğrayaraq “yeşik” düzəltmək üçün Qəbələyə daşıyırlar. Qoruğun müdiri hər gün evə 10 min manat pul aparır.
Cənab nazir !
Təsəvvür edirsiniz, bütün meşələrdəki çürüntülər maşınlara doldurularaq başqa yerlərə daşınır və baha qiymətə satılır. Axı, meşələrin qidası həmin çürüntülərdir.
Meşələr artıq əvvəlki gözəlliyini, əhəmiyyətini və təyinatını itirib.
Bu gün meşələrimiz narkotacirlərin oylağına çevrilib. Bu təkcə gənc nəsili deyil, həm də təbiətimizi məhv edir.
Atalar əbəs yerə deməyib ki, ağacı seyrək olan kəndin qəbristanlığı qalın olar.
Bəli, uzun illərdir formalaşmış cinayətkar şəbəkə bu gün Balakən, Qax meşələrində at oynadır.
Cənab nazir !
Məlumatımız var ki, sizin birbaşa tapşırığınız ilə həmin ərazidəki Regional Mərkəzdə ( Sərxan ) baş verən cinayət əməlləri ilə bağlı yüksək səviyyədə yoxlamalar başlayıb. Sərxan kimiləri işdən azad etməklə iş bitmir. İşdən azad olandan sonra yığdıqlarını xımır-xımır yeyirlər. Sərxan kimilərə elə cəza verilməlidir ki, başqalarına dərs olsun.
Cənab nazir !
Yuxarıda qeyd etdiyimiz kimi, bizim kimsədən, lap sizdən umacağımız heç nə yoxdur. Məqsədimiz ümumi bəlaya qarşı mübarizədə sizə dəstək olmaqdır. Bunun üçün rayonlarımızı qarış-qarış gəzməyə, konkret ünvanları göstərməyə də hazırıq. Təki, siz hərəkətə keçin.
Təki, siz təcili Şəmkir meşələrinə yoxlama göndərin və bizim yazdıqlarımızın təsdiqini görün. .
Cənab nazir !
Bizim bu yazını Həyəcan Təbili kimi də qəbul edə bilərsiniz.
Bəli, bu gün ekologiya nazirliyinə məxsus otellər əxlaqsızlıq yuvasına, qumarxanaya çevriliblər.
Bunu necə yazmayaq, cənab nazir ?
Sonda barəsində tənqidi yazılar yazdığımız “obyekt” sahiblərinə də üz tuturuq.
Bizi öz xahişlərinizlə, təkliflərinizlə bezdirməyin, lütfən.
Bizi dostlarımızla üz-üzə qoymayın, biz bu yoldan dönən deyilik. Bizim kimsənin yardımına-filanına da ehtiyacımız yoxdur.
Bir daha xahiş edirik ki, axtarışa-zada çıxmayın, özünüzü və bizi yormayın. İmkan verin işimizlə məşğul olaq.
Axı, yuxarıda qeyd etdik ki, biz bir media olaraq milli bəlaya, yaşıl terrora qarşı mübarizə aparırıq.
Bu işdə kiməsə güzəşt-filan yoxdur, vəssalam!
//gundelik-baku.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Bu gün, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Bu gün, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Bu gün, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Bu gün, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Bu gün, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Bu gün, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Bu gün, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru